RƏSMİ XRONİKA
MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ
Hörmətli cənab Prezident,
80 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Siz uzun illər boyu Misir Ərəb Respublikasına başçılıq edərək ölkənizin rifahı və beynəlxalq aləmdə nüfuzunun daim artması, sülhün, sabitliyin və əmin-amanlığın bərqərar olması yolunda ardıcıl səylər göstərən görkəmli dövlət xadimi kimi tanınırsınız.
Keçən il ölkənizə rəsmi səfərim zamanı Sizinlə səmimi görüşlərimizi, apardığımız dəyərli fikir mübadiləsini həmişə xatırlayıram.
Əminəm ki, Azərbaycan-Misir münasibətlərinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı və genişlənməsi naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycana səfərə gələcəyinizə və Sizinlə bir daha görüşəcəyimizə ümidvar olduğumu bildirirəm.
Sizə ən səmimi arzularımı yetirir, möhkəm cansağlığı, səadət, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 aprel 2008-ci il.