RƏSMİ XRONİKA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI MƏHKƏMƏLƏRİNİN BİR SIRA HAKİMLƏRİNİN, MƏHKƏMƏ SƏDRLƏRİNİN VƏ MƏHKƏMƏ KOLLEGİYALARI SƏDRLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri vəzifələrinə təyin edilsinlər:
Əhmədov Zülfüqar Əziz oğlu - Sədərək Rayon Məhkəməsinin hakimi
Əliyev Qasım Vəli oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi
Heydərov Faiq İnqilab oğlu - Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin hakimi
Məmmədov Qabil Neymət oğlu - Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi
Zülfüqarov Hüseyn Nadir oğlu - Şərur Rayon Məhkəməsinin hakimi
2. Əliyev Qasım Vəli oğlu Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsinə təyin edilsin.
3. Zülfüqarov Hüseyn Nadir oğlu Şərur Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edilsin.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aşağıdakı hakimləri həmin məhkəmənin məhkəmə kollegiyalarının sədrləri vəzifələrinə təyin edilsinlər:
Abdullayev Vəli Əsgər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati Xətalara dair İşlər üzrə Kollegiyasının sədri Allahverdiyev Əli Kərim oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının sədri
5. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci bəndi ilə tənzimlənir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci il.