ORDU
Müdafiə Nazirliyi: Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə məlumatlar dezinformasiyadır
Bakı, 16 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.
Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”,- deyə məlumatda qeyd olunur.