Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru Akkan Suverdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezidentimiz.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Mərmərə Qrupu Vəqfinin kollektivi adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq duyuram. Yüz üç il əvvəl türk dünyasında qurulan ilk müsəlman, dünyəvi və demokratik dövlətin yarandığı gün mübarək olsun.

Tarix bu həqiqəti bir daha sübut etdi ki, bir kərə yüksələn bayraq bir daha enməz.

Zati-alinizin və azərbaycanlı qardaşlarımızın Respublika Gününü təbrik edir, ehtiramlarımı bildirirəm.

Dərin hörmətlə,

 

Dr. Akkan Suver

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin