Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

Naxçıvan, 9 may, AZƏRTAC

Mayın 9-da Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.

Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş Vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib.

Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Heydər Əliyev adına tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Məlahət Rüstəmova Ümummilli Liderimizin adını daşıyan məktəbin açılışında 2004-cü ildə Prezident İlham Əliyevin iştirakını qürur hissi ilə qeyd edib. Bildirib ki, məktəb ötən müddətdə Ulu Öndərimizin adına layiq yol keçərək qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. Məktəbin uğurlarından söz açan Məlahət Rüstəmova əminliklə ifadə edib ki, pedaqoji kollektiv onlara göstərilən böyük etimadı doğrultmaq üçün bundan sonra da Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq daha səylə çalışacaq, milli təhsilimizin tərəqqisi naminə, dövlətimizin gələcəyi üçün vətənpərvər gənclər yetişdirəcəklər.

Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 20 illiyi münasibətilə məktəbin müəllim və şagirdlərini, eləcə də muxtar respublikanın bütün təhsil ictimaiyyətini təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, 87 müəllim və 624 şagirdlə fəaliyyətə başlayan məktəbdə hazırda 1200 şagird təhsil alır. Ötən 20 il ərzində məktəbi 910 məzun bitirib ki, onlardan da 729-u ali məktəblərə qəbul olunub. Həmin məzunlardan 170-i 500-700 intervalında bal toplayıb. Məzunların 56-sı ümumi orta təhsil haqqında fərqlənmə attestatına, 6-sı qızıl, 4-ü gümüş nişana və 5-i isə Prezident təqaüdünə layiq görülüb. 2024-2025 -ci tədris ilində də tam orta təhsil səviyyəsi üzrə məktəbi bitirən 69 məzundan 40 nəfəri 200-dən yuxarı bal toplayıb. 2007-2008-ci tədris ilinin nəticələrinə uyğun olaraq məktəb “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsinin qalibi olub. Eyni zamanda təhsildə yüksək nəticələr əldə etdiyinə görə məktəbin müəllimi 2008-2009-cu tədris ilinin yekunlarına görə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Ötən 20 ildə məktəbin müəllimlərindən 23-ü təhsil sahəsində fəaliyyətlərinə görə təltif edilib. Onlardan 7 nəfərinə Azərbaycan Respublikasının Əməkdar müəllimi, 11nə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adları verilib, 5-i isə “Tərəqqi” medalına layiq görülüb.

Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov qeyd edib ki, nazirlik tərəfindən “Yubilyar məktəblərimiz” layihəsi hazırlanaraq icra edilir. Layihə çərçivəsində bu il Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin 20 illiyi, Şahbuz rayonunda Kükü kənd tam orta məktəbinin 100 illik yubileyi qeyd olunur. Elxan Nəcəfov bildirib ki, Naxçıvan Muxtar Respublikasının 11-ci sinif şagirdləri buraxılış imtahanlarında son 3 ilin ən yüksək nəticəsini toplayıblar. Bu göstərici buraxılış imtahanlarında orta bal həddinə görə Azərbaycan Respublikasında 2-ci yeri təşkil edir. Təhsil nazirinin müavini bu nailiyyətlərə görə və orta məktəbin 20 illiyi münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva səlahiyyətli nümayəndə Fuad Nəcəflinin salamlarını və təbriklərini çatdırıb. Tükəzban Quliyeva bildirib ki, ötən dövrdə yüksək nailiyyətlərin əldə olunmasının əsasında Ulu Öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi dayanır. Ümummilli Lider Heydər Əliyev Naxçıvanın Azərbaycana bəxş etdiyi ən böyük dəyərdir. Heydər Əliyev adına tam orta məktəbin qabaqcıl təhsil müəssisəsi kimi sağlam gələcəyimizi yetişdirdiyini bildirən Tükəzban Quliyeva səmərəli fəaliyyəti, intellektual səviyyəsi ilə fərqlənən məktəbin pedaqoji heyətinə müasir Azərbaycan naminə atdıqları hər bir addımda uğurlar arzulayıb.

Sonra Heydər Əliyev adına tam orta məktəbin müxtəlif ali təhsil müəssisələrində, o cümlədən ölkə hüdudlarından kənarda təhsillərini və fəaliyyətini davam etdirən məzunlarının videomüraciətləri izlənilib. Məktəbin məzunlarından olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Kamran Mehbalıyev xatirələrini bölüşüb, təbriklərini çatdırıb.

Tədbirdə yubileyi münasibətilə məktəbin təltif olunan bir qrup müəlliminə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adının döş nişanları və vəsiqələri, eləcə də təhsilin inkişafında xidmətlərinə görə Təhsil Nazirliyinin fəxri fərmanı və təşəkkürnamələri təqdim olunub.

Tədbir məktəbin şagirdlərinin hazırladığı bədii hissə ilə davam edib.

Tədbirdə məktəbin yetirmələri olan şəhidlərin ailələri də iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

ABŞ-da təhsil almaq istəyənlər üçün sərgi təşkil olunub

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Musiqinin gücü” layihəsini təqdim edib

“ASAN Məktub” yaz düşərgəsi təşkil olunub

Zaur Ramazanov: “Zirə” yalnız bəxt hesabına “Qarabağ”a qalib gələ bilər

Laçın şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib VİDEO

Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Afyonkarahisar Muzeyi – Anadolunun çoxəsrlik irsinin təcəssümü

Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Polis əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıblar

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilir

Ağdamda məişət tullantılarını tutumlardan kənar yerlərə atan şəxslər barəsində protokol tərtib edilib

Emin Əmrullayev: 2026-cı ilin sentyabrında Şuşa Real Məktəbində tədrisə başlanılması planlaşdırılır

Himayədar ailələrə verilən uşaqların sayı 15-ə çatıb

Nazir: Qarabağ Universitetində “SABAH” qrupları üzrə hüquqşünaslıq ixtisası tədris ediləcək

DSX: Ötən ay dövlət sərhədini pozduqlarına görə 126 nəfər saxlanılıb

Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olub

Feysbuk son 3 ildə daha çox gənci cəlb edib

Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıb

Cocuq Mərcanlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub VİDEO

Borrel: Çindən Rusiyaya silah tədarükü ilə bağlı heç bir sübutumuz yoxdur

Azərbaycan boksçusu lisenziya turnirində 1/4 finala yüksəlib

Bakıda “Türk mətbəxi həftəsi” çərçivəsində tədbir təşkil olunub

“ASAN xidmət” “Yeni nəfəs” ekoloji-sosial layihəyə start verib

Peru Konqresində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik müraciətləri qəbul edilib

Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı aşkarlanaraq götürülüb

Qlayndborn Opera Festivalının 90 illik yubileyi qeyd edilir

DİN: Ötən gün 82 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

“Azərişığ”ın elektrik yarımstansiyasına Qəbələ məktəblilərinin turu təşkil edilib

Böyük Qayıdışın uşaqları… VİDEO

Millinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini çıxmaq üçün maksimum çalışmalıyıq

Əmrə Bələzoğlu Azərbaycan millisinin baş məşqçisi ola bilər

“Azeri Light” markalı neft ucuzlaşıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

Yelena Haqverdiyeva: Hər bir əl işi - toplanmış biliklərin təcrübəsi,görüşlərin nəticəsi və ən yaxşı rəsmi çəkmək istəyinin təcəssümüdür

Qızıl Avropa Liqası: Azərbaycan millisi sonuncu oyununa çıxacaq

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

Zaqatala sakininin evini ildırım vurub

DİN: Ötən gün 3 tapança və 2 tüfəng təhvil götürülüb

DİN: Mayın son günündə 61 cinayətin açılması təmin olunub

Uşaqlara qayğı, onların sosial müdafiəsi və sağlamlığı diqqət mərkəzindədir

Şuşada Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası keçirilib YENİLƏNİB

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanda uşaqların təhsili prioritet sahələrdən biridir

® “HONOR 200” Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıb

FHN ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Beatles” qrupunun 50 il bundan qabaq yoxa çıxan gitarası rekord məbləğə satılıb

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb VİDEO

Sosial şəbəkədə qadınlardan hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Afrikada azyaşlıların qanı bahasına zənginləşən Fransa - MƏQALƏ

Xəzər rayonunda baş verən qəza Şüvəlan qəsəbəsi istiqamətində sıxlığa səbəb olub

Türkiyənin Afyonkarahisar şəhəri Azərbaycan şəhərləri ilə əməkdaşlığa hazırdır

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Helsinki kitabxanasından götürülən kitab 84 ildən sonra qaytarılıb

İtaliyada Natisone çayının daşması nəticəsində üç nəfər itkin düşüb

Rusiya neft məhsullarının tədarükü ilə bağlı Əfqanıstanla əməkdaşlıq edə bilər

Tayson və Paulun döyüşü təxirə salınıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Hindistanda anomal istilər 50-dən çox insanın ölümünə səbəb olub

Baş nazir: Gürcüstan ilə ABŞ arasındakı münasibətlərə yenidən baxılmalıdır

Tibetdə 5,9 bal gücündə zəlzələ baş verib

Kolumbiyada körpü uçub, ölənlər var

ABBA qrupunun üzvləri cəngavər ordeni ilə mükafatlandırılıblar

Çin ABŞ-ın Filippində orta mənzilli raketlər yerləşdirməsinə qarşı çıxıb

“Saudi Aramco” Pakistanın neft-qaz şirkətində 40 faiz pay alıb

Antoni Blinken və Dmitri Kuleba arasında telefon danışığı olub

Malaya Universitetində Cənubi Qafqazda sülh prosesi mövzusunda mühazirə təşkil olunub

Naxçıvanda “Kiçik ürəkdə böyük cəsarət!” şüarı ilə tədbir keçirilib

Milan şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Bayden: İsrail yeni atəşkəs planını HƏMAS-a təhvil verib

İordaniyada Qəzzaya yardımla bağlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

TDT və Türk Akademiyasının nümayəndə heyətləri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olublar

Blinken: NATO Ukraynanın alyansa qəbul olunmasını yaxınlaşdıracaq addımlar atacaq

Gürcüstanın Baş naziri ATƏT/DTİHB-ni sərt tənqid edib

Ziyalılar ADA Universitetinin Qazax mərkəzində Füzulinin 530 illiyini qeyd ediblər

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması üçün zəruridir

Nataliya Şarovskaya: Aktyor üçün yubiley onun imkanlarının növbəti nümayişi deməkdir

Şəhid ataları və qazilər Cəbrayıl, Zəngilan və Qubadlıda olublar

"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırıb

Pakistanın şimal-qərbində 2 terrorçu öldürülüb

Üzeyir Hacıbəyli adına konsert salonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib