Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcək

Naxçıvan İslam həmrəyliyinin güclənməsinə əvəzsiz töhfələr verəcək

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Ulu Öndər İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə xüsusi vurğulayıb. Dahi şəxsiyyətin milli və dini-mənəvi dəyərlərimizin qorunması və onların təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə islami dəyərlər təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Artıq başa çatmaqda olan 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” olması da bunun məntiqi davamıdır. Bu, mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn mühüm təşəbbüsdür. Dünyada çoxmədəniyyətlilik - multikulturalizm ətrafında geniş fikir mübadiləsinin getdiyi, bəzilərinin bunu öz mədəniyyətləri üçün təhlükə hesab edərək etinasız yanaşdığı bir dövrdə dövlətimizin başçısının elan etdiyi Multikulturalizm və İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir. Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. İslam həmrəyliyi təkcə İslam ölkələri üçün deyil, bütün dünya, dinlərarası münasibətlərin yüksəlişi üçün gözəl imkan kimi dəyərləndirilir.

Dekabrın 6-da “İslam Həmrəyliyi İli” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün ölkəmizdə müsəlmanların, xristianların və yəhudilərin bərpa edilərək yenidən istifadəyə verilən məscidlərdə, kilsələrdə və sinaqoqlarda azad şəkildə ibadət etmələri, dini və ya məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında mühüm tarixi missiyasıdır. Bu missiya hazırda ölkəmizdə uğurla davam etdirilir. Yaşadığımız dünyanın bir tərəfində insanlar dini və milli dözümsüzlükdən, digər tərəfində isə təriqətlərarası qarşıdurma və terrorizmdən əziyyət çəkirlərsə, Azərbaycanda dinlər arasında qarşılıqlı hörmət, mehriban münasibətlər və birlik hökm sürür. İndi Azərbaycan yalnız iqtisadi göstəriciləri ilə deyil, həm də dini dözümlülük və tolerantlıq sahəsində qazandığı nailiyyətlərlə dünyada tanınır və nümunə göstərilir. Reallıq ondan ibarətdir ki, dövlətimiz dini həmrəyliyə təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır, ölkəmiz dinlərarası beynəlxalq dialoqa öz töhfəsini verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu”.

Azərbaycanda fəaliyyət göstərən aparıcı dini icmaların rəhbərlərinin və ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin, nüfuzlu elm, siyasət, din xadimlərinin iştirak etdiyi həmin konfrans böyük sosial-siyasi, elmi və beynəlxalq əhəmiyyəti ilə diqqəti cəlb edir. Bəşəriyyətin ikinci atası hesab edilən Nuh Peyğəmbərin vətəni olan və bu gün ümumbəşəri dəyərlərin carçısına çevrilən Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın keçirilməsi həm də iki mühüm istiqamət baxımından əhəmiyyətlidir. Birincisi, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin yaşadıldığı qədim diyar müstəqil dövlətimizin qurucusu və memarı ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı, böyük siyasətə ikinci dəfə məhz buradan qayıtdığı bir məkandır. İkincisi, tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının yaranmasında önəmli rol oynayan doğma yurdumuz 2018-ci ildə daha bir mühüm və qlobal əhəmiyyətli tarixi missiyanı yerinə yetirəcək, güclü potensiala malik İslam dünyasının bir il ərzində qlobal arenada mədəniyyət təmsilçisi kimi çıxış edəcək: muxtar respublikamızın paytaxtı İslam mədəniyyətinin paytaxtı olacaq.

İslam mədəniyyəti: bəşər sivilizasiyasının ən ali mədəni sərvəti

Bəs nədir İslam mədəniyyəti və bu mədəniyyət ilinin keçirilməsinin mahiyyəti nədən ibarətdir?

Bir sıra tədqiqatçılar tarixi prosesləri təhlil edərək vurğulayırlar ki, İslam dini Ərəbistan yarımadasında yaransa da, qısa bir zamanda Asiya, Afrika və Avropa qitələrində yerləşən ölkələrdə yayılmağa başlayıb və şübhəsiz, bu din yayıldığı ərazilərdə yerli xalqların yaratmış olduğu mədəniyyətlə qaynayıb-qarışıb. İslam həmin xalqların şüurunda kök atdıqca bu, onların yaratmış olduğu maddi və mənəvi mədəniyyət nümunələrində də öz əksini tapmağa başlayıb. İslamın gətirdiyi yeni adət və inanclarla qədim dünya mədəniyyətinin bir ölçü daxilində qaynayıb­qovuşmasından İslam mədəniyyəti formalaşıb.

Bəşəriyyətin ikinci yaradılış yeri hesab edilən və sivilizasiyanın beşiyi olan qədim diyarımızın da bu məsələdə xüsusi rolu olub. Əsrlərboyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb, tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx olub. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib. Bu inkişaf İslam dininin qəbulundan sonra yeni müstəviyə qədəm qoyub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə deyib: “Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. Neolit, Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin nadir inciləri, beş min il bundan əvvəl yaradılan ilkin şəhər mədəniyyəti, insan düşüncəsinin ilk yazılı ifadəsi olan Gəmiqaya abidələri, milli varlığımızın ifadəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanı Naxçıvanda İslam dini qəbul olunana qədərki mədəniyyətin nümunələridir... 653-cü ildən sonra isə bu mədəniyyət İslam mədəniyyəti ilə vəhdətdə inkişaf etmişdir...”

Mədəniyyətlərin məkanlar üzərində dəyişməsi, təbii ki, böyük bir tarixi dövrü əhatə edib. Hələ Qərbdə Kopernik, Qaliley, Bruno kimi böyük alimlərin kəşfləri xristian dini mənsublarının elm və mədəniyyətə cahilcəsinə yanaşmaları nəticəsində təzyiqlərə məruz qalırdısa, İslam Şərqində elmi-tədris müəssisələri açılır və burada alimlər üçün hər bir şərait yaradılırdı. İslam dini Azərbaycanda yayıldıqdan sonra Naxçıvanda İslam dünyasının üzünə açılan böyük bir elm, mədəniyyət xəzinəsindən bütün dünya faydalanıb. Bu xəzinə İslam mədəniyyətinin formalaşmasında lokomotiv rolunu oynayıb. Qədim diyar şairləri, elm xadimləri, filosofları, mütəfəkkirləri, sənətçiləri və məşhur mədəniyyət nümunələri ilə həmin mədəniyyətin inkişafına əsaslı töhfələr veriblər.

Müqəddəs kitabımız “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Baba Nemətullah Naxçıvani İslam dünyasına şan və şöhrət gətirib, bu dinin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan, bu gün də Avropada əsərləri hərtərəfli tədqiq olunan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur. Naxçıvanın yetişdirdiyi belə elm, mədəniyyət, siyasət dahilərinin sayı onlarladır...

Məhz bütün bunların nəticəsidir ki, İslam mədəniyyəti Avropaya güclü təsir edirdi. Doğrudur, qərbli müəlliflər İslam mədəniyyətinin Avropanın mədəni həyatına göstərdiyi təsiri yalnız XIX əsrdən sonra etiraf etməyə başlayıblar. Zaman-zaman onların mövqelərini ortaya çıxaracaq fikirləri də olub. Bu sırada dünyada məşhur şərqşünas alim kimi tanınan Qustav Le Bonun fikirlərini xatırlamaq yerinə düşər. O deyib: “Tarixdən müsəlmanları silsək, renessansımız əsrlərcə geri qalmış olar”.

Müasir qloballaşma dövründə isə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya daha irəli gedərək nəinki bir-birini tanıma, eyni zamanda, dünya siyasətində söz sahibi olma baxımından böyük rola malikdir. Hazırda bu məqsədlə keçirilən tədbirləri daha sistemli təşkil etmək və xalqlar arasında əlaqələri mədəniyyət vasitəsilə inkişaf etdirmək məqsədilə “Avropa mədəniyyətinin paytaxtı”, “Ərəb mədəniyyətinin paytaxtı”, “Amerika mədəniyyətinin paytaxtı” və “İslam mədəniyyətinin paytaxtı” kimi layihələr reallaşdırılır. Həmin layihələr UNESCO tərəfindən müdafiə olunur, hətta mədəniyyət paytaxtı statusu alan şəhərlərin abidələri, bəzi hallarda şəhərin müəyyən hissəsi UNESCO tərəfindən Dünyanın Mədəni İrs Siyahısına daxil edilir. Adıçəkilən konfransda isə belə bir fikir səsləndi ki, Naxçıvan şəhəri hətta Avropa mədəniyyətinin paytaxtı olmağa layiqdir.

Qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan Naxçıvan: İslam sivilizasiyanın əsas məkanı

Böyük coğrafi ərazini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənləri də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti “İslam mədəniyyətinin paytaxtı” kimi şərəfli bir ada hələ də layiq görülməyiblər. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində bu ada layiq görülüb. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə. Bəs bunun əsas səbəbləri nələrdir?

Tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsində bir sıra mühüm məqamlar əsaslı rol oynayıb. Həmin məqamların hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: səbəblər zənciri möcüzəvi sinerji yaradır və dahilər yurdunu İslam mədəniyyətinin mərkəzinə çevirir.

İlkin tələb budur ki, həmin ada namizəd olan şəhərin region və öz ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elm, incəsənət və ədəbiyyatın inkişafına xüsusi töhfələr verməli, həm İslam, həm də bütövlükdə, dünya mədəniyyətində yeri olmalıdır. Eyni zamanda, bu ada layiq şəhərdə elmi və mədəni infrastruktur - elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməlidir. Şəhərdə qədimliklə müasirliyin birləşərək vəhdət təşkil etməsi də əsas şərtlər sırasındadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycanın bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Naxçıvan hər zaman region ölkələrinin diqqət mərkəzində olub. İnsan cəmiyyətinin yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsi, İslam Peyğəmbərinin övladlarının uyuduğu “İmamzadə”lər, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarası, əsrarəngiz Duzdağ mağaraları, Möminə xatın türbəsi məhz beş minillik şəhər mədəniyyətinə malik bu qədim yurd yerinin köksündə nəfəs alır. Bu siyahıya ulu əcdadlarımızın yaşam fəlsəfəsini özündə əks etdirən Gəmiqaya abidələrini, dünya arxeologiya elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji abidələrini, saysız-hesabsız təbiət möcüzələrini, Naxçıvanın Azərbaycan və Şərq elminə necə böyük istedadlı şəxsiyyətlər verdiyini də əlavə etsək, dünya xəritəsində həcmcə çox kiçik bir ərazidə böyük bir potensialın toplandığının şahidi olarıq.

Etiraf edək ki, müxtəlif tarixi dövrlərdəki ictimai-siyasi şərait Naxçıvanın öz layiqli qiymətini almasına imkan verməyib. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha doğrusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qədim diyarımızın yenidən öyrənilməsinə, tədqiq olunmasına başlanılıb. Son 22 il ərzində Naxçıvanda 300-dən artıq mədəniyyət və turizm obyekti inşa olunaraq və ya əsaslı təmir edilərək istifadəyə verilib. 2006-2017-ci illərdə muxtar respublikada aparılan araşdırmalar zamanı 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələrin böyük əksəriyyəti bərpa edilib.

Muxtar respublikada fəaliyyət göstərən 530-dan çox mədəniyyət, incəsənət və turizm müəssisəsi burada insanların mədəni istirahətinin təmin olunmasında mühüm rol oynayır. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında cəmi 13 muzey fəaliyyət göstərirdisə, hazırda regionda bir rəsm qalereyası və 28 müxtəlif profilli muzey insanların xidmətindədir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 115 mindən çox eksponat toplanıb və bunların sayı hər keçən gün daha da artmaqdadır.

Çoxsaylı tarixi abidələrin bərpası, müxtəlif ərazilərdə arxeoloji tədqiqatların aparılması, regionun tarixi, mədəniyyəti, milli dəyərləri ilə bağlı müxtəlif ədəbiyyatların nəşri Naxçıvan haqqında zəngin məlumatları ortaya çıxarmaqla bərabər, ildən-ilə bura axışan turistlərin də sayının artmasında mühüm əhəmiyyət kəsb edir. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı üzə çıxarmaq, təbliğ etməkdən ibarətdir.

2018-ci il Naxçıvanın tarixinə qızıl hərflərlə yazılacaq

Qonaqpərvərliyi ilə seçilən muxtar respublika sakinləri 2018-ci ili səbirsizliklə gözləyirlər. Çünki İslam Əməkdaşlıq Təşkilatının tərkibinə daxil olan 52 ölkənin hər birinin nümayəndəsi rəsmi qaydada Naxçıvana gələcək. Mötəbər tədbirlərin keçirilməsi zamanı isə dünya mediasının diqqəti qədim diyara yönələcək. Mədəniyyət paytaxtlarına aid saytlarda, beynəlxalq informasiya agentliklərində şəhərimizin tarixi və mədəni irsi təbliğ ediləcək, keçirilən tədbirlər haqqında ətraflı məlumatlar veriləcək. Yəni, 2018-ci ildə Naxçıvan dünyanın informasiya məkanlarından biri olacaq. Bu, muxtar respublikada formalaşan böyük mədəniyyətin, onun zəngin turizm potensialının təkcə İslam ölkələrində deyil, həm də dünyada təbliği baxımından əvəzsiz imkanlar yaradacaq. Bundan başqa, həmin ölkələrdə Naxçıvan mədəniyyətini əks etdirən tədbirlərin təqdimatının keçirilməsi də nəzərdə tutulub. Bu da görüləcək işlərə əsaslı töhfə verəcək.

Həyata keçiriləcək tədbirlər və digər mütərəqqi təşəbbüslər sayəsində muxtar respublikamız bütün dünyada həm 27 illik blokadaya baxmayaraq, yüksək sürətlə inkişaf edən, beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olan bir diyar kimi, həm də qeyri­adi istedadların doğulduğu və inkişaf etdiyi, milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı və zaman keçdikcə daha da zənginləşdirilərək dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən gözəl məkan kimi tanınacaq. Bu da həqiqətdir ki, İslamın mədəni göstəricilərindən biri də kitab mədəniyyətidir. Heç bir din haqqında bu qədər kitab yazılmayıb. İnanırıq ki, 2018-ci ildən başlayaraq İslam dünyasında yazılacaq kitablarda Naxçıvanın adı daha çox qeyd olunacaq.

Burada bir incə məqam da ondan ibarətdir ki, keçiriləcək tədbir sırf mədəni xarakter daşısa da, Naxçıvanın beynəlxalq müstəvidə siyasi çəkisini də ortaya qoyacaq. Məlum olduğu kimi, tarixin müxtəlif dövrlərində qədim diyarımıza bir sıra əsassız iddialar irəli sürülüb. Bu iddialar Naxçıvanın tarixinin, coğrafiyasının, mədəniyyətinin, ümumilikdə isə varlığının şübhə altına salınması məqsədi daşıyıb. Lakin indi Naxçıvan ötən əsrin əvvəlləri və sonunda böyük taleyin əsdirdiyi fırtınalarla üz-üzə qalan Naxçıvan deyil. Bu gün artıq Naxçıvanın dünyaya öz iddiaları və tələbləri var. Görülmüş və görüləcək işlər bu iddiaları daha açıq şəkildə ortaya qoyacaq. Zəngin baza, dinamik inkişaf və mütərəqqi ideyaların formalaşdırıldığı qədim Azərbaycan diyarı Naxçıvanın bəşər sivilizasiyasına deyəcək çox sözü var.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var