Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib

Naxçıvan, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılır, hərbi təlimlər keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimi izləyib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb. Təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və döyüş uzlaşmasının səviyyəsinin artırılması məqsədi daşıyırdı.

Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, düşmənin hücumunun dayandırılması və əks-zərbə hazırlığının başa çatdırılması, ikinci mərhələdə əks zərbənin endirilməsi, düşmən bölmələrinin məhv edilməsi və itirilmiş ərazilərin bərpası, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi, düşmənin müdafiə dərinliyində əlverişli sahələrin ələ keçirilməsi və nəzarətdə saxlanılması tapşırıqları icra olunub.

Təlim ssenarisinə əsasən düşmən tərəfi döyüş hazırlığına başlayaraq kəşfiyyat və radiokəşfiyyat fəaliyyətlərini gücləndirib. Əlahiddə Ümumqoşun Ordunun kəşfiyyat qrupları düşmənin dərinliyində idarəetmə məntəqələrinin, raket-artilleriya və hava hücumundan müdafiə vasitələrinin atəş və start mövqelərinin aşkar edilməsi üzrə fəaliyyətə başlayıb, pilotsuz uçuş aparatı və kəşfiyyat müşahidə cihazının vasitəsilə qarşı tərəfin fəaliyyəti həm döyüşqabağı, həm də döyüş müddətində izlənilərək nəzarətdə saxlanılıb. Düşmən strateji rayonları ələ keçirmək və torpaqlarımızı işğal etmək məqsədilə irimiqyaslı hücum əməliyyatına başlayıb və təmas xəttində atəşkəs rejimini pozaraq mövqelərimizi iriçaplı silahlardan atəşə tutub. Əlahiddə Ümumqoşun Ordu operativ qaydada əks-hücum əməliyyatını yerinə yetirib, xüsusi təyinatlı qruplar gizli şəkildə düşmənə hücum edərək hakim yüksəklikləri ələ keçiriblər. Bu zaman motoatıcı briqadalar minaatanlardan düşmənin komanda məntəqələrinə və artilleriyasına atəş zərbələri endirərək dərinlikdəki hədəfləri məhv ediblər.

İstənilən hava və məhdud görmə şəraitində düşmənin hərəkətsiz və hərəkət edən tanklarını, özüyeriyən artilleriya qurğularını, vertolyot və təyyarələrini məhv etmək üçün nəzərdə tutulan raket kompleksləri düşmənə böyük itkilər verib. Bu zaman hava hücumundan müdafiə bölmələri zenit-raket kompleksləri və zenit artilleriya qurğularından istifadə edərək düşmən aviasiyasına zərbələr endirib və strateji obyektləri hava hücumlarından qoruyub. Sonra atəş dəstək vertolyotları düşmən müdafiəsinin yaxın dərinlikdəki zirehli obyektlərinə zərbələr endirib və düşmən üzərində atəş üstünlüyü qazanılıb. Hərbi təlimdə səyyar tibb və təmir-təxliyə qrupları da fəallıq nümayiş etdiriblər.

Əks zərbə atəş hazırlığı komandasından sonra reaktiv sistemlər artilleriya qurğuları ilə birlikdə düşmənin aşkar edilmiş qruplaşmalarını, hərbi və inzibati obyektlərini məhv edib. Düşmənin mina-partlayış zonası keçildikdən sonra əsas qüvvələr artilleriya bölmələrinin atəş dəstəyi ilə döyüşə daxil olub. Tank və motoatıcı bölmələr, yandan keçən dəstələr düşmənə cinahlardan və arxadan sarsıdıcı zərbələr endirərək möhkəmlənməyə imkan verməyib, ordu aviasiyası, atəş dəstək və hərbi nəqliyyat vertolyotları hücum qruplaşmasını havadan dəstəkləyib. Bu zaman briqadanın tanklarla gücləndirilmiş ikinci eşelon bölmələri də döyüşə yeridilib, taktiki hava desantı xüsusi təyinatlı qruplarla qarşılıqlı əlaqədə düşmən müdafiəsinin dərinliklərindəki dağ aşırımlarını və mühüm yüksəklikləri ələ keçirərək Azərbaycan bayrağını qaldırıb. Bununla da Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti təlimdə yeni texnoloji vasitələri və silahları uğurla tətbiq edərək döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib.

Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimin uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edərək deyib: Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bunun bir səbəbi ölkəmizdəki sabitlik və davamlı inkişafdırsa, digər səbəb güclü və qüdrətli ordunun olmasıdır. “Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır”, - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq Azərbaycan ordusu inkişaf edərək müstəqilliyimizin təminatçısına çevrilib. Torpaqlarımız etibarlı müdafiə olunur.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir.

Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Torpaqlarımızın müdafiəsi sizə tapşırılıb. Bu, müqəddəs vəzifədir. Ona görə də şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını mənimsəməli, nizam-intizama əməl olunmalı, döyüş qabiliyyəti daim artırılmalıdır. Bu gün Naxçıvan blokada şəraitində yaşayır. Ərazisinin çox hissəsi düşmənlə sərhəddir. Buna baxmayaraq torpaqlarımız etibarlı müdafiə olunur. Hərbi qulluqçuların döyüş ruhu və vətənpərvərliyi yüksəkdir. Xalq-ordu birliyi vardır. İnsanlar sizə güvənərək rahat yaşayır. Hər bir hərbi qulluqçu da bilməlidir ki, onun arxasında güclü dövlətimiz və xalqımız dayanıb.

Ali Məclisin Sədri qarşıdan gələn 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətlə Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmə və hissələrinin şəxsi heyətini təbrik edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ölkəmiz qarşısında duran əsas vəzifə - torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq” fikirləri ilə tamamlayıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlim zamanı qarşıya qoyulan məqsədlərə tam nail olunduğunu və Əlahiddə Ümumqoşun Ordunun bundan sonra da istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb. Bütün şəxsi heyətə Ali Məclisin Sədri adından təşəkkür elan olunub.

Sonda zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır

Yığma üzvü: Nəticəmizi dəstək sayəsində əldə etdik

Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər

Bakı və Moskva Rusiyanın Xankəndidə baş konsulluğunun yaradılması məsələsini müzakirə ediblər

Qum fırtınası haqqında bilmədiklərimiz

Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandası Vətənə qayıdıb

Malta və Kosovo NATO Parlament Assambleyasına assosiativ üzv qəbul edilib

Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Bakıda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş mühazirə təşkil olunub

Gənc gimnastlar: Azərbaycanı Avropa çempionatında təmsil etmək əla hissdir

Bakıdakı Rus evində “Slavyan yazısı və mədəniyyəti günü” qeyd edilib

Zaqatalada 44 yaşlı qadın qətlə yetirilib

Azərbaycan Prezidenti: “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir

Prezident: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsi üçün əlimizdən gələni edəcəyik

Prezident İlham Əliyev: Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin legitim maraqlarını və narahatlıqlarını müdafiə edib

Türk Dövlətləri Təşkilatı 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına

Yığmanın məşqçisi: Vətənə medalla dönmək qürurverici hissdir

Budapeştdə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Azərbaycanın dörd idmançısı Batumidə keçirilən turnirin qalibi olub

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

Laçında 32 ildən sonra keçirilən futbol yarışının qalibi müəyyən olub

Autizmli şəxslər üçün sosial xidmətlərin Malta modeli ilə tanışlıq səfəri olub

Azərbaycan diplomatları Cümhuriyyətin qurucularının Fransadakı məzarlarını ziyarət ediblər

Nizami Kino Mərkəzində “Qarabağın cizgiləri” adlı sərgi açılıb

28 May - Müstəqillik Günü Bişkekdə qeyd olunub

Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər VİDEO

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə diqqət yetirilir

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Çin Yeni Kaledoniyadan 18 vətəndaşını təxliyə edib

Azərbaycanın yeniyetmə rəssamlarının əsərləri Koreya Respublikasında sərgidə nümayiş olunur

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Pxenyan: Hərbi kəşfiyyat peykinin buraxılışı uğursuz olub

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib FOTO VİDEO

® ABB səhmdarlarına 185 000 000 manat dividend ödəyəcək!

Türkiyədə şəhid Məmmədağa Səfərovun adını daşıyan məktəbdə ona həsr olunan guşə açılıb

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2022-ci il 16 avqust tarixli 5/19 saylı Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”ın təsdiq edilməsi barədə Mərkəzi Seçki Komissiyasının 2015-ci il 15 may tarixli 9/79 saylı Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasında 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 2 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Naxçıvanda Dövlət Proqramının icrasının təşkili məqsədilə İşçi Qrupu yaradılıb

Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinə sədrlik Türkiyəyə keçib

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

BDU rektoru Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VII Baş Assambleyasında çıxış edib

Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan nümayəndə heyəti Daşkənddə keçirilən seminarda iştirak edir

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı qanunvericilik təkmilləşdirilir

® Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” taksi parkının açılışı olub

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

Milli Məclisin komitə iclasında 2024-cü il üzrə dövlət büdcəsinə dəyişikliklər müzakirə edilib

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq - MÜSAHİBƏ VİDEO

Cari ilin daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsi başa çatıb

69 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

“Qəbələ” baş məşqçisi ilə 3 illik yeni müqavilə imzalayıb

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək

® “Kapital Bank”ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb

“Azərbaycanın milli dövlətçilik tarixində Cümhuriyyətin yeri” - dəyirmi masa

“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində 1311 nəfər iştirak hüququ qazanıb

Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib VİDEO

TÜRKPA-nın komissiya iclasında üzv ölkələrdə tibbi tullantılarla bağlı məsələlər müzakirə olunub

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Azərbaycan Cüdo Federasiyasında dünya çempionları ilə görüş olub

ABAD-çı rəssam: Artıq ölkə daxilində deyil, həm də xaricdən sifarişlər alıram MÜSAHİBƏ

Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti Bakı Mühəndislik Universitetində olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən

Azərbaycan və Serbiyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib

Qubada “İllərin sənətkarı” milli aşpazlar mükafatı təqdim olunub FOTO VİDEO

“Omar Kuboku” uğrunda konkur yarışları keçirilib

MEK kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Millinin sabiq futbolçusu: “Neftçi”nin avrokuboklardan kənarda qalması dünyanın sonu deyil

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Müstəqillik Günü qeyd edilib

Nərimanov rayonunda 10 kiloqram narkotik vasitə, 1 “Kalaşnikov” və 62 soyuq silah aşkarlanıb VİDEO

DİM: Qabiliyyət imtahanı verəcək bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

“Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib YENİLƏNİB

Bakıda keçiriləcək “Translogistica Caspian” sərgisinin proqramı açıqlanıb

Alimlər hansı geyim rənginin ağcaqanadları cəlb etdiyini açıqlayıblar

Dünya çempionatlarında ən çox qol vurmuş futbolçular bəlli olub

“Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi ilə marafon təşkil edilib