İQTİSADİYYAT
Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2082024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9813.3822 (8.15 faiz) manat və 9828.2400 (7.49 faiz) manat olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40 milyon 530 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9816.9788 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9822.6688 (7.74 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.
Notlar avqustun 2-də ödəniləcək.
Həmin gün BFB-də Azərbaycan Mərkəzi Bankının (ARMB) AZ2081024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,938 (7.9 faiz) manat və 9,947 (6.85 faiz) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 400 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940 (7.7 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,942 (7.38 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar iyunun 7-də ödəniləcək.