Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
Prezident İlham Əliyev iclasda iştirak edib YENİLƏNİB 2

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.

Dövlətimizin başçısı iclasda nitq söylədi.

Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirdi. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il “Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı.

1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirdi. “Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”, - deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğuladı. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət - Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. “Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, - deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söylədi.

Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırdı.

Sonra Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil olunan mərasimin iştirakçıları xatirə şəkli çəkdirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 May –Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bəxtiyar Əliyev: Şimali Kiprlə elm-təhsil sahəsində əməkdaşlığımızı genişləndirmək üçün imkanlar mövcuddur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Azərbaycan millisinin baş məşqçisi: Püşkdə bəxtimiz gətirdi

Nazim Çavuşoğlu: Vətən müharibəsi şəhidlərinin övladlarının Şimali Kiprdə ali təhsil alması barədə təklif vermişik

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Kür” qadın həndbolçular arasında Azərbaycan Kubokunun qalibi olub

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh imkanlarından istifadə etməyə çağırıb

Slovakiya hökuməti: Baş nazir Fitsonun vəziyyəti qənaətbəxşdir

“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olub

Baş prokurorun müavini: Prokurorluq orqanları ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirlərini gücləndirirlər

Fransada əczaçıların tətili səbəbindən apteklərin 90 faizi bağlanıb

Londonun nüfuzlu qəzeti iki əsrdən sonra gündəlik nəşri dayandırır

Vyetnamda beş yaşlı uşağın ölümünə səbəb olan bağça əməkdaşı həbs edilib

Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Türkiyə Prezidenti “EFES-2024” təlimlərini izləyib

Əməkdar artist Elxan Qasımovun xatirəsi anılıb

Azərbaycanın güləş hakimi növbəti dəfə Olimpiadaya təyinat alıb

Si Cinpin İsrail-Fələstin sülh konfransı təklifi ilə çıxış edib

Bugünkü valyuta hərracında tələb 110 milyon dolları ötüb

Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan xüsusi sertifikata layiq görülüb

Sanksiyalara baxmayaraq, Rusiyanın iki sərnişin təyyarəsi Finlandiya üzərindən uçub

Daşkənddə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

BMT: Sudanda məcburi köçkünlərin sayı 7 milyonu ötüb

FHN-in Bakı Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib

Moldova Respublikasının Prezidenti Maya Sandudan

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarradan

Kambocanın Kralı Norodom Sihamonidən

Toxum qumla qarışdırılaraq səpilir, hektara 1 ton məhsul verir - Küncüt sahəsindən reportaj

“Araz-Naxçıvan” yeni qapıçı transfer edib

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

“Qəbələ”dən ayrılan futbolçu: Düşünməsinlər ki, I Liqada oynamağı özümə sığışdırmadım

Sumqayıtda mikrorayonların kəsişməsində qanunsuz hasarlamanın qarşısı alınıb

ANAMA və BMTİP arasında niyyət bəyannaməsi imzalanıb

Nazir Ceyhun Bayramov Pakistan tərəfini Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə məlumatlandırıb

Qax Peşə Liseyində “Açıq qapı” günü təşkil edilib

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Paytaxtda I sinfə qəbulla bağlı 30 min 597 sorğu yerləşdirilib

Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçirilib

Bakıda havanın temperaturu 33 dərəcəyə yüksələcək

Nümayəndə: Azərbaycanlı tələbələri Dünya Barış Universitetinin təqaüd imkanlarından faydalanmağa dəvət edirik

Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir

Maradonanı müalicə edən səkkiz həkimin məhkəməsi təxirə salınıb

Qazaxıstanda 17,6 min yetim uşaq ailələr tərəfindən övladlığa götürülüb

Ötən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2,5 milyon manatdan çox pul ödənilib

Azərbaycanın daha dörd idmançısı qrapplinq üzrə Avropa çempionatında medal qazanıb

Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı - MÜSAHİBƏ

“Tarixi torpağımız Qərbi Azərbaycanın maddi-mənəvi irsi” - tədbir

Səfir: Azərbaycan Özbəkistan üçün etibarlı tərəfdaşdır VİDEO

Amerikalı general: ABŞ ilə Azərbaycan sülhü və stabilliyi gücləndirmək naminə birgə səy göstərir

“28 May” stansiyasında növbəti eskalator əsaslı təmir ediləcək

Nazim Çavuşoğlu: Şimali Kipr Türk Respublikası universitetləri üçün azərbaycanlı tələbələr çox önəmlidir

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

Azərbaycan Prezidentinin gördüyü qətiyyətli işlər cəmiyyətdə böyük inam yaradıb ŞƏRH

Venerada daha çox vulkan kəşf edilib

Tərəkəmə yurdu folklor beynəlxalq festival keçiriləcək

Britaniya parlamenti seçkilər ərəfəsində işini dayandırıb

AFFA İntizam Komitəsi “Neftçi” və “Sabah” klublarını böyük məbləğdə cərimələyib

Azərbaycanda elektron satınalma xidmətinin keyfiyyəti artırılacaq

Məleykə Abbaszadə: İyul ayında Azərbaycan dili üzrə sertifikasiya imtahanı keçiriləcək

TikTok canlı yayımlardan pul qazanmaq üçün yeni qaydalar təqdim edib

Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

NASA Dinkineş asteroidinin müfəssəl fotoşəkillərini təqdim edib

Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək

ABŞ Dövlət Departamentinin rəsmisi: Azərbaycanla gələcək əməkdaşlıqlar üçün böyük ümidlərimiz var VİDEO

İrəvanın mərkəzində etiraz aksiyası başlayıb VİDEO

Milli Məclis Niderland Parlamenti Nümayəndələr Palatasının qətnaməsini qınayıb

Naxçıvanda taksi sürücüləri üçün təlimlərə başlanılıb

“Şimal” klubu UEFA Region Kubokunda mübarizə aparacaq

Məktəblilər “Ədibin Evi”ndə istiqlal tariximizi müzakirə ediblər

DİM: Ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var

“Business Ready” layihəsinin 2024-cü il üzrə Yol xəritəsinə dəyişikliklər bu ilin payızında hazır olacaq

Bakı Enerji Forumunda COP29-a həsr olunan xüsusi sessiya keçiriləcək

Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyənləşdirilib

Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans

ANAMA: Azad edilmiş ərazilərdə 10 min kvadratkilometrdən çox sahə mina və partlamamış hərbi sursatlarla çirklənib

İran rəsmiləri: Helikopter qəzasında sabotaj izi tapılmayıb

Azərbaycan millisinin voleybolçusu: Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu

Prokurorluq işçiləri Gəncədə ağacəkmə kampaniyasında iştirak ediblər

Məleykə Abbaszadə: Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib

Azərbaycan Müdafiə Nazirliyinin və DSX-nin rəhbərliyi "Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək VİDEO

NATO-nun bəzi ölkələri Ukrayna üçün 100 milyard avroluq fondun yaradılmasına qarşıdır

Lənkəranda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib

Alimlər bürclərin insan həyatına təsiri iddialarını təkzib ediblər

Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib

Türkiyənin əmək və sosial müdafiə naziri Şəhidlər xiyabanını ziyarət edib

MEK-də “Azərbaycanın Mil-Qarabağ bölgəsinin İlk Tunc dövrü maddi mədəniyyəti” kitabı təqdim edilib

İranda prezident seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

Azərbaycan Prezidenti: Torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi mühüm əhəmiyyət kəsb edir

Coşua Hak: Dövlət katibi Ermənistanla Azərbaycan arasında sülh səylərinə xüsusi diqqət yetirir

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında görüş keçirilib - YENİLƏNİB VİDEO