İQTİSADİYYAT
Neft Fondunun investisiya portfelinin 47,2 faizini dollar, 35,4 faizini isə avro təşkil edir
Bakı, 24 aprel, AZƏRTAC
Bu il aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin əvvəlinə - 33 milyard 147 milyon ABŞ dollarına nisbətən 0,18 faiz artaraq 33 milyard 207,2 milyon ABŞ dollarına bərabər olub. ARDNF-in cəmi aktivlərinin 33 milyard 199 milyon ABŞ dollarına (100 faiz) bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 8 ABŞ dollarına (0 faiz) bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə fondun 2017-ci ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunları üzrə hesabatında bildirilir.
ARDNF-in investisiya portfelində 15 milyard 662,6 milyon (47,2 faiz) ABŞ dolları, 11 milyard 007,1 milyon (35,4 faiz) avro, 1 milyard 355 milyon (5,1 faiz) funt-sterlinq, 293,1 milyon (0,7 faiz) Avstraliya dolları, 1 milyard 282,9 milyon (1,1 faiz) Türkiyə lirəsi, 30 milyard 286,4 milyon (1,6 faiz) Rusiya rublu, 496 milyard 350 milyon (1,3 faiz) Koreya vonu, 3 milyard 176,1 milyon (1,4 faiz) Çin yuanı, 45 milyard 749,4 milyon (1,2 faiz) Yaponiya yeni, 458,5 milyon (1,4 faiz) digər valyutalar, 1 milyard 211,5 milyon (3,6 faiz) isə qızıl (970,146 troya unsiya - 30,17 ton) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]