Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan xalqı özünün dövlətçilik və müasir müstəqillik tarixinin ən şərəfli günlərini yaşayır. Aprelin ortalarından etibarən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başlaması, sonra isə Ermənistanın işğalı altında olan Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı razılığın əldə edilməsi Prezident İlham Əliyevin yaratdığı zəfər salnaməsinin növbəti təntənəsinə çevrilərək, hər birimizin dərin sevincinə səbəb oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yazın “Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bizim ailəmiz Türk dünyasıdır

Vətən müharibəsindəki Zəfərimizi və 2023-cü ildə bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin olunmasını şərəfləndirən bu siyasi diplomatik hadisələrin nəticəsi kimi 2024-cü il də tariximizə növbəti qürurverici dövr kimi daxil oldu. Eyni zamanda, Azərbaycanın milli maraqlarının qətiyyətlə təmin olunduğunu nümayiş etdirən bu uğurlar digər əlamətdar hadisələrlə bağlı tədbirlərin daha böyük coşqu ilə keçirilməsi ilə müşahidə edilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər də xalqımızın Zəfər ovqatına bürünüb.

Naxçıvanın xalqımızın istər keçmişində, istərsə də müasir tarixində mühüm yeri olub. Naxçıvan tarix boyu xalqımızın siyasi-ictimai, mədəni, elmi həyatına hər zaman böyük töhfələr verib. Bu qədim diyar hər zaman düşmən qarşısında alınmaz qala olub, yadelli işğala qarşı qətiyyətlə mübarizə aparıb, burada zəngin dövlətçiliyimizin şərəfli səhifələri yazılıb. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamında deyildiyi kimi, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.

Naxçıvan həm də qədim türk yurdudur, Türk dünyasının birləşdirici nöqtəsidir. Azərbaycan xalqının bütün Türk dünyasının qürurverici hadisələrinə çevrilən bir çox uğurları məhz Naxçıvanda yaşanıb. Naxçıvanda yaranmış Azərbaycan dövlətləri, bu diyarın mədəni və ədəbi irsi, bütövlükdə, Türk dünyasının tarixdəki inkişafının və yüksəlişinin ən mühüm göstəriciləridir.

Onu da qeyd etməliyik ki, tarixi Azərbaycan torpağı olan Naxçıvanın muxtariyyəti də Azərbaycan və Türkiyə başda olmaqla Türk dünyasının böyük uğurudur. Tarixdən məlum olduğu kimi “Böyük Ermənistan” xülyasında olan ermənilər bu saxta iddialarını reallaşdırmaq üçün hələ XIX əsrdən Naxçıvanı hədəf götürüblər. Bu məqsədlə erməni quldur dəstələri İrəvan, Zəngəzur və Qarabağla yanaşı, Naxçıvan ərazilərində də azərbaycanlı əhaliyə qarşı məqsədli şəkildə çoxsaylı soyqırımı cinayətləri törədiblər. Lakin naxçıvanlılar heç vaxt düşmənə təslim olmayıb, bu diyarı erməni təcavüzündən layiqincə qoruyublar.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından və Zəngəzurun Ermənistana verilməsindən sonra isə Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi. Çünki xüsusən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsindən sonra ermənilər Naxçıvanı da ilhaq etmək üçün yeni planlarını işə salmışdılar. Lakin 1921-ci ilin mart ayında imzalanan Moskva və 1921-ci ilin oktyabrda imzalanan Qars müqavilələri erməni məkrini alt-üst etdi. Belə ki, bu müqavilələrlə Naxçıvanın muxtariyyət statusu təsbit edildi. Hətta Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirib.

Bütövlükdə Naxçıvanın statusunun Moskva və Qars müqavilələrində əks olunması həm o dövr baxımından, həm də Azərbaycanın çağdaş dövründə böyük siyasi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. 1924-cü il fevralın 9-da isə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikası yaradıldı. Bununla da Naxçıvan Azərbaycan ərazisi kimi qorunub saxlanıldı. Əlbəttə ki, bu mühüm tarixi hadisənin reallaşmasında qardaş Türkiyənin mövqeyi əsas rol oynadı. Müasir dövrümüzdə də Naxçıvan Türk dünyasının döyünən ürəyidir. Hazırda qlobal müstəvidə güclü siyasi-iqtisadi platforma kimi özünü göstərən, getdikcə daha mötəbər birliyə çevrilən Türk Dövlətləri Təşkilatının da təməli 15 il öncə - 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün qoyulub.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib. Naxçıvanda keçirilən zirvə görüşündə isə Azərbaycan, Qazaxıstan və Türkiyə prezidentləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ - indiki Türk Dövlətləri Təşkilatı) yaradılması haqqında Naxçıvan Sazişini imzaladılar və bununla da türk dövlətlərinin təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. Sazişi o zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladığından bu 4 dövlət təşkilatın təsisçi üzvləridir.

Qürur doğuran həmrəylik nümunəsi

Naxçıvan Sazişinə əsasən, türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qloballaşması proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək TDƏŞ formatında əməkdaşlıq mexanizmini yaradıb. Sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası, Katiblik təsis edilib.

Türk Şurası da adlandırılan TDƏŞ-in əsas məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması kimi hər bir dövlət üçün vacib əhəmiyyət kəsb edən məsələlər olub.

Yarandıqdan sonra təşkilatda təmsil olunan Türk Şurasının 8 zirvə görüşü keçirilib. Birinci zirvə görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 2011-ci il oktyabrın 20-21-də Almatı şəhərində baş tutub. İkinci zirvə görüşü 2012-ci avqustun 22-23-də Bişkekdə keçirilib və mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olub. 2013-cü il avqustun 15-16-da Qəbələdə keçirilən üçüncü zirvə görüşünün mövzusu “Nəqliyyat və bağlantı” idi. “Turizm sahəsində əməkdaşlıq” mövzusunda dördüncü zirvə görüşü 2014-cü il iyunun 4-5-də Bodrumda, “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusundakı beşinci zirvə görüşü isə 2015-ci il sentyabrın 10-11-də Astanada keçirilib. TDƏŞ-in altıncı zirvə görüşü 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində baş tutub. Onun mövzusu “Gənclik və beynəlxalq idman” olub.

Türk Şurasının 2019-cu oktyabrın 14-15-də Bakıda keçirilən və TDƏŞ-in yaranmasının 10-cu ilinə təsadüf edən VII zirvə görüşü “Kiçik və orta biznesin dəstəklənməsi” mövzusuna həsr edilmişdi. TDƏŞ-in yaranmasının 10-cu ilinə təsadüf edən bu zirvə görüşü Türk Şurasının sıralarının genişlənməsi ilə əlamətdar oldu. Məhz bu görüşdə Özbəkistan quruma tamhüquqlu üzv qəbul edildi. Özbəkistanın Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

VII zirvə görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.

Azərbaycanın Zəfəri bütün Türk dünyasının uğurudur

Türk Şurasının 2021-ci noyabrın 12-də İstanbulda keçirilən “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII zirvə görüşü TDƏŞ adı altında keçirilən sonuncu tədbir oldu. Bu Zirvə görüşü olduqca mühüm hadisələrlə yadda qaldı. Belə ki, İstanbulda təşkilatın katibliyinin yeni binasının açılış mərasimi keçirildi, Şuranın adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərarlar qəbul olundu. VIII zirvə görüşünün ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Qeyd edək ki, bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra keçirilən ilk zirvə görüşü olduğundan 44 günlük müharibədə qazanılan Zəfər bütün Türk dünyasının uğuru olaraq tədbirin yüksək ovqatını müəyyən edən amil kimi özünü göstərdi. Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm Qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı Qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və yeni əməkdaşlıq imkanları yaradıb.

Türk Dünyasının Ali Ordenini təltif edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev”, - deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” Türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

Heç bir qüvvə Türk dünyasına təhdid yarada bilməz

Türk Dövlətləri Təşkilatının IX zirvə görüşü 2022-ci il noyabrın 11-də həmin il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Özbəkistanın Səmərqənd şəhərində keçirildi. “Türk mədəniyyəti üçün yeni dönəm: Ortaq inkişaf və rifaha doğru” mövzusuna həsr olunmuş Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, İstanbulda keçirilmiş VIII zirvə görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib. Məhz bu görüşdə Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi bir daha göstərdi ki, bütün türk dövlətləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsini Türk dünyasının böyük uğuru kimi qəbul edir.

2023-cü il noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley zirvə görüşü keçirilib. Bu zirvə görüşündəki nitqində Prezident İlham Əliyev türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bəyan edib: “Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

Astana görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.

Bütün bunlarla yanaşı, 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə zirvə görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir olub.

Bir neçə aydan sonra Türk Dövlətləri Təşkilatının yaranmasının 15-ci ildönümü tamam olacaq. Təşkilat 15 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Bu dövrdə Özbəkistanın təşkilata üzv qəbul edilməsi, Türkmənistan və Macarıstanın müşahidəçi qismində təmsil olunmaları TDT-nin sıralarını daha da möhkəmləndirib. Dost və qardaş türk dövlətlərinin dil, tarix və mədəniyyətindən güc alan TDT Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilib. Təşkilat 15 ildə dünyanın bir çox nüfuzlu qurumları ilə əməkdaşlıq qurub və bu əlaqələr hazırda uğurla davam edir.

Bütövlükdə, 15 illik tarix göstərir ki, TDT türk dövlətləri arasında yalnız əlaqələrin genişlənməsinə deyil, həm də 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən bütün Türk dünyasının qlobal nüfuzunun yüksəlməsində böyük rol oynayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bu mövzuya xüsusi toxundu və qeyd etdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bu gün Türk Dövlətləri Təşkilatı Naxçıvandan doğan Günəş Türk dünyasına işıq saçır. Türk Dövlətləri Təşkilatı dünyanı barış və sülhə, bütün dövlətləri dostluğa və əməkdaşlığa çağırır. Çünki türk dövlətlərin ruhunda, mahiyyətində heç vaxt xəbis məqsədlər olmayıb və ola da bilməz. Ən əsası türk dövlətləri arasında həmrəylik artıq elə bir səviyyəyə çatıb ki, heç bir kənar qüvvə onlar üçün təhdid yarada bilməz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib

® “Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib

Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB

Milli Oftalmologiya Mərkəzi BDU-da tibbi aksiya keçirəcək

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycandakı laboratoriyaların şəraitini yüksək qiymətləndirib

Ermənistan daxilindəki qüvvələr dərk etməlidirlər ki, imtina, qarşıdurma, eskalasiya yolu artıq öz gücünü çoxdan itirib – ŞƏRH

Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm

Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb

Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir

“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni təşəbbüslərin təqdimatı keçirilib

Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib

Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Türkiyə Prezidenti Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədrini qəbul edib

Azərbaycan və Belarus nəqliyyat daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib

Qəbələdə keçirilən əmək yarmarkasına 12 müəssisədən 200 vakansiya təqdim edilib

Belarusun 60 illik yaşı olan müəssisəsi Azərbaycan ilə sıx əməkdaşlıq edir

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb

Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub

DYP və AYNA taksi sürücülərinə qarşı reyd keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək

Mayın 20-dən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Prezident Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Ayxan Abbasov Niderlandın tanınmış klublarının düşərgəsində olub

Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda nəzəri–praktiki tədbir keçirib

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub VİDEO

AQTA sədri: Ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupu yaradılıb

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub

ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Türkiyədə “Tıq-tıq xanım” və “Keçinin qisası” tamaşaları nümayiş olunub

DİM: 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Metroda sərnişinin halının pisləşməsi qatarın hərəkətində gecikməyə səbəb olub

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır

“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması

Hakan Fidan ilə Antoni Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər

“Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına

Coğrafiyaşünas alim: Süni torpaq sahələrindən Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğun olaraq istifadə edilməlidir

Azərbaycan İƏT-in gənc diplomatlar forumunda iştirak edir

Mütəxəssis: Yeniyetmələrdə hamiləlik zamanı fəsadların yaranma riski artır

Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir VİDEO

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Şəhid Ənvər Tağıyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

ADPU-da professor Hyun Sook Tekinin konserti və elmi seminarı keçirilib

Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər

Slovakiyanın Baş naziri güllə yarası alıb VİDEO

® “Leobank” və “Visa” Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

İqor Ponomaryov: Son iki oyun üçün mükafata belə, ehtiyac yoxdur

İsveçdə aparılan araşdırmada xərçəngin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib

Ədəbiyyat Muzeyində Salman Mümtazın ekspozisiyasının açılışı olub

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində təmir işlərinə başlanılır

Qarabağ separatçılarının həbs müddəti uzadılıb

Azərbaycan ilə Gürcüstan arasında enerji əlaqələrinin geniş spektri müzakirə edilib

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir ŞƏRH

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb

Günəşdə son on il ərzində ən güclü partlayış olub

Mixail Qaluzin: Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmasını alqışlayır

“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib

Azərbaycan məhsulları “Russia Halal Мarket” yarmarkasında təqdim olunub

Naxçıvanda “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur VİDEO

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

Şərqşünaslıq İnstitutunda Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

Yevlaxda hüquqpozmalara qarşı tədbirlər keçirilib, 200 inzibati protokol tərtib olunub

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib

Yanğın təhlükəsizliyi ilə bağlı Ağdamda regional müşavirə keçirilib

ƏƏSMN: Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi dövlət himayəsində yaşayır

FHN: Qəbələ rayonunun bəzi kəndlərində subasmanın qarşısı alınıb

Həkim-metodist: Erkən nikahı qadağan edən qanunlara baxmayaraq Azərbaycanda bu hallar istisna deyil

Azərbaycan Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi ilə bağlı Xüsusi Komitənin tədbirində təmsil olunur VİDEO

AQTA-nın sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib

BDU-da elmi seminar: Qərbi Azərbaycan folkloru haqqında informasiya resursları

Azərbaycanın 3 boksçusu Rusiyadakı turnirin yarımfinalına vəsiqə qazanıb

Baş direktor “IDEB 2024” sərgisində iştirak edir

Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir

Şeyxülislam Lissabonda Qlobal Forumda Azərbaycanın multikulturalizm siyasətindən danışıb

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Tatarıstanın paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçirilir

Bəstəkar Cəlal Abbasovun əsərlərindən ibarət konsert

Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb

Baş məşqçi: İnanıram ki, “Şamaxı”ya qalib gələrək Premyer Liqaya çıxacağıq

Son 3 ildə Azərbaycanda POS-terminal üzrə ödənişlərin dövriyyəsi 10 min manata çatıb

Milli Kitabxanada növbəti treninq

Lissabonda KAICIID-in Qlobal Dialoq Forumu işə başlayıb YENİLƏNİB