İDMAN
Millimiz Millətlər Liqasında mübarizəyə Kipr seçməsi ilə oyunla başlayacaq
Bakı, 4 may, AZƏRTAC
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023-2024-cü il mövsümündə keçirəcəyi oyunlarının təqvimi müəyyənləşib
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, C Liqasının üçüncü qrupunda mübarizə aparacaq millimiz yarışa sentyabrın 22-də doğma meydanda Kipr seçməsi ilə oyunla start verəcək. Sentyabrın 26-da millimiz Monteneqro, oktyabrın 27-də isə Farer adaları yığmalarının qonağı olacaq. Futbolçularımız oktyabrın 31-də Monteneqronu qəbul edəcək, dekabrın 1-də isə Kiprin qonağı olacaq. Millimiz Millətlər Liqasına dekabrın 5-də doğma meydanda Farer adaları ilə keçirəcək oyunla yekun vuracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [17:59]
Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik
- 01.06.2024 [16:54]
Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb
- 01.06.2024 [16:51]
Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq
- 01.06.2024 [13:04]
Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq
- 01.06.2024 [12:06]
Zaur Ramazanov: “Zirə” yalnız bəxt hesabına “Qarabağ”a qalib gələ bilər
- 01.06.2024 [11:30]