Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan: qadınların məşğulluqlarının artırılması istiqamətində uğurlu nəticələr qazanılıb

Naxçıvan, 26 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğu ilə bağlı qəbul edilən Dövlət proqramlarında qadınların işlə təmin edilməsi, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu gün muxtar respublikada 231 min 614 qadın yaşayır. Bu da muxtar respublika əhalisinin 50 faizini təşkil edir.

Özünüməşğulluq proqramına 340-dan çox qadın cəlb olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısına bir sıra vəzifələr qoyulub. Bu vəzifələrin icrasına uyğun olaraq, ötən il komitə tərəfindən tək yaşayan və yaxud ailə başçısı olan 627 qadınla əlaqə saxlanılıb, bunlardan 41-i peşə hazırlığı kurslarına yönləndirilib. 2021-ci ildə özünüməşğulluq proqramına 304 nəfər cəlb edilib ki, onların 108-i, yəni 36 faizi qadındır. Ümumilikdə isə bu günədək muxtar respublikada özünüməşğulluq proqramına 899 nəfər cəlb edilib. Bunlardan da 343 nəfəri, yəni 34 faizi qadındır.

Sahibkarlıq fəaliyyətləri ilə məşğul olan qadınların sayı 7772-yə çatıb

Qadınların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, orta və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Müqayisə üçün qeyd edək ki, əgər 2020-ci ildə 6979 qadın sahibkarlıq fəaliyyətləri ilə məşğul idisə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11,4 faiz artaraq 7772 nəfər olub.

Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında ailə təsərrüfatlarının qurulması muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Bu sahəyə göstərilən qayğı sayəsində qadınların məşğulluğu və sahibkarlıq fəaliyyətləri təmin olunur ki, bu da həmin ailələrə böyük iqtisadi dəstək deməkdir. Hazırda muxtar respublikada kənd təsərrüfatı ilə məşğul olanların 72 min 778 nəfəri, yəni 60 faizi qadınlardır ki, bunların da 117 nəfəri ailə təsərrüfatçısıdır.

Qadınların məşğulluğu ilə bağlı əhatəli sosial layihələr icra edilir

Muxtar respublikada müvafiq sahə ilə bağlı qəbul edilmiş və yaxud bu sahəni əhatə edən Dövlət proqramlarından əlavə olaraq, geniş sosial layihələr də icra olunur. Xatırladaq ki, 2019-cu ildə icra olunan Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi və 2020-ci ildə həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi həyata keçirilib. 2021-ci ildə isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfində icra olunan “İcma quruculuğu təşəbbüsləri proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi 2021-ci ilin aprel-avqust ayları ərzində icra olunub. Layihə çərçivəsində qadınların müvafiq peşə biliklərinin artırılması üçün maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adlı təlimlər keçirilib.

Təlimlər zamanı muxtar respublikanın bütün şəhər və rayonlarından, ümumilikdə, sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan 28 qadın iştirak edib. Təlimlərin sonunda iştirakçılar tərəfindən biznes-planlar hazırlanıb, ən uğurlu biznes-plan hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilib. Layihə çərçivəsində 26 qadın, ümumilikdə, 17000 manat dəyərində sərmayə kapitalı ilə təmin olunub. Sərmayə kapitalı almış qadınlar üçün öncə VÖEN-lər açılıb və alacaqları vəsaitlər bank hesablarına köçürülüb.

Sərmayə kapitalından istifadə edən qadınların 70 faizi ailə təsərrüfatını genişləndirib

Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən müqavilələr bağlanılıb. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, bərbərlik, dərzilik, toxuculuq, heykəltaraşlıq, rəssamlıq, zərgərlik, silahsazlıq, dekorativ tətbiqi sənət, uşaqlara psixoloji xidmət, xalçaçılıq, konservləşdirmə, qənnadı və un məmulatı və ailə təsərrüfatı sahələri ilə məşğul olmaları üçün verilib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində sərmayə kapitalı alan qadınlarla görüş keçirilib. Səfir Örl Litzenberqer bu layihənin tez bir vaxtda, uğurla icra olunmasından məmnunluğunu ifadə edib, ölkəsinin muxtar respublikada bu cür layihələrin icrasının davamlılığında maraqlı olduğunu bildirib.

128 qadına 86 min 250 manat dəyərində sərmayə kapitalı verilib

Ümumilikdə, komitə tərəfindən ötən 3 il ərzində icra edilən sosialyönümlü layihələrdə 17-si sağlamlıq imkanları məhdud olmaqla, 128 qadına 86250 manat dəyərində sərmayə kapitalı verilib.

Müvafiq layihələrdə sərmayə kapitalı almış qadınların sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələri əsas şərtlərdən biridir. Bunun üçün 2021-cil ərzində komitə tərəfindən həmin qadınların iş yerlərində və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı 53 monitorinq keçirilib. Sevindirici haldır ki, monitorinqlər zamanı heç bir neqativ hala rast gəlinməyib, əksinə qadınların fəaliyyət sahələrinə uyğun olaraq təsərrüfatlarını genişləndirdikləri və əlavə gəlir əldə etdikləri məlum olub. Əldə olunan müsbət nəticələrə görə 1 qadına ehtiyacına uyğun həvəsləndirici əlavə aktiv verilib.

Qadınlar təlimlərə və peşə kurslarına cəlb olunurlar

Muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində muxtar respublikanın bütün rayonlarını əhatə etməklə, komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü və əlil qadınlar, muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin dərnək üzvü və dərnək rəhbərləri olan 228 qadın üçün toxuculuq peşəsi, dekorativ tətbiqi sənət və xalçaçılıq peşə sahələri üzrə 11 təlim keçirilib.

Sərgi-satışlarda 532 qadının 34 min 223 manat dəyərində əl işi və ailə təsərrüfatı məhsulları satılıb

Ötən il qadınların özünüməşğulluqlarının təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə ənənə halını almış müxtəlif səpkili yarmarkalar çərçivəsində sərgi-satışlar təşkil edilib. Keçirilən sərgi-satışlarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 517 şəxsin 32981 manat dəyərində 3778 əl işi və sərmayə kapitalı alan, ailə təsərrüfatçısı olan 15 qadının 1242 manat dəyərində 638 adda ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunub.

Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar qayğı ilə əhatə olunublar. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində lazımi kömək göstərilir. Belə insanlar mütəmadi olaraq evlərində ziyarət olunur, onların qayğıları öyrənilir və zəruri problemləri qısa zamanda həllini tapır. 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Şərur rayonunun Püsyan kəndində yaşayan muxtar respublikanın uzunömürlü sakini ahıl Laçın Tağıyevanın yaşadığı ünvanda görüş keçirilib, ona hədiyyələr təqdim olunub. Həmçinin bütün bayramlarda Şahbuz rayon Ahıllar Evində tədbirlər keçirilib, 12 nəfər ahıl vətəndaşa hədiyyələr təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir

Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olan ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir. Belə ki, 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə xüsusi qayğıya ehtiyacı olan 6 ailəyə baş çəkilib.

Bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcək. Dövlətin qayğısını daim üzərlərində hiss edən qadınlar bundan sonra da muxtar respublikanın inkişafı naminə səylə çalışacaq, gənc nəslin milli ruhunda tərbiyəsində fəallıq nümayiş etdirəcəklər.

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb