MƏDƏNİYYƏT
Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd ediləcək
Bakı, 23 may, AZƏRTAC
İyunun 12-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı təqdim olunacaq.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şərəf tariximiz” adlı konsert proqramında respublikanın sevilən və tanınmış sənətkarları - Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
Biletləri Heydər Əliyev Sarayının, habelə şəhərin bütün kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]