Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilmişdir

Bakı, 18 aprel (AZƏRTAC, Aidə Quluzadə). Aprelin 18-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəliyi təqdim etmişdir.

Sonra deputatlar cari məsələləri müzakirə edərək ölkəmizin uğurlu xarici siyasətindən danışmış, Azərbaycanın dünyada, xüsusilə də beynəlxalq qurumlardakı prinsipial mövqeyini qeyd etmişlər. Ölkəmizin iqtisadi yüksəlişi nəzərə alınmaqla səhiyyə turizminin inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildəki fəaliyyətinə dair hesabatı dinlənilmişdir.

Palatanın sədri Vüqar Gülməmmədov hesabat dövründə görülmüş işlər, aparılan yoxlamaların nəticələri, analitik təhlillər barədə məlumat vermişdir. O demişdir ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı makroiqtisadi sabitlik şəraiti 2013-cü ildə də davam etdirilmişdir. Dinamik iqtisadi artım formalaşmış, ölkənin maliyyə resursları daha da çoxalmışdır. Bu da maliyyə imkanlarının genişlənməsinə və şaxələnməsinə səbəb olmuşdur.

Qeyd edilmişdir ki, büdcə prosesinin təkmilləşməsi nəticəsində fiskal fəzanın genişləndirilməsi prioritet vəzifələrdən birinə çevrilmişdir. Bu isə dövlət maliyyə nəzarətinin rolunun və əhəmiyyətinin artırılması ilə yanaşı, onun şəffaf və çevik olmasını tələb edir.

Bildirilmişdir ki, hesabat ilində ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatası fəaliyyətinin daha səmərəli və keyfiyyətlə icrasına xüsusi diqqət yetirmişdir. 2013-cü ildə sonrakı nəzarətin təmin edilməsi məqsədilə Hesablama Palatası tərəfindən 75 audit tədbiri keçirilmişdir ki, bu da 2011-ci illə müqayisədə 29, 2012-ci illə müqayisədə isə 7 audit tədbiri çoxdur. Nəzarət tədbirlərinin dövlət vəsaitlərinin strukturuna görə bölgüsünə gəldikdə, həyata keçirilmiş audit tədbirlərindən 5-i dövlət büdcəsinin gəlirləri ilə bağlı olan fəaliyyəti, 59-u müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si dövlət torpaq fondunun istifadəsi, 4-ü isə büdcədənkənar dövlət fondunun vəsaitləri ilə bağlı fəaliyyəti əhatə etmişdir.

Qeyd edilmişdir ki, hesabat ilində audit tədbirləri büdcə xərclərinin funksional təsnifatının bütün bölmələrini əhatə etmişdir. Palatanın həyata keçirdiyi maliyyə büdcə tədbirləri nəticəsində hesabat ilində büdcə qanunvericiliyinin və normativ-hüquqi aktların tələblərinin pozulması ilə bağlı 4,3 milyon manat və 38 min avro məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Dövlət Sosial Müdafiə Fonduna çatacaq 196,1 min manat vəsait Fondun hesabına köçürülmüşdür. Vergilər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində vergi və digər icbari ödənişlər üzrə təqribən 2,5 milyon manat məbləğində əlavə verginin hesablanması, 17,3 milyon manat vergi borcunun uçota alınması təmin edilmişdir. Qabaqcıl beynəlxalq təcrübənin və standartların mövcud imkanlar çərçivəsində tətbiqinin, BMT-nin məlum qətnamələrinin müddəalarını əsas götürməklə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında büdcə vəsaitlərinin formalaşması və istifadəsi sahəsində fiskal intizamın təmin edilməsində vəsaitlərin düzgün bölüşdürülməsinə və xərclərin səmərəliliyinin artırılmasına xüsusi diqqətin yetirilməsi ilə bağlı müəyyən olunmuş hədəfə çatmaq qarşıda duran ən mühüm vəzifədir.

Müzakirələr zamanı çıxış edən deputatlar ölkənin ali maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının yarandığı vaxtdan qısa müddətdə peşəkar bir quruma çevrildiyini, Milli Məclisə təqdim olunan hesabatların ildən-ilə təkmilləşdirildiyini vurğulamış, təkliflərini vermişlər. Qeyd edilmişdir ki, Palata vergi, maliyyə-kredit sahəsində kifayət qədər peşəkar kadrlarla təmin olunmuşdur. Qurumun hesabatı normativ-hüquqi aktlara uyğun hazırlanaraq parlamentə təqdim olunmuş, iş planındakı bəndlər yerinə yetirilmişdir. Palatanın beynəlxalq əlaqələrini genişləndirilməsi də müsbət hallardan biri kimi qiymətləndirilmişdir.

Müzakirələrdən sonra hesabat nəzərə alınmışdır.

Daha sonra iclasda “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlara, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilmişdir. Cinayət-Prosessual Məcəlləsinə təhqiqat orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi ilə bağlı dəyişikliklər haqqında danışılarkən qeyd olunmuşdur ki, qanunvericiliyə görə, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Lakin elə əməllər mövcuddur ki, həmin əməlləri törəməkdə şübhəli bilinənlərin və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyüklüyü Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan hərəkətlərin 48 saat müddətində həyata keçirilməsinə mane olduqda həmin müddət müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə uzadıla biləcəkdir. Bu müddət 96 saat təşkil edəcəkdir. Belə bir təcrübə Avropa ölkələrinin qanunvericiliyində də mövcuddur.

İclasda, həmçinin “Dəniz limanları haqqında” yeni qanun layihəsi qəbul olunmuşdur. Layihə barədə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verərək demişdir ki, əvvəlki oxunuşda deputatların verdikləri təkliflərin müvafiq sayılanları sənəddə əksini tapmışdır. Qanun dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında dövlət tənzimlənməsinin əsaslarını müəyyənləşdirəcəkdir. Deputatlar hazırda ölkədə nəqliyyat sahəsində, o cümlədən yeni dəniz limanlarının tikilməsi, köçürülməsi ilə bağlı mühüm işlər görüldüyünü, böyük layihələr reallaşdırıldığını, Azərbaycanın ayrı-ayrı ölkələr ilə ticarət əlaqələrinin genişləndiyini deyərək qanunun bu işləri daha da sürətləndirəcəyini, bu sahədə hüquqi bazanı möhkəmləndirəcəyini vurğulamışlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib