SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il dekabrın 31-də keçirilmiş iclasının protokolu təsdiqlənib.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2023 [11:03]
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
- 24.05.2023 [19:25]
İqtisadi Şuranın növbəti iclası olub
- 22.05.2023 [20:09]
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar
- 22.03.2023 [20:20]