Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda aqrar sahə uğurla inkişaf etdirilir

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının da inkişafı daim diqqət mərkəzində saxlanılır. Aparılan islahatlar bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafı üçün geniş imkanlar açıb.

Muxtar respublikada torpaq islahatı 2000-ci ildə başa çatdırılıb, 72 min 758 ailəyə 56 min 372 hektar torpaq sahəsi verilib. Bundan sonra kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaradılıb, bol məhsul istehsalının əsası qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları muxtar respublikada aqrar sahənin inkişafına mühüm təkan verib, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uğurlu nəticələr əldə olunub. Qəbul edilən Dövlət proqramlarının icrası istiqamətində həyata keçirilən tədbirlər məhsul bolluğuna zəmin yaradıb, təsərrüfatın müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirib.

64 min 259 hektar sahədə əkin aparılıb

Muxtar respublikada əhalinin əsas hissəsinin kənd təsərrüfatı ilə məşğul olması burada əkinçiliyin inkişafını şərtləndirir. Fermerlərə əkinlərə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açıb, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub.

Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2021-ci ilin məhsulu üçün muxtar respublikada 64 min 259 hektar sahədə əkin aparılıb. Cari ilin 9 ayı ərzində muxtar respublikada 105 min 807 ton dənli və dənli-paxlalı, 11 min 44 ton dən üçün qarğıdalı, 395 ton dən üçün günəbaxan, 71,8 ton tütün, 77 min 470,1 ton tərəvəz, 54 min 689 ton kartof, 33 min 615 ton bostan məhsulları, 41 min 299,2 ton meyvə, 10 min 158,4 ton üzüm istehsal olunub. Bir neçə məhsul növü üzrə yığım hazırda davam etdirilir.

Meliorasiya və irriqasiya sistemləri yenidən qurulur

Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir. Torpaq sahələrinin normalara uyğun suvarma suyu ilə təchizatı əkinçiliyin inkişafını təmin edən əsas amillərdən biridir. Buna görə də muxtar respublikada irriqasiya sistemləri daim yeniləşdirilir, qapalı suvarma şəbəkələri qurulur, meliorasiya tədbirləri həyata keçirilir. Bu da torpaq sahələrində su təminatının yaxşılaşdırılmasına, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına, eyni zamanda, məşğulluğun təmin olunmasına imkan verir. Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılıb, Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində 1170, Culfa rayonunun Bənəniyar kəndi ərazisində 1050, Şahbuz rayonunun Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazilərində 618, Kəngərli rayonunun Böyükdüz, Xok, Yurdçu kəndləri ərazilərində 2690 hektar torpaq sahəsində qapalı suvarma şəbəkələrinin tikintisi başa çatdırılıb. Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkələrinin tikintisi davam etdirilir.

64,3 hektar sahədə yeni meyvə bağları salınıb

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi məqsədilə meyvəçiliyin inkişafı ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin meyvə məhsullarına olan tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması da davam etdirilir. Cari ilin ötən dövründə muxtar respublikada, ümumilikdə, 64,3 hektar sahədə yeni meyvə bağları salınıb, 67 min 399 müxtəlif meyvə tingi, 11 min 190 üzüm kolu əkilib.

Bu ilin ötən dövründə 41 heyvandarlıq təsərrüfatı yaradılıb

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən birini əhalinin keyfiyyətli və təmiz ərzaq məhsulları ilə təmin olunması təşkil edir. Bu istiqamətdə görülən işlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Heyvandarlıq aqrar sektorun əsas sahələrindən olmaqla, əhalinin ərzaq məhsulları ilə təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın da əsas məqsədlərindən biri heyvan mənşəli qida məhsullarının ilkin istehsalı, tədarükü, emalı, qablaşdırılması, saxlanılması, daşınması, dövriyyəsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsidir.

Hazırda muxtar respublikada iribuynuzlu mal-qaranın baş sayı 125 min 426-ya, xırdabuynuzlu heyvanların sayı isə 771 min 372-ə çatdırılıb. Cari ilin ötən dövründə 41 heyvandarlıq, 2 quşçuluq təsərrüfatı yaradılıb, 14 heyvandarlıq və 1 quşçuluq təsərrüfatı sahəsinin genişləndirilməsi işləri başa çatdırılıb. 20 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq kompleksinin yenidən qurulması davam etdirilir. Bank və kredit təşkilatları tərəfindən kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 13 milyon 500 min manat güzəştli kredit verilib ki, bunun da 11 milyon 6 min 100 manatı heyvandarlığın inkişafı üçün ayrılıb.

Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına şərait yaradır

Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılıb və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu il heyvandarlıq təsərrüfatlarında süni yolla 10 min 74 baş inək, düyə və camış mayalandırılıb, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 7 min 168 baş sağlam bala alınıb. Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində daha geniş imkanlar açacaqdır. Əhalinin balıq əti ilə təmin olunması istiqamətində də əsaslı işlər görülüb. Hazırda muxtar respublikada balıq yetişdirilməsi ilə bağlı 16 təsərrüfat fəaliyyət göstərir. Görülmüş işlərin nəticəsidir ki, 2021-ci ilin 9 ayı ərzində diri çəkidə ət istehsalı 20 min 118,6 ton, süd istehsalı 74 min 712,2 ton, yun istehsalı 925,2 ton, yumurta istehsalı isə 89 milyon 771 min 600 ədəd olub. Əhalini sağlam heyvandarlıq məhsulları ilə təmin etmək üçün Dövlət Baytarlıq Xidməti tərəfindən də tədbirlər həyata keçirilir. Bu məqsədlə həyata keçirilən sistemli tədbirlər nəticəsində qida məhsullarının, xüsusilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması prosesləri uğurla davam etdirilir.

Muxtar respublikada 100 minədək arı ailəsi var

Ölkəmizin bir çox bölgələrində olduğu kimi, Naxçıvanda da arıçılıq aqrar istehsalın davamlılığını və səmərəliliyini təmin edən gəlirli sektorlardan biridir. Qədim diyarımızda kifayət qədər nektarlı bitki növlərinin olması burada arıçılığın inkişafına səbəb olub. Bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoymasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu var. Proqramın uğurlu icrası arı ailələrinin sayının artmasına və bu sahədə ümumi məhsuldarlığın daha da yüksəldilməsinə şərait yaradır. Muxtar respublikada 99 min 935 arı ailəsi vardır. İstehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları - bal festivalı”nın və satış yarmarkasının keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.

Fermerlərə lizinq yolu ilə müasir kənd təsərrüfatı texnikaları verilir

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 3386 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 2554-ü nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb. Alınmış texnika və aqreqatların 311-i cari ilin 9 ayında gətirilib. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb.

Strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluq diqqətdə saxlanılır

Əkinçilikdə məhsuldarlığın yüksəldilməsi üçün vacib amillərdən biri də torpaqların qida maddələri ilə təminolunma dərəcəsinin müəyyən edilməsidir. Bu istiqamətdə də muxtar respublikada mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri olan Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyi, Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsində yaradılan və yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalarda əkin sahələrindən götürülmüş torpaq nümunələri və toxum materialları analiz edilir. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasında strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluq da diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq məqsədilə ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir. Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleksin istifadəyə verilməsi tədbirində Ali Məclisin Sədri Vasif Talıbov deyib: “Dünyada hansı proseslərin baş verməsindən asılı olmayaraq, kənd təsərrüfatı mütləq inkişaf etdirilməlidir. Bu gün dünyada o ölkələr pandemiya ilə rahat mübarizə apara bilirlər ki, həmin ölkələrdə ərzaq təhlükəsizliyi təmin olunub. Kənd təsərrüfatı iqtisadiyyatın lokomotividir. Ona görə də kənd təsərrüfatı inkişaf etdirilməlidir ki, ölkədə digər sahələrin inkişafı da təmin olunsun. Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, kənd təsərrüfatının inkişafı qarşıdakı illərdə də məhsul bolluğu yaradacaqdır. Məqsəd ondan ibarətdir ki, kənd təsərrüfatı sahəsində əhalinin məşğulluğu təmin olunsun, məhsul istehsalı daha da artsın”.

Hazırda muxtar respublikada 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Ötən dövrdə məhsul istehsalçıları 7 min 542,3 ton mineral gübrə ilə təmin olunub. İstehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyaların ödənilməsi, həmçinin əkin sahəsinin hər hektarına fermerlərə 60 manat yardım verilməsi taxıl istehsalına marağı daha da artırıb.

Naxçıvanda 34 istixana kompleksi fəaliyyət göstərir

Əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində bazarın tələbatının ödənilməsinə imkan verir. Hazırda muxtar respublikada ümumi tutumu 21 min 150 ton olan 49 soyuducu anbar və sahəsi 150 min 817 kvadratmetr olan 34 istixana kompleksi fəaliyyət göstərir.

Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı stimullaşdırılır

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsi istiqamətində əlavə tədbirlər də görülür, istehsal olunan malların satışı üçün hərtərəfli şərait yaradılır. Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması və istehsal olunan məhsulların ixrac potensialının artırılması ilə kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib. Artan tələbatın qarşılanmasında, istehlak sahəsində əlçatanlığın təmin olunmasında istehsal anlayışı müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan təsdiq olunan Dövlət Proqramının böyük əhəmiyyəti vardır. Artıq bir neçə ildir ki, istehsalçıların istehsal etdikləri məhsulların satışını təmin etmək üçün kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilir. Bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təmin olunmasında həlledici rol oynayır. Etibarlı ərzaq təminatının yaradılması hesabına ixrac potensialı da artırılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 409 milyon 830 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur.

Ailə təsərrüfatlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb

Aqrar sahənin inkişafı muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyəti üçün də geniş imkanlar açır. İstər məhsul istehsalı və satışı üçün yaradılan şərait, istərsə də texnika təminatı və dövlət maliyyə dəstəyinin göstərilməsi ailə təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının əksər hissəsinin aqrar sahə üzrə ixtisaslaşması daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatına öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Su təminatı, əkinəyararlı və bərəkətli torpaqlar olan yerdə inkişaf təmin olunur və ərzaq bolluğu yaranır. Çünki ölkə iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əgər bu sahədə işlər düzgün qurularsa, o zaman iqtisadiyyat da inkişaf edəcəkdir. İqtisadiyyatın lokomotivi isə kənd təsərrüfatıdır”.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

 

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçisinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı