ELM VƏ TƏHSİL
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar
Bakı, 25 may, AZƏRTAC
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Zərintac Rüstəmova “Antik DNT və insan paleogenomiksində inqilab" mövzusunda çıxış edib. Məruzəçi antik DNT tədqiqatlarında ortaya çıxan problemlərdən, antik DNT-nin tamlığına təsir edən amillərdən, onun tətbiq sahələrindən danışıb. Qeyd edib ki, antik DNT insanların əcdadları və kökləri haqqında bioloji məlumatlar əldə etməyimizə, qədim populyasiyalar ilə əlaqəli hipotezlər irəli sürməyə kömək edir. Azərbaycanın qədim insan yaşayış məskənlərində bir sıra insan, heyvan, bitki qalıqları tapılıb və bunların üzərində gələcəkdə arxeobioloji tədqiqat işləri aparılması mümkündür.
Məruzəçinin çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.