Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir

Bakı, 30 dekabr, AZƏRTAC

Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, humanist, mütəfəkkir şair kimi dünyada şöhrət qazanıb. Nizami yaradıcılığı dərindən tədqiq olunduqca, bütün dolğunluğu ilə öyrənildikcə, daha böyük tərbiyəvi əhəmiyyət kəsb edir. Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunub, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb, çoxlu sayda tədqiqatlar aparılıb, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanıb. Bu fikirlər Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin filologiya ixtisası üzrə dördüncü kurs tələbəsi Şamama Əsədovanın “Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İlyas Yusif oğlu Nizami heç bir əsərində “Gəncəvi” nisbəsini işlətməyib. Nizami ədəbi məktəbinin Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi ardıcılları da onun Gəncədən olduğunu dönə-dönə qeyd etsələr də, haqqında danışarkən “Gəncəvi” nisbəsini işlətməyiblər. Yalnız XV yüzillikdən sonra “Nizami” ədəbi təxəllüsü ilə yazan başqa şairlər meydana çıxarkən Nizamiyə Gəncəvi, bəzən də Gənceyi nisbəsini qoşublar ki, bu da ərəb dilindən tərcümədə elə “Gəncəli” deməkdir.

Nizami Gəncənin adını ilk poemasından son poemasınacan dönə-dönə misralarına gətirir və bu beytlərdən birində şair onu hansı səmtə çəksələr belə gəncəli olaraq qalacağını bəyan edir:

Mənim gizlinimi - içərimdən gələn
Sözlərimi aşkara aparırlar,
(Amma) onu Buxaraya aparsalar da, əsli Gəncədəndir.

Fars poeziyasının ən böyük nümayəndələrindən biri olan İran şairi Əbülqasim Firdovsidən fərqli olaraq Nizaminin poetik dilində çoxlu türk sözlərindən istifadə edilib. “uşaq”, “ikdiş”, “çalış”, “xan”, “xatun”, “ozan”, “sancaq”, “muncuq”, “qılavuz”, “tutuq”, “yaylaq”, “toz”, “tapança” və s. türk sözlərini Nizami öz əsərlərində həvəslə işlədib.

Nizami poemaları yarandığı gündən xalq ədəbiyyatına keçərək Şərq nağılları, qəhrəmanlıq və məhəbbət dastanlarında da güclü əks-səda doğurub, yeni-yeni əfsanə, rəvayət və başqa xalq ədəbiyyatı nümunələrinin yaranması ilə nəticələnib. Şairin hikmətli beytləri canlı danışıq dilində atalar sözləri kimi əbədiləşib.

Dünya ədəbiyyatında Nizami Gəncəvi daha çox beş poema müəllifi kimi tanınır. Bu poemalara birlikdə ərəbcə “Xəmsə” (beşlik), farsca isə “Pənc gənc” (beş xəzinə) də deyirlər. Nizaminin külliyyatı isə əslində lirik şeirlər “Divan”ından və altı poemadan ibarətdir. Belə ki, “İskəndərnamə” başlığı altında tanınan poema əslində iki müstəqil hissədən - “Şərəfnamə” və “İqbalnamə”dən ibarətdir.

Nizaminin avtobioqrafik materiallarla ən zəngin poeması “Leyli və Məcnun”da şair öz anasının kürd qızı olduğunu bildirib, “Xosrov və Şirin” poemasında isə özünü saf türk sözü ilə “ikdiş”, yəni “metis” (iki müxtəlif millətin nümayəndələrinin nikahından doğulan uşaq) adlandırıb:

Nizami xəlvətdə oturan bir ikdişdir,
Yarı sirkə, yarı baldır.

Burada Nizami “sirkə” deyərkən öz kürd anasını, “bal” deyərkən isə türk atasını nəzərdə tutub. Çünki əgər Nizaminin atası fars olsaydı, eyni etnik qrupa (irandilli) aid olan kürd qızı ilə onun nikahından doğulan uşaq “ikdiş” sayılmazdı.

Nizami hazırda elmə məlum olan əsərlərini - “Divan”ı və “Xəmsə”sini farsca yazıb. Şairin farscası nə qədər rəvan, kamil olsa da, hər halda məşhur İran alimi Səid Nəfisinin müşahidə etdiyi kimi, bu farsca bir farsın, tutalım, Firdovsinin farscası deyil. Nəfisi təsdiqləyir ki, Nizaminin şeirlərindən türk dili ətri gəlir.

Nizaminin bütün yaradıcılığından türkə və türklüyə məhəbbət qırmızı bir xətt kimi keçir. Onun əsərlərində öz doğma xalqına - türk etnosuna məhəbbəti açıq-aşkar duyulmaqdadır. Nizaminin türklərə məhəbbəti özünü onda büruzə verir ki, şair yaratdığı müsbət obrazların əksəriyyətini ya türk kimi təsvir edir, ya da onların müsbət insani sifətlərini türklərlə müqayisə edir.

Dünya ədəbiyyatında “Xəmsə” kimi dərin, zəngin məzmunlu, bədii forması etibarilə rəngarəng, oynaq süjetli böyük əsər tapmaq çətindir. Nizami ona görə belə misilsiz, əzəmətli əsərlər yaza bilib ki, bütün həyatını, bütün mənəvi aləmini və qüvvəsini yaradıcılığa, dünya ədəbiyyatını öyrənməyə, təhlil etməyə, araşdırmağa həsr etmişdi.

Nizaminin lirik irsindən bizə 6 qəsidə, 120 qəzəl, 30 rübai məlumdur. Nizaminin əldə olan lirik irsi klassik Şərq şerinin üç əsas şəklini - qəsidə, qəzəl, rübai şəkillərini əhatə edir. Nizaminin lirik poeziyasında onun qəsidələri məzmun zənginliyi, ideya dərinliyi və sənətkarlıq vüsəti ilə daha çox diqqəti cəlb edir. Şairdən dövrümüzə qalan qəsidələrin sayı altıdır. Bunlardan biri mədhiyyə, biri fəxriyyə, biri də sənətkarın qocalığından bəhs edir. Digər üçü isə ictimai-fəlsəfi, əxlaqi qəsidə nümunəsidir. Nizami qəsidələri də hökmdar və cəmiyyət, elm və din, ağıl və zaman kimi problemləri əks etdirir. Bu əsərlərdə xalq mövqeyindən çıxış edən şair baş verən hadisələrə ayıq münasibət bəsləyir, ədalətin, dostluğun, düzgünlüyün bərqərar olmasına çalışır. Gah müəllim olub, ağıllı nəsihətlər verir, gah da ittihamçıya çevrilib haqsızlığa, zülmə, riyakarlığa qarşı çıxır.

Nizami dilini dərindən təhlil edən akademik Həmid Araslı belə bir maraqlı nəticəyə gəlib: “Nizami əsərlərini fars dilində yazmasına baxmayaraq, həmişə bir azərbaycanlı kimi düşünmüş, öz obrazlı ifadələrini həmişə xalqdan, canlı xalq dilindən almışdır. Müxtəlif qaynaqlardan aşkar edilmiş Nizami lirikasında da şairin qüdrətli sənəti özünü bütün parlaqlığı ilə göstərə bilmişdir. Qəsidə, qəzəl və rübailərdən ibarət olan bu şeirlərdə Nizami həm istedadlı bir şair, həm də mütəfəkkir bir alim kimi nəzərə çarpır. Nizaminin lirikası ilə poemaları arasında istər məzmun, istərsə də forma baxımından yadlıq, fərq axtarmaq yersizdir. Lirikası da daxil olmaqla Nizaminin poeziyası IX əsrdən başlayaraq sürətlə inkişaf edən və bir çox Yaxın Şərq xalqlarının yaratdığı ədəbiyyatın həqiqi zirvəsi, həmçinin bu ədəbiyyatda humanizmin ən yüksək təzahürü sayılır”.

Nizami Gəncəvi hələ sağlığında əsərlərini uzunömürlü olacağına inanırdı və belə yazırdı:

Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: “ Burda, burdadır!”

Yüz illər keçib və Nizaminin düşüncəsi daha uzaq zaman sərhədinə yetişib və əbədiyyətə doğru gedir. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti dərk etməyə çağırır, ağlın, qüdrətinə, haqqın, ictimai xeyirin qələbəsinə inam hissləri oyadır.

Nizami Gəncəvinin lirik şeirlərinin bir qismi ötən əsrin 40-cı illərdə nəşr olunub, bir qismi də sonralar Nizamın yeni tapılan şeirləri müxtəlif şairlər tərəfindən çevrilib. Bu baxımdan Xəlil Rza Ulutürkün etdiyi tərcümələr diqqəti cəlb edir.

Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Nizami elə dahilərdən idi ki, öz sənətinin ölməzliyini yaxşı bilirdi. Son poemasındakı məşhur beytləri də bunu təsdiq etməkdədir. Xəyalən öz məzarını təsvir edən şair oxucusuna üz tutaraq deyir:

Təzə kəklik, yad et məni ürəkdən
Məzarım yanından ötüb keçərkən.
Üstümdə görərsən göyərmiş otlar,
Başdaşım uçulmuş, çökmüşdür məzar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib