Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

Bakı, 30 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 30 dekabr 2021-ci il tarixində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2022-ci ilin gəlişi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Daimi nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kollektivi hər iki bayram münasibətilə təbrik edərək bildirib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya bu gün yeni, müstəqil Azərbaycanımızda dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarını təşkil edir. Deyərdim ki, dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelərimiz və dövlət maraqlarımız kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən ümummilli liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi, 1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi. Əslində, Azərbaycanın müstəqilliyi və qədirbilən xalqımızın milli azadlığı dünya azərbaycanlılarının həmrəyliyinə zəmin yaratdı. 1989-cu il dekabrın 31-də sovet rəhbərliyinə ilin son etirazı və ciddi xəbərdarlığı olaraq, eləcə də tək, gücsüz olmadığımızı düşmən qüvvələrə göstərmək üçün Arazboyu sərhəd dirəkləri və simləri sökülmüş, Naxçıvandan - Vətəndən dünyaya qardaşlıq qapısı açılmış, dünyadakı soydaşlarımıza və dostlarımıza ilk həmrəylik mesajları göndərilmişdir. Təəssüf ki, bu hadisələrdən sonra açıq şəkildə ermənipərəstlik nümayiş etdirən sovet rəhbəri Mixail Qorbaçov rejimi müstəqilliyə can atan Azərbaycanı cəzalandırmağa qalxmış və qanlı 20 Yanvar qırğınını törətmişdi. Bu müdhiş dövlət qətliamı Azərbaycanı İttifaq dövlətinə bağlayan son telləri də qırmaqla xalqımızı dövlət müstəqilliyi uğrunda mübarizənin astanasına gətirmişdi. Azərbaycan xalqının iradəsi ilə dağıdılmış sərhədlərdən xarici aləmə yayılmış o zamankı haqlı harayımız, respublikamıza qarşı törədilmiş hərbi təcavüz və misilsiz qanlı cinayət, ilk növbədə, dünyada yaşayan on milyonlarla soydaşlarımızı da sarsıtmış, onların qəlbində közərən Vətən məhəbbətini daha da alovlandırmışdır”.

Bəxtiyar Əsgərov qeyd etdi ki, yaxın, qonşu ölkələrin, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların bu prosesi müdafiə etməsi, ölkədə və dünyada gedən demokratik proseslərin dünya azərbaycanlılarının bu mövqeyi ilə üst- üstə düşməsi xalqımıza qarşı yönəldilmiş mürtəce təbliğatın qarşısını qismən də olmuş olsa, almışdı. 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım olmuşdur. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürülmüşdü. O zaman bu hadisələrin səbəblərini, mahiyyəti və nəticələrini doğru-düzgün anlayan, qiymətləndirən ümummilli lider, dünya siyasətinin nəhəngi sayılan böyük Heydər Əliyev Moskvada Azərbaycan Nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri kəskin ittiham etmiş və az sonra Kommunist partiyası ilə bağlılığına xitam verərək doğma xalqının yeni başlayan müstəqillik hərəkatına qoşulmuşdu. Sonrakı aylarda Moskvada ciddi nəzarətdən qurtulub vətəninə qayıdan, o zamankı yerli rəhbərlərin üzüdönüklüyünə nifrət edərək Bakıda qalmayan, Naxçıvana - doğmalarının yanına gedən ulu öndərimiz Heydər Əliyev naxçıvanlıların təkidli tələbi, istəyi ilə blokada şəraitində yaşayan muxtar respublikaya rəhbərliyi üzərinə götürəndən sonra 31 dekabr hadisəsinin tarixi önəmini xalqın istəyini və dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bəyan etmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış addım sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində çox mühüm rol oynadı. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin həmin sessiyasındakı çıxışında qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyirdi: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, milli adət və ənənələrin, mədəni dəyərlərin mühafizəsi, yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur. Azərbaycan diasporunun mütəşəkkil bir gücə çevrilməsi məhz 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Elə bu dövrdən etibarən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmalarının nümayəndələri ilə keçirdiyi görüşlərdə diasporun təşkilatlanmasının əsas vəzifə kimi qarşıya qoyulmasını qeyd edirdi.”

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütməsindən bəhs edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əlavə edib ki, dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli liderimiz, qeyd etdiyimiz kimi, xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirir, onların problem və qayğıları ilə yaxından maraqlanırdı. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanımız dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün, həqiqətən də, milli iftixar, qürur mənbəyinə, mənəvi dayaq və güvənc yerinə çevrilmişdir. Müdrik rəhbərin “Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq, həmin il noyabrın 9-10-da Bakıda təşkil olunmuş qurultay həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə ciddi mənada böyük töhfə olmuşdur. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək təzahürü, zirvəsi idi. Ulu öndərimiz Heydər Əliyev qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkmiş, bunun üçün zəruri olan prioritetləri diqqətə çatdırmışdır: “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”.

“Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar”, - deyən daimi nümayəndəliyin rəhbəri bildirib ki, dünya azərbaycanlılarının təşkilatlanmasında, onlar arasında həmrəyliyin güclənməsində Dünya Azərbaycanlılarının I Qurultayının önəmi, doğrudan da, böyük olub. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirilmiş, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi təsis edilmiş, Milli Məclisdə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul olunmuşdur. Bu mənada, dünya azərbaycanlılarının ilk qurultayının baş tutması diaspor ilə işin inkişafı baxımından böyük əhəmiyyət kəsb edib. Ümummilli liderimiz Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi fikirlər bu gün də öz aktuallığını saxlayaraq hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı, milli-mədəni maraqlarının ifadəçisidir. Bu gün dövlətimiz bütün dünyada yaşayan azərbaycanlıların tarixi Vətəni, həmçinin siyasi - ideoloji mərkəzi kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri hesab edir.

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları illərdir olduğu kimi, bu gün də müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına, özlərini, doğrudan da, Vətənin bir parçası kimi hiss etmələrinə səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı müvafiq Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermiş, 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır.

Beş ildən bir, 2011-ci ildə Dünya Azərbaycanlılarının III, daha sonra IV qurultaylarının keçirilməsi, bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimlərinin, iş adamlarının iştirak etməsi dediklərimizi sübut edir. Qurultaylar xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin milli-mənəvi, mədəni irsimizin təbliği, bütün sahələrdə təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilmişdir”, - deyən Bəxtiyar Əsgərov vurğulayıb ki, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. “Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”, - deyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın sayılan ölkələrindən birinə çevrilməsi, ölkəmizin 2020-ci ildə işğalçı Ermənistan üzərində əldə edilmiş həlledici qələbəsi Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə fundamental zəmin yaratmışdır.

Bəxtiyar Əsgərov deyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası ötən 18 ildə böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədə möhtəşəm diplomatik uğurlarımız Vətən müharibəsində də Zəfərimizi şərtləndirdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ildir ki, pozulmuş ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik doğma yurd, el-oba, torpaq həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, dünyada yaşayan 50 milyon azərbaycanlının üçrəngli, ay-ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, Prezident İlham Heydər oğlunun sərkərdəliyi ilə tariximizin şanlı zəfər səhifəsi yazıldı. 2020-ci ilin noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu Qələbənin məhz birliyimiz hesabına əldə olunmasını xüsusi vurğulayaraq dedi: “Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!” Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bu gün hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında şəhidlik zirvəsinə yüksələn vətən oğullarımızın xatirəsini əziz tutur, onları hər an ehtiramla yad edir. İnamla deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz də 44 günlük müharibədə Milli Ordumuza kömək etdi, düşmənlə informasiya cəbhəsində döyüşdü. Müxtəlif ölkələrdə təşkil olunan tədbirlərdə, xarici mediadakı çıxışlarda Azərbaycan həqiqətləri, keçmiş Qarabağ münaqişəsi, Ermənistanın ballistik raket hücumları ilə dinc mülki əhaliyə qarşı terror aktları mütəmadi olaraq soydaşlarımız tərəfindən dünya ictimaiyyətinə çatdırıldı. Müharibə dövründə dünya azərbaycanlıları müstəqil dövlətimizin beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan mövqeyini, ölkəmiz haqqında həqiqətlərin xarici ölkələrdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirdi. Bu, əslində, böyük Heydər Əliyevin əsasını yaratdığı, Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən dünya azərbaycanlıları birliyinin milli maraqlar ətrafında böyük qələbəsi idi”.

Bəxtiyar Əsgərov, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbirlərin keçirilməsi təkcə bu möhtəşəm bayramın qeyd edilməsi baxımından deyil, həm də ulu öndərimiz Heydər Əliyevin vaxtilə bu milli bayramın təsisi edilməsi ilə bağlı bu qədim diyarda qəbul etdiyi qərarın xatırlanması baxımından böyük əhəmiyyət daşıyır. Həmrəylik ideyalarının ilk dəstəkçilərindən olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov illərdir Naxçıvanda ümummilli liderin siyasi kursuna, Prezident İlham Əliyevin siyasətinə münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaratmışdır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqət və ehtiramın, onun müəyyənləşdirdiyi yola inamın nəticəsi kimi siyasi və makroiqtisadi sabitliyə tam nail olunub, iqtisadiyyatın bütün sahələrində aparılan köklü islahatlar bəhrələrini verib, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Ən əsası, Vətən müharibəsində əsl fədakarlıq göstərmiş, təbii ki, eyni zamanda şəhid olmuş, qazi olmuş hərbçilərimizin xidmət keçdiyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun güclənməsinə nail olunmuşdur. Təbii ki, əldə edilmiş bu və ya digər uğurların hamısı muxtar respublika sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə, müdafiə təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşayış tərzinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf proqramlarının Naxçıvanda Vasif Talıbovun rəhbərliyi ilə illərdir dönmədən icra edilməsi Naxçıvan Muxtar Respublikasının özünün iqtisadi inkişafı baxımından sürətlə yeniləşən, daha mütərəqqi texnologiyaların tətbiqi sahəsində əsaslı işlərə imza atan, özəl sektorun ayrı-ayrı sahələrinin təkamülü və inkişafına əsaslı şərait yaradan amillərdəndir. Sevindirici haldır ki, bu gün çoxsahəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Özünün hərtərəfli inkişaf dövrünü yaşayan Naxçıvanın hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alır, gözəl yaşayış məskəninə çevrilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir ölkə inkişafa nail olmağa çalışır. Lakin o ölkədə inkişaf təmin olunur ki, orada sabitlik, müəyyən olunmuş inkişaf yolu və dövlət-xalq birliyi olsun. Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda inkişaf, sabitlik və dövlət-xalq birliyi təmin olunub. Ölkəmiz inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini tutub”. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər”.

Sonda daimi nümayəndəliyin kollektivini bir daha bu əlamətdar bayram və Yeni ilin gəlişi münasibətilə təbrik edən Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil dövlətimizə hər hansı təhlükənin, təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmləndirilməsi hər bir azərbaycanlının şərəfli vəzifəsi kimi bütün arzularımızın fövqündə dayanır. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlimizin, millət kimi formalaşdığımız tarixi Vətənimizin şərəfini qorumaq, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın ən yüksək həyat amalına çevrilməlidir. Çünki müstəqil Azərbaycan dövləti xalqımızın əldə etdiyi ən böyük nailiyyətidir. Dünya azərbaycanlılarının həmrəyliyi, birliyi isə müstəqil Azərbaycanın işıqlı gələcəyinin qarantıdır. Bayramlarınız mübarək olsun!

Tədbir digər çıxışlarla davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib