ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılıb
Bakı, 13 aprel, AZƏRTAC
2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün elektron sənəd qəbulu prosesinə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.
Elektron sənəd qəbulu aprelin 14-ü saat 23:59-dək davam edəcək. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.