Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Monteneqronun sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Milo Cukanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu seçkilərin nəticələri Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə daha da inkişafının təminatıdır.

İnanıram ki, ölkələrimiz arasında bizim illər əvvəl möhkəm təməllər üzərində əsasını qoyduğumuz qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətləri daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli vəzifənizdə uğurlar arzu edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Milo Cukanoviç

Monteneqronun sabiq Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin