Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Mühəndis-istehkam hərbi hissəsinə mediatur təşkil olunub

Bakı, 22 iyun, AZƏRTAC

26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətləri ictimaiyyətə çatdırmaq və ordumuzun geniş təbliği məqsədilə mühəndis-istehkam hərbi hissəsinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər üçün mühəndis təminatı barədə treninq keçirilib.

Media nümayəndələri mexaniki mina təmizləmə texnikaları ilə yaxından tanış olublar. Jurnalistlərə azad olunan ərazilərimizdə mühəndis işlərinin daha da sürətli və təhlükəsiz aparılması ilə bağlı ordumuzun ixtiyarında olan müasir hərbi texnikalar nümayiş etdirilib və onlar haqqında ətraflı məlumat verilib.

Baş leytenant Zöhrab Əzizov deyib ki, “MTU-90 M” modernləşdirilmiş körpüdür. Bu körpü vasitəsilə yarğanlardan, ensiz su maneələrindən keçidlərin açılması üçün istifadə olunur. İkinci Qarabağ müharibəsi zamanı bu texnikadan istifadə olunub və bütün döyüş tapşırıqları layiqincə yerinə yetirilib. Texnikanın yük götürmə qabiliyyəti 60 tonadəkdir. Yəni 60 tonadək bütün zirehli texnikalar bu körpünün üzərindən hərəkət edə bilər. Körpünün qurulma müddəti isə təqribən 2-3 dəqiqədir. Həmin müddətdə körpü qurulur və tam istifadəyə verilir.

Körpü qurularkən şəxsi heyət texnikanı tərk etmir və hidroötürücülər vasitəsilə körpü qurulur. Texnikanın heyəti mexanik sürücü və maşın komandiri olmaqla iki nəfərdən ibarətdir. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirən texnikadan Vətən müharibəsində Qubadlı istiqamətində Həkəri çayı üzərində istifadə olunub.

Mayor Nurlan Nəsirov qeyd edib ki, Türkiyədə istehsal edilən mexaniki mina təmizləmə texnikası “MEMATT”ın əsas təyinatı tank və piyada əleyhinə minaların təmizlənməsidir. Mexaniki mina təmizləmə texnikasının uzunluğu 6,8 metr, eni 2,8 metr, hündürlüyü 2,3 metrdir. Ümumi çəkisi 13 ton olan texnikanın mina təmizləmə sürəti saatda 0,5-1 kilometr təşkil edir. Texnika işğaldan azad olunmuş ərazilərdə mühəndis istehkam bölmələri tərəfindən ərazilərin minalardan təmizlənməsi məqsədilə istifadə edilir. O, idarəetmə pultu vasitəsilə uzaqdan idarəetmə qabiliyyətinə malikdir ki, bu da texnikanı 5 min metr məsafədən idarəetmə imkanı yaradır.

Polkovnik Mehman Daşdəmirov bildirib ki, Vətən müharibəsində qələbəyə töhfə verən bölmələrdən biri də mühəndis-istehkam bölmələridir. Ordumuzun bölmələrinin fasiləsiz hərəkəti üçün manevr və təxliyəyə daşımaların hazırlanmasında, düşmən obyektlərinin mühəndis kəşfiyyatında, düşmənin 30 il ərzində qurduğu istehkam qurğularının yarılmasında, istər döyüşlər zamanı, istərsə də müharibədən sonrakı dövrdə ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsində mühəndis bölmələrinin böyük rolu var. Vətən müharibəsi bitdikdən sonra da mühəndis təminatını həyata keçirən Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, sıradan çıxmış yollar işlək vəziyyətə gətirilir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərimizdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Müharibədən sonra bu günədək 20 min hektardan çox ərazi mina və partlamamış sursatlardan təmizlənib, 18 minə yaxın partlamamış hərbi sursat piyada və tank əleyhinə mina zərərsizləşdirilib. Bununla yanaşı, bölmələrimizin fasiləsiz hərəkəti üçün 800 kilometrə yaxın yeni yol hazırlanıb, döyəclənib və bölmələrin istifadəsinə verilib. Bölmələrimiz tərəfindən düşmənin məhvetmə vasitələrindən qorunmaq üçün fortifikasiya qurğuları hazırlanıb.

Bu hərbi şəhərcikdə sizlərə nümayiş etdirilən texnikalar müharibədən sonra da verilən tapşırıqların icrasında tətbiq olunur.

Treninqdə, eləcə də xüsusi hazırlanmış mühəndis şəhərciyində istehkamçılar tərəfindən ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi mövzusunda fəaliyyətlərin praktiki olaraq icra edilməsi mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Sonra hərbi hissənin təlim poliqonunda mühəndis-istehkamçılar təlim-məşq nümunələri təqdim ediblər.

Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Media təmsilçiləri hərbi hissədə, həmçinin əsgərlər üçün yaradılmış şəraitlə, o cümlədən yeməkxana, hamam, yataqxana və tibb bölməsi ilə də tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi