Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir

Bakı, 14 oktyabr (AZƏRTAC). Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.

Nazirlər Kabineti “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydalarının və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul etmişdir.

“Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 250 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011‑ci il 25 iyun tarixli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edilmişdir.

Hər iki qərar imzalandığı gündən - oktyabrın 7-dən qüvvəyə minir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında oktyabrın 11-də qərar qəbul olunmuşdur.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Nazirlər Kabineti “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 6.4-cü bəndinə əsasən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Oğlanlar üçün Açıq tipli xüsusi məktəbinin Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilməsi haqqında oktyabrın 13-də qərar qəbul etmişdir.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin