Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə malik güclü ordu

Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir

Bakı, 21 iyul, Məmməd İsayev, AZƏRTAC

Son bir neçə ildə ordu quruculuğunda görülən işlərin təhlilini aparsaq, görərik ki, ötən illər bizim üçün səmərəli, nailiyyətlərlə dolu və ordu quruculuğu prosesində başucalığı gətirən dövr olub. Ordu quruculuğunun bizim üçün ən başlıca və prioritet məsələ olduğunu vurğulayan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi və tapşırığına əsasən kompleks şəkildə aparılan islahatlar Silahlı Qüvvələrdə bütün istiqamətləri əhatə edə bilib. Bunun nəticəsidir ki, ordumuz aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməyə nail ola bilib və güclü ordularla bir cərgədə dayanmağa layiq olduğunu sübut edib.

Ali Baş Komandanın atdığı uğurlu addımlar sayəsində Azərbaycanın iqtisadi qüdrətlənməsi hərbi büdcəmizin də sürətlə yüksəlməsinə səbəb oldu. Bu istiqamətdə artım tendensiyasının ölkəmizdə davamlı olması da qürurvericidir. Son bir neçə ildə ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, dəqiq, geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu proses mərhələlərlə, planlı surətdə həyata keçirilməkdə davam edir.

Azərbaycan Ordusunda aparılan islahatlar, onun döyüş qabiliyyətinin yüksəlməsi üçün qəbul edilən qərarların düzgün, əhəmiyyətli, uğurlu olmasına 2016-cı ilin aprel ayında həyata keçirilən əks-həmlə əməliyyatının, 2018-ci il uğurlu Günnüt əməliyyatının, 2020-ci il Tovuz döyüşlərinin və Vətən müharibəsinin tarixi Zəfərimizlə başa çatması ən dolğun əyani sübut və bariz nümunədir.

Vətən müharibəsində qazandığımız Qələbə Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinin təcəssümüdür. Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi yaddaşlarda əbədi yaşayacaq. Bu gün biz qalib Orduyuq. Müzəffər Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində rəşadət və şücaət göstərərək düşmənin 30 ildən çox davam edən hərbi təcavüzünə son qoydu və Vətən və xalq qarşısında şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Doğma Vətənin keşiyində yüksək əhval-ruhiyyədə dayanan Azərbaycan Ordusunun şəxsi heyəti torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanının hər bir əmrinə daim hazırdır.

AZƏRTAC Azərbaycanda nizami ordu quruculuğu, hərbi sahədə aparılan islahatlar, Silahlı Qüvvələrin keçdiyi inkişaf yolu, müasir silahlarla təchizatı, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması və sosial məsələlərinin həlli ilə bağlı bəzi önəmli məqamlara bir daha nəzər salır.

Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir

Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu olub. Onlar Birinci Qarabağ müharibəsində, Aprel, Tovuz döyüşlərində və Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində genişmiqyaslı işlər görüldü, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. 1994-cü ildə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, bu yaxınlarda artıq ikinci ildir qalib ordu kimi qeyd etdiyimiz 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu yüksək diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həllinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlar və texnikalarla təchiz edildi, hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Modernləşdirilən Azərbaycan Ordusunun qüdrəti bu gün beynəlxalq səviyyədə etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.

Ordumuzun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin Aprel döyüşlərində bir daha göstərdi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi parad təşkil edildi. Paradda iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyevin qəti əminliklə dediyi sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən reallaşdı.

Azərbaycan Ordusu növbəti uğurunu 2020-ci il iyulunda baş vermiş Tovuz döyüşləri zamanı əldə etdi. Ermənistan ordusunun ölkəmizə qarşı növbəti təxribatının qarşısının alınması ilə başlayan beşgünlük İyul döyüşlərində rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətinin qarşısını aldı. Tovuz döyüşləri zamanı 12 sayseçmə hərbi qulluqçumuzu şəhid versək də, bu hadisələr Azərbaycanın hərbi üstünlüyünün təsdiqi kimi tarixə yazıldı, eyni zamanda xalqımızın, ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı. Bu döyüşlər Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən biri oldu.

Vətən müharibəsindən sonra Ordumuzun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, yeni komando bölmələri yaradılıb

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı hazırda dünyanın qabaqcıl hərb məktəblərində öyrənilir və araşdırılır.

2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm Zəfər Paradını xüsusi qeyd etmək lazımdır. Düşməndən qənimət kimi götürülmüş silah-sursat və texnika ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız bu paradda göstərildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər yekunlaşdı - açıq səma altında nadir park salındı. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Vətən müharibəsində 2900-dən çox əsgər və zabitimiz doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-2021-ci illərdə imzaladığı sərəncamlarla döyüşlərdə igidlik göstərmiş ümumilikdə 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif edildi.

İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb, silah-sursat təchizatı daha da yaxşılaşıb, komando bölmələri yaradılıb. 2021-ci il dekabrın 24-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində hərbi hissənin açılışında çıxış edərək Komando Briqadasının yaradılmasının əhəmiyyətindən, müharibədən sonra imzalanmış yeni kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınmasından, hərbi xərclərin artırılmasından danışıb: “Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, - digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, - onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.

Prezident İlham Əliyev bu il yanvarın 1-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində müasir silahların, texnikaların alınmasına, yeni hərbi birləşmə olan Komando Qüvvələrin yaradılmasına toxunaraq deyib: “Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır - Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır”.

Hərbi sahədə aparılan islahatlar, Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması

Ali Baş Komandanın göstərişinə əsasən, bu ilin altı ayı ərzində hərbi sahədə genişmiqyaslı struktur islahatları aparılıb, eləcə də hərbi təhsil sahəsində dəyişikliklər olub. Təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Hazırda bu islahatlar davam edir və bu istiqamətdə böyük işlər görülür. Ordumuz qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılır. Uğurlu “Dəmir yumruq” əməliyyatından sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təchiz edilməsi barədə müvafiq göstərişlər verdi. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparıldı və Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradıldı. Həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılması həyata keçirilərək qüvvə və vasitələrinin sayı artırıldı.

Heç kimə sirr deyil ki, son illər Azərbaycanda hərbi-sənaye kompleksinə aid onlarla müəssisə uğurla fəaliyyət göstərir və ordumuzu keyfiyyətli məhsullarla təmin edir. Azərbaycanın hərbi sənaye zavodlarında bütün növ patronlar, tapançalar, avtomatlar, pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli maşınlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları da daxil olmaqla, mindən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək danılmazdır. Ötən il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin qardaş ölkələr arasında strateji müttəfiqlik barədə imzaladıqları Bəyannamənin ikitərəfli münasibətlərin inkişaf etdirilməsində müstəsna rolu var. Bəyannamədən irəli gələn fəaliyyətlər Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirilir.

Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində yaradılan əməliyyat (komando) birləşmələrinin şəxsi heyəti peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlıq kurslarına cəlb edilib. Hazırlıq kurslarında fərqlənən və yüksək nailiyyətlər qazanan hərbi qulluqçular əlavə olaraq təlimatçı kurslarına cəlb ediliblər. Nəticədə Azərbaycan Ordusunda Komando Təlim Mərkəzi yaradılıb. Hazırda həmin təlim mərkəzində bu birləşmələr üçün şəxsi heyətin hazırlanması davam etdirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə bu hərbi birləşmələrin əhəmiyyətini xüsusi vurğulayıb: “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu” fəaliyyətə başlayıb və bir neçə hazırlıq mərhələsi üzrə peşəkar snayperlərin hazırlanmasına nail olunub.

Vətən müharibəsində əldə edilmiş təcrübələrə əsasən qoşunların idarəedilməsi ilə bağlı Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri komandanlıqlarında Döyüşü İdarəetmə mərkəzləri və onların tabeliyində olan bölmələrdə döyüşü idarəetmə qrupları yaradılıb, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işləri təşkil edilib.

Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrində Vətən müharibəsinin təhlili aparılıb, nəticələrinin tətbiqi məqsədilə tədris proqramlarında yeniliklər edilib. Elm və təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsinin fəaliyyətinin təkmilləşdirilməsi, hərbi elm və təhsil sisteminin inkişafı, Azərbaycan Ordusunda ali təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlarla təminatın həyata keçirilməsi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, onlarda praktik fəaliyyətdə elmi yanaşma bacarıqlarının formalaşdırılması, elmi nəticələrin ölkənin müdafiə qüdrətinin yüksəldilməsində və ordu quruculuğunun təkmilləşdirilməsində səmərəli tətbiqi, habelə dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsinin təmin edilməsi məqsədilə hərbi təhsil sistemində qardaş ölkənin hərbi təhsil sisteminin tətbiqi istiqamətində uğurlu iş aparılıb.

Milli Müdafiə Universiteti tabeliyində xüsusi təyinatlı təhsil müəssisələri vasitəsilə ali təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını, ümumi təhsilin tam orta təhsil, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsini təmin edən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək. Xüsusi təyinatlı təhsil müəssisələrinin strukturunda əsaslı dəyişikliklərin olunması Azərbaycan Ordusunda elm və təhsilin səviyyəsinin Türkiyənin və inkişaf etmiş digər ölkələrin hərbi elm və təhsil sisteminə uyğunlaşdırılmasına töhfə verəcək.

Hərbi xərclərimiz hər il artırılır, hərbçilərin sosial məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır

Ötən müddətdə yeni müqavilələr imzalanıb, ordumuz üçün müasir hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Prezident İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində hərbi xərclərin artırılmasına toxunaraq bildirib ki, artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib: “Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var. Biz hərbi xərclərimizi keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdik və hesab edirdik ki, bu, kifayətdir. Ancaq sonra, bax, dediyim məsələlərə görə və digər məsələlərə görə, burada demədiyim məsələlərə görə biz hesab edirik ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texnoloji imkanları olan silahların alınmasına xərclənəcək. Mən bunu da demək istəyirəm. Çünki biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək”.

Dövlətimizin başçısı bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında hərbçilərin xidmət şəraiti və sosial müdafiəsi məsələlərinə də toxunaraq bunun Azərbaycanda yüksək səviyyədə həllini tapdığını söyləyib: “Hərbçilərin həm xidmət şəraiti, həm mənzil şəraiti haqqında bir çox məlumatlar var. Azərbaycanda bu sahədə görülən işlər deyə bilərəm ki, dünyada nadir hallarda təkrarlanır. İndi qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bizim bütün hərbi şəhərciklərimiz əsaslı şəkildə təmir edilir, onun haradasa 90 faizi yenidən qurulub. O cümlədən azad edilmiş torpaqlarda nə qədər böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur - biz bunu o ağır iqlim şəraitində edirik. Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və müvafiq göstərişlər verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb, bunu hamı bilməlidir”.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin tərkib hissəsi olan hərbi obyektlərin tikilməsi və hərbi infrastrukturun yaradılması, hərbi hissələrdə xidməti-döyüş şəraitinin yaradılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm işlər görülüb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərində yerləşən hərbi hissələrin şəxsi heyətinin məişət şəraitinin yaxşılaşdırılması və fasiləsiz təminatını təşkil etmək məqsədilə yeni yataqxana, yeməkxana, hamam-camaşırxana kompleksi, anbarlar və digər obyektlər istifadəyə verilib. Vətən müharibəsindən sonrakı müddətdə yeni tikilən, təmir-bərpa işləri aparılan obyektlərin sayı 200-ə yaxındır. Bu, həm dövlətimizin iqtisadi qüdrətinin, həm də Prezidentimizin ordumuza diqqət və qayğısının bariz nümunəsidir.

Xalqımızın otuz illik arzusunu reallığa çevirərək hərbi qüdrətini bütün dünyaya göstərən ordumuzun qəhrəman əsgər və zabitləri bu gün işğaldan azad edilmiş ərazilərimizin mühafizəsi və müdafiəsində “Dəmir yumruq” kimi dayanıblar.

Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri xalqımızın Azərbaycan Ordusunun qüdrətinə inamı idi. Eyni zamanda, bütün dünya yeni əsrin müharibəsini aparmış ordumuzun gücünü, peşəkarlığını və öz tarixi missiyasını uğurla reallaşdırmaq iqtidarında olduğunu gördü.

Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Heç şübhəsiz ölkəmizdə ordu quruculuğu Ali Baş Komandanın tapşırığına əsasən növbəti illərdə də prioritet sahələrdən biri olacaq. Müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, mükəmməl döyüş hazırlığına və ruh yüksəkliyinə malik Azərbaycan Ordusu işğal altında olmuş torpaqları azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Hazırda Silahlı Qüvvələrimiz artıq yeni uğurlara imza atmağa və Ali Baş Komandanın hər bir əmrini icra etməyə qadirdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub