Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyası gələcəyimizin qarantıdır

Müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyası gələcəyimizin qarantıdır

Naxçıvan, 4 aprel, AZƏRTAC

Tarixin hər bir inkişaf mərhələsinin özünəməxsus xüsusiyyətləri, hədəfləri və çağırışları vardır. Bu çağırışlara cavab vermək üçün elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir və strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Muxtar respublikada fəaliyyətdə olan dövlət proqramlarının icrası zamanı məsələlərə yanaşmada müasir dövrün tələblərinin əsas götürülməsi, inkişafın planlaşdırılması və idarə edilməsinə əsaslanan səmərəli idarəetmə sisteminin mövcudluğu davamlı yüksəlişi təmin edəcək əsaslı amillərdən biridir. Ötən ay bunun bir daha şahidi olduq.

Müstəqilliyimizin ilk illərində Naxçıvanda qəbul edilən tarixi qərarlar Azərbaycan dövlətçiliyinin formalaşması, onun tərəqqisi, milli, iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin qurulması kimi əhəmiyyətli məsələlərdə mühüm rol oynayıb. Qədim diyar bu gün də dövlətçiliyimizin qətiyyətli müdafiəçisi kimi respublikamızın beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə öz töhfəsini verir.

Martın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Muratla görüşüb.

Qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirən Ali Məclisin Sədri onun ölkəmizdəki birinci fəaliyyəti dövründə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan, eləcə də Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin olduğunu bildirib, münasibətlərin bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq şəraitində davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Martın 7-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müasir dövrümüzdə dünyanın ən ciddi problemlərindən biri də qlobal istiləşmə və ətraf mühitin ekoloji tarazlığının pozulması məsələləridir. Təbiətdəki tarazlığın qorunması təkcə bu günümüz üçün deyil, həm də gələcəyimiz üçün çox böyük əhəmiyyətə malikdir. Sevindirici haldır ki, muxtar respublikamızda təbiətin mühafizəsi, yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu məsələdə doğma yurdumuzda çox gözəl ənənə formalaşıb. Hər il muxtar respublikamızın əhalisi baharın gəlişini səliqə-sahman yaratmaqla, yaşıllıqlar salmaqla qarşılayır və bu proses ilboyu çox böyük uğurla davam etdirilir. İşgüzarlıq, təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu xeyirxah əməllər nümunədir.

Martın 5-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, təmizlik-abadlıq işləri görülüb, yeni yaşıllıq zolaqları və meyvə bağları salınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iməcilikdə iştirak edib, püstə bağında yeni tinglər əkib. Həmin gün muxtar respublika ərazisində iməciliklər yolu ilə 23 minə yaxın ting və 18 mindən artıq bəzək kolları əkilib.

Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan qadınları müstəqillik illərində” mövzusunda tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri əvvəlcə qadınların əl işlərindən, rəsm əsərlərindən, eləcə də onların müəllifi olduğu kitablardan ibarət sərgiyə baxıb.

Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək deyib: “Hər bir cəmiyyətin inkişaf səviyyəsi, o cəmiyyətdə qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycanda qadın adı həmişə uca tutulmuş, böyük ehtiram göstərilmişdir. Hələ orta əsrlərdə Naxçıvanda və Qarabağlarda qadın adına layiq Möminə xatın və Quti xatın türbələri ucaldılmışdır. Bunlar bənzərsiz memarlıq abidələri olmaqla yanaşı, eyni zamanda qadına münasibətin nümunəsi idi. Milli kimlik pasportumuz olan “Kitabi-Dədə Qorqud” dastanının qadın qəhrəmanları bu gün də mənəvi saflığın, sədaqətin və mərdliyin rəmzi hesab olunurlar. Belə nümunələr kifayət qədər çoxdur. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram əlaməti olaraq xatın, bəyim, banu və xanım kimi adlar verilərək ehtiram göstərilmişdir. Xalqımız üçün çox müqəddəs olan vətənin, torpağın və dilin ana vətən, ana torpaq, ana dili adlandırılması da Azərbaycan türklərində qadın, ana adına verilən yüksək qiymətin ifadəsidir”.

İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən mühüm amillərdən birinə çevrilməsi artıq danılmaz faktdır. Təsadüfi deyil ki, dövlət strukturlarının və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini də əhatə edən İKT dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən və perspektivli sahələrindən biri sayılır. İnformasiya cəmiyyətinə istiqamətlənmiş İKT-nin muxtar respublikamızda da sürətlə inkişaf etməsi və dövlət tərəfindən göstərilən hərtərəfli diqqət və qayğı sözügedən sahədə bundan sonra da yeniliklərin əldə ediləcəyinə zəmanət verir.

Martın 11-də “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təqdimatı olub.

“Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq elektron sənəd dövriyyəsi, eləcə də vətəndaşlardan daxil olan ərizə və müraciətlər üzrə elektron qeydiyyat sistemi yaradılmışdır. Qabaqcıl proqram təminatına əsaslanan bu sistem muxtar respublikada vətəndaş cəmiyyətinin və vətəndaşla dövlət orqanları arasında münasibətlərin inkişafına mühüm töhfədir”, - deyən Ali Məclisin Sədri bu işin mühüm əhəmiyyəti olduğunu bildirib, sistemin yaradılmasında əməyi olanlara təşəkkür edib.

Muxtar respublikada müharibə veteranları və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi buradakı inkişaf və tərəqqinin bəhrələridir. Bunun nəticəsidir ki, ötən il 10 nəfər müharibə əlili və şəhid ailəsi mənzillərlə, müvafiq kateqoriyalı sağlamlıq imkanları məhdud 16 nəfər minik avtomobili ilə təmin edilib.

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər təqdim edilib.

Hər bir ölkənin gələcəyi şaxələndirilmiş iqtisadiyyat ilə bağlıdır. Bu, dayanıqlı iqtisadiyyatı təmin edən əsas vasitələrdən biridir. Bu baxımdan turizm sektorunun inkişafı daha çox diqqəti cəlb edir. Bu sektor bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və tanıdılması baxımından səciyyəvidir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına maraq göstərilir. Aparılan sosioloji tədqiqatlardan məlum olub ki, hələ ötən əsrin sonlarında turizm sahəsində dünyada əldə olunan gəlirin həcmi 450 milyard dolları keçib. Hesablamalara görə, 2020-ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Həmin ildə dünya üzrə turistlərin sayının 2 milyard nəfərdən çox olacağı proqnozlaşdırılır. Bu da indiki dövrlə müqayisədə xeyli çoxdur.

Muxtar respublikamızda turizmin inkişafı üçün sabitlik, iqtisadi, mədəniyyət, tarixi, təbii-coğrafi potensial var. Bu, Naxçıvanın beynəlxalq turizm marşrutuna daxil olmasına kifayət edir.

Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirə, bu mənada, böyük əhəmiyyətə malikdir.

Martın 19-da Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyi şəhər sakinləri ilə yanaşı, muxtar respublikamızın qonaqlarında da xoş ovqat yaradıb, maraqlı və yaddaqalan olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bayram şənliyində iştirak edib.

Ali Məclisin Sədri əziz bayram günündə şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələrini, sabitliyimizi qoruyanları, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, tədbir iştirakçılarını, bütün muxtar respublika əhalisini Novruz bayramı münasibətilə təbrik edib, hər kəsə xoş bayram ovqatı arzulayıb.

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Hərbi Hospitalına gəlib, hərbi qulluqçuların sağlamlığı, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanıb. Həmin gün Ali Məclisin Sədri Psixi Xəstəliklər Dispanserinə gəlib, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Novruz bayramı münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının “Şərqə açılan qapısı” adlandırılan Culfa rayonu bu gün inkişafının yüksəliş dövrünü yaşayır. Göstərilən dövlət qayğısı nəticəsində rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Digər rayonlarımızda olduğu kimi, Culfada da kəndlərin inkişafı muxtar respublikada həyata keçirilən quruculuq siyasətinin əsas istiqamətlərindən biridir. Aparılan bu işlərin əsas məqsədi kənd sakinlərinin rahat yaşayışını təmin etmək, kəndlə inkişaf etmiş şəhər arasındakı fərqi aradan qaldırmaq, insanların yurda, torpağa bağlılığını artırmaqdır.

Bu gün Culfa rayonunun Saltaq kəndi də yeni inkişaf dövrünü yaşayır. Təbiət möcüzəsi hesab edilən, görünüşü, əzəməti ilə gözoxşayan Haçadağın ətəyində, gur axan Əlincəçayın sahilində yerləşən bu kənddə geniş quruculuq işləri aparılıb. Artıq Saltaq kəndi ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əks etdirən müasir yaşayış məntəqəsinə çevrilib. Martın 28-də Saltaq kənd tam orta məktəbinin yeni binası, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, kənd avtomobil yolu və körpü, su dəyirmanı istifadəyə verilib.

Bu obyektlər arasında su dəyirmanının xüsusi yeri var. Tarixi-mədəni irsimizin bir parçası olan su dəyirmanları bu gün də xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilir. Həmin dəyirmanların üstünlükləri çoxdur. Məhz su dəyirmanlarında üyüdülmüş undan çörək yeyənlərdə şəkər xəstəliyi olmur. Yəni su dəyirmanı əsl sağlamlıq mənbəyidir.

Muxtar respublikamızda kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verməklə yanaşı, əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Bu isə həm də təşəbbüskarlığın artması, fərdi təsərrüfatçılığın inkişafı deməkdir. Muxtar respublikamızda həyata keçirilən iqtisadi islahatlar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasını, kənd təsərrüfatının bütün sahələrinin inkişafı məsələsini ön plana çıxarıb.

Bu baxımdan martın 29-da “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında aqrolizinq sahəsində fəaliyyətin təşkili və yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə əlaqədar keçirilən səyyari müşavirə böyük əhəmiyyətə malikdir.

Müşavirədə kənd təsərrüfatı sahəsində yeni innovasiyaların tətbiqinə və müasir texnikalardan istifadəyə, meliorasiya və suvarma tədbirlərinin vaxtlı-vaxtında aparılmasına, kənd təsərrüfatı məhsullarının sığortalanmasına və digər əhəmiyyətli məsələlərə diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

“Kənd təsərrüfatı sahəsində nəticə əldə etmək üçün aid təşkilatlar tərəfindən kompleks tədbirlər görülməlidir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və 2016-cı ilin yaz əkinlərinin uğurla başa çatdırılacağına əminliyini bildirib, bu işdə muxtar respublikanın kənd təsərrüfatı işçilərinə uğurlar arzulayıb.

Bu gün muxtar respublikada kənd təsərrüfatı sahəsində qazanılan uğurlara böyük zəhmətlər hesabına nail olunub. Həqiqətən də vətənpərvər, fədakar insanlar aqrar sektor daxil olmaqla, iqtisadiyyatın bütün sahələrini davamlı inkişaf etdirmək üçün yorulmadan çalışırlar. Muxtar respublikamızın gələcəyə daha uğurla addımlaması üçün dövlətimizin siyasi iradəsi və gücü vardır. Məhz bunun nəticəsində gələcəyimizin inkişaf istiqamətlərini bu gündən proqnozlaşdırmaq mümkündür. Belə ki, təkcə mart ayı ərzində keçirilən müşavirələrdə qarşıya qoyulan vəzifələrin icrası birmənalı şəkildə daha böyük uğurlar əldə etməyimizə yol açacaq. Çünki həmin tələblər həm də müasir dövrün çağırışlarına cavab verən inkişaf strategiyasının tərkib hissəsidir.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır