Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəlikdə 22 məsələ var. Bunlardan ilk 11 məsələ 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin üçüncü oxunuşudur.

Gündəlik təsdiqləndikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş) məlumat verib. Bildirib ki, gələn ilin büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin komitələrində ətraflı müzakirə edilib. Deputatlar ölkə iqtisadiyyatının daha davamlı və keyfiyyətli inkişafına xidmət edən kifayət qədər maraqlı və səmərəli təkliflər irəli sürüblər. Azərbaycan hökumətinin müvafiq strukturları, əlaqədar nazirliklər deputatların təklifləri ilə bağlı xeyli işlər görüblər.

Məlumat dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdəki növbəti 2 qanun layihəsini təqdim edib. Bildirib ki, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri geniş müzakirə olunub və razılıqla qarşılanıb.

“İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihələrinin üçüncü oxunuşu barədə isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Məlumat dinlənildikdən sonra 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci və 14.4-cü maddələrinə edilən dəyişiklik vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Layihə üçüncü oxunuşda təsdiqlənib. “Məşğulluq haqqında” Qanunda edilən dəyişiklik də üçüncü oxunuşda məqbul sayılıb. “Sosial müavinətlər haqqında” Qanunda ailənin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi daşıyan dəyişiklik (üçüncü oxunuş) razılıqla qarşılanıb. Parlament Vergi Məcəlləsində edilən dəyişikliklərə də (üçüncü oxunuş) müsbət münasibət bildirib.

Deputatlar Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında və Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında qanun layihələrini də təsdiqləyiblər.

Gündəlikdəki növbəti məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında parlament Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib. Bildirib ki, 2019-cu il 15 noyabr tarixdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə məktub daxil olub. Məktubda dövlətimizin başçısı insan hüquqları üzrə müvəkkilin seçilməsi üzrə namizədlərini təqdim edib. İnsan hüquqları komitəsinin sədri diqqətə çatdırıb ki, komitə ombudsmanlığa təklif edilən şəxslərin namizədliyinə baxıb və bunu parlamentin plenar iclasına təqdim edib. Namizədlər cəmiyyətdə tanınan insanlardır və onların hər biri şəxsi keyfiyyətlərinə görə bu vəzifəni tuta bilər.

Səbinə Əliyevanın, Kəmalə Əliyevanın və Kəmalə Abıyevanın namizədliyi ayrı-ayrılıqda səsə qoyulub. Səbinə Əliyeva səs çoxluğu ilə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) vəzifəsinə seçilib.

Sonra yeni seçilmiş ombudsman Səbinə Əliyeva vəzifəsinin icrasına başlamaqla əlaqədar deputatlar qarşısında and içib, Prezident İlham Əliyevə və deputatlara ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Daha sonra plenar iclasda məhkəmə-hüquq sistemində islahatlarla bağlı parlamentə bir zərfdə daxil olmuş 9 qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi başlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, təqdim olunan qanun layihələrindəki dəyişikliklər iki əsas mahiyyət daşıyır: birincisi, vahid məhkəmə təcrübəsinin yaranması; ikincisi, dövlət ekspertizası ilə yanaşı, özəl ekspertizanın da olması. Komitə sədri ikinci oxunuşdan sonra layihədə aparılmış dəyişikliklərdən bəhs edib. Vurğulayıb ki, vahid məhkəmə təcrübəsinin yaranması “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin Fərmanında verilmiş tövsiyənin ən vacib elementidir. Məqsəd bu sistemdə mövcud olan problemlərin həllidir.

Məlumat dinlənildikdən sonra “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda və 4 Məcəllədə - Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

İclasda “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ də müzakirə edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gələn ildən etibarən ölkəmizdə icbari tibbi sığortaya keçidlə bağlı “Tibbi sığorta haqqında” Qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. İcbari tibbi sığorta Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial islahatların ən vacib komponentlərindən biridir, çox böyük bir sosial proqramdır. Komitə sədri qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra layihəyə edilmiş dəyişiklikləri diqqətə çatdırıb.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi