RƏSMİ XRONİKA
“N” HƏRBİ HİSSƏSİ İLƏ TANIŞLIQ
Naxçıvan qarnizonunun rəisi general-leytenant Kərəm Mustafayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissənin qərargahı ilə tanış oldu.
Prezident İlham Əliyev əvvəlcə burada yaradılan Heydər Əliyev muzeyinə baxdı. Muzeydə ulu öndərin dövlət quruculuğu sahəsindəki fəaliyyətini, ümummilli liderin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissələrdə əsgərlərlə keçirdikləri görüşlərini əks etdirən fotoşəkillər toplanmışdır.
Üçmərtəbəli qərargah binasında zabitlərin hər biri üçün zəruri texniki avadanlıqla təchiz olunmuş ayrıca otaqlar vardır.
Ali baş komandan sonra əsgər yataqxanası ilə tanış oldu. Burada
əsgərlərin istirahəti üçün hər bir şərait var.
Daha sonra yeməkxana ilə tanış olan Prezident İlham Əliyev burada əsgərlərlə birlikdə nahar etdi.