Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Müxtəlif ölkələrin qeyri-adi səhər yeməkləri

Müxtəlif ölkələrin qeyri-adi səhər yeməkləri

Bakı, 9 iyul, Emil Eyyubov, AZƏRTAC

Yulaf yarması, buterbrodlar, qəhvə. Bunları yaddan çıxarın! Xarici ölkələrə səfərləriniz zamanı müxtəlif ölkələrin səhər yeməkləri barədə bilikləriniz sizə lazım ola bilər. Hansı ölkədə səhərlər süfrəyə “baba qanuş” verilir, səhər yeməyində bar nəyə lazımdır və “kayseki” səhər yeməyi nə deməkdir? AZƏRTAC “ria.ru” saytına istinadla bu kimi suallara cavabı oxucularla bölüşür.

İtaliya. Demək olar ki, səhər yeməyi olmadan: qəhvə, qəzet, bar masası

İtaliyada səhər yeməyində qəhvəni kruassanla (kornetto) içmək qəbul edilib. Adama elə gəlir ki, burada qeyri-adi heç nə yoxdur. Lakin burada əsas ab-havadır. 

“İtalyanlar səhər yeməyini barda yeyirlər. Bu zaman onlar səhər qəzetlərini gözdən keçirir, orada yemək yeyən tanışları ilə ünsiyyət qururlar. Oradakı barlar çox vaxt digər ölkələrdəki ilə müqayisədə daha sadə olur: yalnız bar masası. Lakin bir neçə evə yetəcək bar masası demək olar ki, hər evin qarşısında yerləşir. Əsl İtaliya məhz oradadır”, - deyə İtaliyanın turizm üzrə milli agentliyində bildiriblər.

Otellərdə ənənəvi italyan səhər yeməyi təklif olunur. Buraya, bir qayda olaraq, müxtəlif cür çörək məhsulları (o cümlədən əlbəttə ki, kruassan, hətta kəpəklisi belə), tostlar, vetçina, pendir, yağ, şirələr, qəhvə daxildir.

Yaponiya. Yüksək səviyyəli mətbəx: qıcqırdılmış paxla və üç növ xörək

Ənənəvi yapon səhər yeməyinə düyü, “tamaqo-yaki” (soya sousu ilə rulet şəklində bükülmüş omlet), miso-şorba, marinadlaşdırılmış tərəvəz və “natto” - qıcqırdılmış soya paxlasından olan xörək aid edilir. Təcrübəli səyyahların sözlərinə görə, paxlanın dadı olduqca spesifikdir, bu səbəbdən də əcnəbilərin heç də hamısı onu qəbul etmir. “Dadı şortəhərdir, ətri isə ammonyaka bənzəyir” - nattonu reseptlərdə belə təsvir edirlər. 

Əgər turist rökanda - klassik yapon mehmanxanasında qalıbsa, o zaman “kayseki röriyə” - qeyri-adi və çox dadlı səhər yeməyinə və ya nahara hazır olmalıdır. Bu ənənəvi yemək yüksək səviyyəli yapon mətbəxidir. Axşam yeməyində azı 7 cür yemək təklif edilir. Ənənəvi olaraq isə bu yeməklərin sayı 12-dən daha çox olur. Yaxşı rökanlarda “kayseki röri” tərkibində azı 3 cür xörəklə təqdim edilən səhər yeməyidir. Bu yeməklərin hazırlanması və süfrəyə verilməsi əsl incəsənət, yapon mətbəxinin əsas mahiyyətidir: şorbadan (“itidzü”), qəlyanaltıdan (“sansay”) tutmuş susi, sasimi, mövsümi balıq, tərəvəz və desertədək. Düyü mütləqdir.

Norveç. Sadəcə buterbrod deyil, habelə pendir, vafli və çoxlu balıq

“Norveç səhər yeməyində ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin bu, belə deyil. Məsələn, Norveç dilində buterbrodu hazırlamaq üçün çörəyin arasına qoyulan ərzaqlar bir sözlə - poleqlə (pålegg) ifadə olunur”, -deyə Norveçin turizm üzrə şurasının direktoru Olqa Filippenko bildirir. Poleq qismində bir çoxları qəhvəyi bryunust pendirini seçirlər. Şirintəhər dada malik (bəziləri bu pendiri şortəhər bişmiş qatılaşdırılmış süd ilə müqayisə edirlər) pendir süd qarışığının (inək, qoyun və ya keçi südü), qaymaq və zərdabın buxara verilməsindən alınır. Məşhur Norveç pendiri təzə bişən vafli ilə çox uyğun gəlir. Yəqin ki, heç bir norveçli belə səhər yeməyindən imtina etməz. 

Oteldə səhər yeməyi qonaqları məyus etməyəcək. Bir çoxları Norveçi dəniz və balıqsız təsəvvür etmirlər. Bu səbəbdən də müxtəlif souslarda siyənəyin bir neçə növü, hisə verilmiş skumbriya, təzə qızılbalıq dilimləri və moyva balığının kürüsü səhər süfrəsinin əvəzolunmaz yeməkləridir.

Hindistan. Çayla süd də ədvalı və acıdır

Hindistanda adətən səhər yeməyi içərisində kiçik fincanların - katorilərin qoyulduğu böyük qabda, yaxud məcməyidə verilir. Bu, “dal makhani” (“dal” ilə hazırlanan ədviyyatlı yemək), “poha” (düyüdən hazırlanan qəlyanaltı), ağartı məhsullarından bişirilən yeməklər, “karri”də yumurta, kartofla pendirdən hazırlanan kürəciklər, tərəvəzlər ola bilər. Hər şey ədvalı və çox acı olur. Səhər yeməyinə mütləq düyü ilə mərci və düyü unundan bişirilmiş nazik “dosa” kökələri əlavə edilir. Ənənəvi içki - masala çayıdır (süddə, ədvalı). Əsas qayda isə yeməklərin sağ əllə, çəngəl-qaşıq istifadə etmədən yeyilməsidir. 

Moskvadan olan turist Natalya Venediktova deyir: “Qoada biz oteldə deyil, turist zonasından uzaqda yerləşən kiçik evdə qalmağa qərar verdik. Hər səhər evin sahibi bizə yemək gətirirdi. O, bizim üçün lobyalı və ədviyyatlı kartof sıyığı, soğanlı və ədviyyatlı kökələr, kotletə bənzəyən düyü kürəcikləri hazırlayırdı. Əlbəttə ki, bir də masala çayı”.

Efiopiyadan tutmuş Kareliyayadək: şorba, meyvə ilə balıq və doqqaz

Praktik olaraq, hər bir ölkənin səhər süfrəsinin öz xüsusiyyətləri var. Məsələn, Vyetnamda ənənəvi səhər yeməyi əriştəli şorbadır: “fo-bo” - mal əti ilə və ya “fo-qa” - toyuq ilə. Peruda “seviçe” (laym şirəsində marinadlaşdırılmış balıq və dəniz məhsulları), Yamaykada isə duzlu balığı yerli meyvələrlə hazırlayırlar.

Efiopiyada səhər yeməyində ıncera - ənənəvi çörək təqdim edirlər. Diametri azı bir metrə çatan kökə həm yemək, həm də boşqab rolunu oynayır: kökənin üstünə ət, düyü, kartof, souslar qoyulur.

Məşhur “hər şey daxil” sisteminə Türkiyədə ənənəvi səhər yeməyi təqdim edilir. Buraya dadlı və faydalı yeməklər - tərəvəzlər, təzə çörək, müxtəlif pendir növləri, o cümlədən keçi pendiri də daxildir. Adətən axşama doğru içilən məşhur qəhvənin əvəzinə səhəri türksayağı çayla qarşılayırlar.

Rusiya regionlarında da maraqlı ənənələr az deyil. Məsələn, marilərin (Mari Respublikası) səhər yeməyi “pulaşkamuno” (yumurta, süd, kartof və göyərtidən hazırlanan xörək), Kareliyada isə “kalitki”dir.

Tur şirkətlərində milli səhər yeməyi təklif olunur: sıyıq, dadlı Kareliya duzlu balığı, qara çörək, mərsin və quşüzümündən hazırlanan mors, kartof və darılı “kalitki”lər. Qafqazda səhər yeməyinə ruletlər təqdim olunur: məsələn, içərisinə pomidor, ədviyyə qoyulan lavaş, yumurtadan, həmçinin bol göyərtili, souslu balıq və ətdən hazırlanmış müxtəlif yeməklər. Həmçinin badımcan və lobyadan hazırlanan qəlyanaltılar da çox populyardır. Bu cür səhər yeməyi dadlı və doyumludur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib