Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək

 İyunun 20-də Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcək

Naxçıvan, 19 iyun, AZƏRTAC

Müasir dünyada ölkələr arasındakı müəyyən münasibətlərin qurulmasında, əlaqələrin inkişaf etdirilməsində mədəniyyət amili mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox yüksək qiymət verərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Həqiqətən də maddi və mənəvi ünsürlərin formasiyasını özündə cəmləşdirən mədəniyyət xalqların həyatında mühüm rol oynayır. Müasir dövrdə mədəniyyətlərarası dialoq, mədəni inteqrasiya ölkələrin və xalqların bir-birini daha yaxından tanımasına imkan verir. Bu mənada mədəniyyət paytaxtları (“Avropa mədəniyyətinin paytaxtı”, “Ərəb mədəniyyətinin paytaxtı”, “Amerika mədəniyyətinin paytaxtı” və “İslam mədəniyyətinin paytaxtı”) layihələrinin həyata keçirilməsi milli, dini və bəşəri dəyərlərin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təbii ki, mədəniyyət paytaxtı statusunu daşımaq hər hansı bir şəhərin mövcud potensialından çox asılıdır. Çünki həyata keçirilən layihələrin əsas məqsədi status qazanmış şəhərlərin tanıtma, təqdimetmə imkanlarının yetərli olmasına şərait yaratmalıdır. Məhz Qafqazın, eləcə də Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi də bu potensialın mövcudluğundan irəli gəlir.

Qeyd edək ki, “İslam mədəniyyətinin paytaxtı” layihəsi haqqında ilk qərar ISESCO-nun təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Dohada keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin III konfransında qəbul edilib. Bu sənədə əsasən, “İslam mədəniyyətinin paytaxtı” İslam Əməkdaşlıq Təşkilatına (İslam Konfransı Təşkilatı) üzv olan ölkələrin şəhərləri arasından seçilir. Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk “İslam mədəniyyətinin paytaxtı” elan edilib. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən daha 30 şəhər “İslam mədəniyyətinin paytaxtı” olub. Bakı isə 2009-cu ildə bu tarixi sevinci yaşadı. Elə həmin ilin oktyabrında Bakıda keçirilən İslam konfransına üzv ölkələrin mədəniyyət nazirlərinin 6-cı toplantısı çərçivəsində Naxçıvan şəhəri 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunub.

Naxçıvan həm qədimliyinə, həm mədəni zənginliyinə, həm də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən bu diyar hər zaman region ölkələrinin diqqət mərkəzində olub. Dünyanın yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsinin, adı müqəddəs “Qurani-Kərim”də çəkilən Əshabi-Kəhf mağarasının, Böyük Nuh Tufanından sonra Uca Yaradanın bəxş etdiyi bənzərsiz Duz dağlarının burada mövcudluğu Naxçıvanın yaşayış məskəni kimi dünya tarixində ilklərdən biri olduğunu göstərir. Saysız-hesabsız qədim yaşayış məskənləri - Gəmiqaya, Qazma, Oğlanqala, Gilançay, Kültəpə kimi abidələrlə yanaşı, çoxsaylı türk və İslam abidələrinin də varlığı Naxçıvan kimi həcmcə çox kiçik bir ərazidə necə böyük bir potensialın toplandığını özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: “Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Türk-İslam mədəniyyəti tarixində mühüm yerə sahib olan Naxçıvanda tarixi dəyərlərin, milli mədəniyyət nümunələrinin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülüb. Ötən dövrdə qədim diyarımızda mövcud olan məscid və imamzadələr, çoxsaylı pir və ziyarətgahlar, o cümlədən tarixi abidələr - türbələr, körpülər, hamamlar və digər bu kimi obyektlər əsaslı şəkildə təmir və bərpa olunaraq istifadəyə verilib. “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, xalqı sivilizasiyaya qovuşdurmaq, milli ruhu yaşatmaq deməkdir” fikrini öz fəaliyyətinin tərkib hissəsinə çevirmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın tarixi və mədəniyyətinin araşdırılması, öyrənilməsi və nəhayət, təbliğ edilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin də əsas məqsədi bu potensialı tanıtmaq, təbliğ etməkdən ibarətdir. Bu mənada, Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” kimi qarşısında geniş imkanlar açılır.

Naxçıvan ötən dövrdə bu mədəniyyət ilinə kifayət qədər ciddi hazırlaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitənin 2016-cı il noyabrın 25-də Naxçıvanda keçirilən iclasında Tədbirlər Planı təsdiq olunub və icrasına başlanılıb. Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Rabitə və Yeni Texnologiyalar nazirlikləri tərəfindən “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” rəsmi internet səhifəsi yaradılıb. Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 2018-ci il yanvarın 13-dən istifadəyə verilib. 2018-ci ilin mart ayında isə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqotipinin təqdimatı olub. Bundan əlavə, üzərində bu loqotipin əks olunduğu zərf və poçt markaları, suvenirlər, nəfis şəkildə qablaşdırılmış yerli məhsullar, muxtar respublika ərazisindəki İslam mədəniyyəti abidələri haqqında dəqiq məlumatların toplanıldığı, Azərbaycan və ingilis dillərində nəşr olunan kitab və bukletlər də Naxçıvanın hərtərəfli təbliğatında mühüm rol oynayacaqdır.

Onu da qeyd edək ki, bu il iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxıblar. Sərgidə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” gümüşdən hazırlanmış loqotipi, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-­islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanmış əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş etdirilib.

Tədbirlər Planına uyğun olaraq, müvafiq hazırlıq işləri artıq görülüb. İyunun 20-də isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Mədəni-kütləvi tədbirlərdə iştirak edəcək qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri ilə də tanış olacaqlar.

Bəli, bu ilin sonuna kimi bütün İslam dünyasının gözü Naxçıvanda olacaq. Şərq-Qərb sivilizasiya dəhlizinin kəsişməsində yerləşən bu qədim Azərbaycan şəhəri İslam ölkələrinin kütləvi informasiya vasitələrində təbliğ ediləcək, uzaq-yaxın ölkələrdə tanıdılacaq. Bu hadisə bəşəriyyətin bugünkü ümidsizlikdən, çaşqınlıqdan və xaosdan qarşılıqlı hörmət şəraitində birgə yaşadığı, mədəniyyət müxtəlifliyinin tanındığı və beynəlxalq hüquq prinsiplərinə tam riayət olunduğu zamana - ədalət və bərabərliyə söykənən sabitliyin, təhlükəsizliyin və sülhün yeni mərhələsinə can atdığı bir vaxta təsadüf edir. Bütün bu amillərin hər biri Naxçıvan nümunəsi timsalında İslam aləminə, dünyaya təqdim ediləcəkdir. Bu, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldəcək, ümumdünya ictimai mövqeyin formalaşmasına yol açacaq, respublikamızın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur