Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ölkəmizdə keçiriləcək COP29 tədbiri hotellər üçün ciddi sınaq olacaq

Ölkəmizdə keçiriləcək COP29 tədbiri hotellər üçün ciddi sınaq olacaq

Günay Sağlam: Hotel sənayesinə dəstək planı hazırlayırıq

Bakı, 27 yanvar, Abdulla Suvar, AZƏRTAC

Ölkəmizə təşrif buyuran turist və qonaqların rahatlığı onun yerləşdiyi hoteldən çox asılıdır. Yüksək komfortlu hotel müsafirin ölkə haqqında təəssüratını formalaşdıran ilkin məkanlardan biri, bəlkə də birincisidir. Bu mənada bu il ölkəmizdə keçiriləcək COP29 tədbiri hotellər üçün ciddi sınaq olacaq. Paytaxtda və bölgələrdə öz qapılarını turist və qonaqların üzünə açan hotellər bu və bu kimi mühüm tədbirlərə nə dərəcədə hazırdırlar?

Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam AZƏRTAC-a verdiyi müsahibədə son illərdə ölkəmizdə hotel sənayesi sahəsində görülən işlər, qarşıda duran vəzifələr, beynəlxalq təcrübədən bəhrələnməsi vacib olan bir sıra məsələlər barədə danışıb. Həmin müsahibəni oxucularla bölüşürük.

-Günay xanım ötən il açıqlama vermişdiniz ki, Azərbaycan Hotellər Assosiasiyası (AHA) ölkəmizdə milli hotel ulduz təsnifatının bazasını yaratmaq üçün İsveçrə Hotellər Assosiasiyası ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq AHA-ya hansı təcrübəni qazandırıb və milli hotel ulduz təsnifatı bazasının yaradılması istiqamətində işlər hansı mərhələdədir?

-2019-cu ildən etibarən Azərbaycan Hotel Assosiasiyası HOTREC (Avropa Birliyinin Milli Hotel Assosiasiyalarının Konfederasiyası) və HSU (Hotelstars Union) təşkilatlarının üzvüdür. Ölkəmizdə Milli Ulduz Təsnifatının bazasını yaratmaq üçün beynəlxalq standartlar və təcrübələr əsas götürülüb. Bu çərçivədə HSU-nun təsisçi üzvü olan və 40 ilə yaxın ulduz təsnifatında təcrübəsi olan İsveçrə Hotellər Assosiasiyası ilə aramızda əməkdaşlıq qurulub. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Milli Ulduz Təsnifatı sisteminin əsası qoyulub. Milli Ulduz Təsnifatı sisteminin yaranması prosesi yekunlaşıb və artıq 3 ildir ki, peşəkar auditorlar tərəfindən hotellərdə ulduz təsnifatı keçirilir. Həmçinin ötən il İsveçrə Hotellər Assosiasiyasının nümayəndələri Bakıda AHA-nın təsnifat prosesini auditdən keçirdilər. Məmnuniyyətlə bildiririk ki, İsveçrə Hotellər Assosiasiyasının peşəkarları tərəfindən keçirilən auditi yüksək nəticə ilə tamamladıq.

Bu əməkdaşlıq Azərbaycanda fəaliyyət göstərən hotellərə, qonaqpərvərlik sənayesinə şəffaf, peşəkar və beynəlxalq tələblərə uyğun təsnifat sistemi qazandırıb. Milli Ulduz Təsnifatı sisteminin yaradılması bizim üçün çox böyük təcrübə, həmçinin məsuliyyətli proses idi. Hazırda Azərbaycan Hotel Assosiasiyasının auditorları tam şəffaf və beynəlxalq tələblərə cavab verən audit prosesini həyata keçirirlər. Yaradılan sistem müasir trendlərə uyğundur, rəqəmsal və sistemli şəkildə həyata keçirilir. Müraciət mərhələsindən başlayaraq təsnifat prosesinin sonuna qədər sahibkarların sualları operativ cavablandırılır və istiqamətləndirilir. HSU-nun ən son assambleyasında AHA öz təcrübəsini paylaşıb, Milli Ulduz Təsnifatının yaradılması haqqında təqdimat edib və bu təqdimat üzvlər tərəfindən son illərin ən yaxşı praktikası olaraq qəbul edilib. Yerli standartların beynəlxalq standartlara uyğunlaşdırılması və prosesin şəffaflığı Avropa Hotellər Birliyi tərəfindən yüksək qiymətləndirilib.

-Azərbaycan Hotellər Assosiasiyası hotellərdə keyfiyyət üzrə konsultasiyalara başlayıbmı? Bu sahədə hansı problemlər var və bu problemlərin həlli üçün nələrə diqqət yetirilməlidir?

-Milli Ulduz Təsnifatı sistemi yeni olduğu üçün hotellərlə mütəmadi konsultativ işlər görülüb. 3 il ərzində peşəkar ekspertlər tərəfindən bir çox seminar, təlim, fərdi konsultasiyalar həyata keçirilib. Nəticə olaraq standartları daha yaxşı bilmək, öz kateqoriyalarına uyğun fəaliyyət göstərmək yerli hotellərə çox böyük fayda verib.

Qeyd etmək istərdim ki, təsnifat prosesinin yekununda tərtib edilən audit hesabatında hoteldə müvafiq ulduz kateqoriyası üzrə çatışmayan meyarlar, mövcud problemlər, həmçinin tövsiyələr qeyd edilir. Həmin audit hesabatına əsasən hotellər özlərində olan problemləri aydın olaraq görüb bunun üzərində işləməyə başlayıblar.

Konsultasiyaların əsas istiqamətini minimum tələblər təşkil edir. Onlardan ən əsasları təmizlik, gigiyena, texniki vəziyyət, xidmət səviyyəsi, daha sonra isə ulduz kateqoriyaları üzrə tələblərdir. Bu istiqamətdə çox və mütəmadi iş görülməlidir.

Problemlərin həllinə gəldikdə isə, buna sistemli şəkildə yanaşırıq. İlk olaraq təbii ki, vəziyyətin şəffaf dəyərləndirilməsi üçün bütün hotellər ulduz təsnifatından keçməlidir və hazırda bu proses aktiv şəkildə davam edir. Növbəti önəmli məqam isə hotellərdə maarifləndirmə işlərinin mütəmadi aparılmasıdır. Hotel əməkdaşları daim müvafiq təlim proseslərinə cəlb olunmalıdırlar. Bu sahədə AHA və üzv hotellərimiz bir çox önəmli layihələrə imza atıb. Quba və Lənkəran bölgəsində region hotellər üçün ixtisaslaşmış təlimlər keçirildi və çox müsbət geri dönüşlər aldıq. Bu il də bu layihələr digər regionlarda davam etdiriləcək.

Ən böyük problem qonaqpərvərlik sahəsində ekspertlərin azlığıdır. Hotellərin açılışında qeyri-peşəkar istiqamətləndirmə nəticəsində uyğunsuzluqlara yol verilir. Əlbəttə ki, hotelin inşasından açılışına qədər bütün prosesə hotel ekspertlərinin cəlb edilməsi daha uğurlu nəticələrə gətirib çıxarar.

Bir neçə ildir sənayenin ən peşəkar ekspertləri AHA ilə əməkdaşlığa cəlb olunub və hər zaman öz töhfələrini verməyə hazırdırlar. Milli Ulduz Təsnifatı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə həyata keçirilir.

-Sözsüz ki, Azərbaycan Hotellər Assosiasiyasının əsas prioriteti turistlərin məmnuniyyətidir. Ölkəmizə üz tutan turistlər hotellərdəki şəraitdən, qiymətlərdən məmnundurlarmı?

-Əlbəttə ki, qonaq rəyləri qonaqpərvərlik sektorunun göstəricisidir və onların qiymətləndirməsi təsnifat prosesində əsas götürülür. Milli Ulduz Təsnifatı sertifikatı 3 illik verilir və təsnifatdan keçən hotellərin qonaq rəyləri mütəmadi olaraq AHA-nın tərəfdaş şirkəti tərəfindən təqdim edilən platforma vasitəsilə nəzarətdə saxlanılır. Hər kateqoriyanın qonaq təcrübəsi indeksi və qonaq rəylərinə cavabları həmin hotelin ulduz kateqoriyasına uyğun olub-olmadığının göstəricisidir. Göstəricilərdə hər hansı azalma müşahidə edilərsə hotellə əlaqə saxlanılır, problemlər müzakirə edilir və ehtiyac olduqda hətta yenidən audit də həyata keçirilir. Keçən ilin hesabatına əsasən ölkəmizdə ulduz təsnifatından keçmiş hotellərin qonaq rəyləri üzrə platforma nəticələri qonşu ölkələrin göstəricilərindən daha yüksəkdir. Bu da bizə düzgün istiqamətdə işlədiyimizi göstərir. Bu istiqamətdə işlər davam edir. Əvvəl də qeyd etdiyim kimi, daha çox hotel təsnifat sisteminə cəlb olunduqda və standartlara uyğun işlədikdə qonaq rəyləri də müsbət nəticə göstərəcək. Təlimlərdə də bu məsələyə böyük önəm veririk.

Qiymət siyasətinə gəldikdə isə, keyfiyyət və xidmət qiymətə uyğun olmalıdır. Əlavə olaraq ulduz kateqoriyasına uyğun rəqabət əsas rol oynayır. Təəssüf ki, bayram günləri və böyük tədbirlərin keçirildiyi zaman süni qiymət yüksəldilməsi müşahidə edilir və bu qiymətlər bəzən göstərilən xidmət səviyyəsinə uyğun olmur.

-Günay xanım, “Turizm haqqında” yeni Qanunda öz əksini tapan hotellər arasında ulduz təsnifatı necə tənzimlənir?

- “Turizm haqqında” Qanuna əsasən ulduz təsnifatından keçmək bütün hotellər üçün məcburidir. AHA Azərbaycan Turizm Bürosu ilə birlikdə bununla bağlı 3 il ərzində maarifləndirmə işləri aparıb, bu prosesin əhəmiyyətini hotellərə çatdırmağa çalışıb. Təəssüf ki, bu prosesdən yayınanlar, özləri ulduz təyin edib bu şəkildə hotellərini booking platformalarda təqdim edən hotellər hələ də mövcuddur. Bununla bağlı “Turizm haqqında” Qanunu tənzimləyən əlavələrə ehtiyac olduğunu düşünürəm.

-Sözsüz ki, yeni hotellər və yüksək xidmət xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayır. Hazırda ölkəmizdə neçə hotel fəaliyyət göstərir, bu il neçəsinin açılması gözlənilir?

-Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda ölkəmizdə 800-ə yaxın yerləşmə vasitəsi fəaliyyət göstərir. Yaxın zamanda Bakı və regionlarda, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində bir neçə brend hotelin açılışı nəzərdə tutulur. Bakıda ən azı 4 brend hotelin açılışı və 4 beynəlxalq brendə rebrendinq gözlənilir. Regionlarda tələblərin yüksəlməsi səbəbi ilə həmçinin kiçik və orta yerləşmə vasitələrində də inkişaf qeydə alınır.

-Qarabağ və Şərqi Zəngəzur bölgələrinin böyük turizm potensialı var. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur işləri sürətlə davam edir, həmçinin Şuşada, Ağdamda həm lüks, həm də orta səviyyəli hotellər tikilir. Bu işə sahibkarların da cəlb olunması üçün hansı addımlar atılır?

-Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı çox genişdir və çox şadıq ki, bu gün artıq bu sahədə işlərə başlanıb, Qarabağ öz doğma sakinlərinə qovuşur.

Turistlərin cəlbi üçün həm yerində infrastruktur işləri gedir, həm də beynəlxalq təşviqat kampaniyaları aparılır. Sahibkarların cəlbi üçün dövlət tərəfindən müəyyən güzəştlər planı nəzərdə tutulub. Bu güzəştlər sahibkarlara investisiyalarını səmərəli şəkildə istifadə etməyə və fəaliyyətlərini bu bölgədə inkişaf etdirməyə imkan verəcək. Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki investisiyalar, yeni açılan hotellər bu bölgənin inkişafında böyük rol oynayacaq.

Bildiyiniz kimi hotellərin fəaliyyəti həm də böyük sayda işçi qüvvəsi tələb edir. Bu da öz növbəsində, yerli sakinlərin sosial rifahını yaxşılaşdırır. Bu baxımdan da dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılır.

-Bir peşəkar turizm mütəxəssisi kimi, sizcə Azərbaycanın turizm potensialının cəlbediciliyini artırmaq üçün əsasən hansı təxirəsalınmaz işlər görülməlidir?

-İlk olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan çox böyük turizm potensialına malikdir və ölkəmizin gözəlliyinə artıq bütün dünya bələddir. Fikrimcə, son illərdə bu istiqamətdə çox işlər görülüb. Əlbəttə ki, hələ görüləcək işlər də var. Bir ölkəyə turistlərin cəlb edilməsinin artırılmasında ən vacib məqam turistlərin səyahət təcrübəsinin maksimum rahatlaşdırılması və əlçatan olmasıdır. Bu istiqamətdə hələ də işlər görülməlidir.

Bundan əlavə turizm zonalarında infrastruktur təkmilləşdirilməsi sahəsində işlər aparılmalı, yeni turizm məhsulları yaradılmalıdır. İnfrastruktur dedikdə, turistik gəzinti yerlərinin daha da artırılması, turist marşrutlarının təkmilləşdirilməsi, asudə vaxt keçirilməsi üçün cəlbedici məhsulların yaradılması və regional xüsusiyyətlər və coğrafi yerləşməyə uyğun olaraq yerləşmə obyektlərinin yaranmasının zərurəti nəzərə alınmalıdır.

Turistik zonalarda yaşayan yerli əhalinin milli üslubda hazırlanmış əl işləri və orqanik məhsullar özü də həm ölkəmizin milli ənənələrini nümayiş etdirə, həmçinin turistlərin marağını cəlb edə bilər.

Hazırda dünyanın trendləri sosial media, digital tanıtım istiqamətindədir. Doğru şəkildə hazırlanmış və doğru istiqamətlənmiş digital kampaniyalar, informasiya paylaşımı böyük təsirə malikdir. Azərbaycanın bu sahədə strateji yanaşması hədəf bazarlar və maraqlı tərəflərlə gücləndirilmiş əməkdaşlığı və Azərbaycan haqqında turizm destinasiyası kimi məlumatlılığın və təbliğatın artırılmasını nəzərdə tutur.

Həmçinin yeni kadrların hazırlanmasına da xüsusi diqqət ayrılmalıdır.

-Günay xanım, bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir zamanı ölkəmizə çoxlu sayda turistin gələcəyi gözlənilir. Sözsüz ki, bu məsələyə turizm sektoru da yüksək səviyyədə hazır olmalıdır. Bunun üçün hansı tədbirlər görüləcək? Turizm sektorunu bu tədbir çərçivəsində nə kimi yeniliklər gözləyir?

-COP29-a ev sahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Bütün böyük tədbirlərdə olduğu kimi qonaqların yüksək səviyyədə qarşılanması ən böyük prioritetdir.

Hotel sənayesinin tədbirdəki öhdəliyi qonaqların yüksək səviyyədə məmnunluğunu təmin etməkdir. Bu tədbirə gələn qonaqların əksəriyyəti müxtəlif ölkə və cəmiyyətlərin liderləridir. Onlar ölkələrində Azərbaycan haqqında təəssüratlarını paylaşacaqlar və ölkəmiz üçün sözsüz ki, gələcək turizm imkanları yaranacaq.

COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir. Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması və sairə nəzərdə tutulur.

Hazırlıq səviyyəsinə gəldikdə, Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirildi. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri aparılmalıdır. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır, çünki bu bir şansdır ki, ölkəmiz gələcək böyükmiqyaslı tədbirlərə hazır olsun.

Hotel sənayesinə dəstək planlarını hazırlayırıq. Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək.

Bundan əlavə hazırda Bakı, Sumqayıt və Abşeronda yerləşən hotelləri Milli Ulduz Təsnifatına müraciət etməyə çağırırıq ki, tədbir zamanı tam keyfiyyəti təmin edək.

-Azərbaycan Hotellər Assosiasiyasının 2024-cü ildə qarşıya qoyduğu əsas hədəf nədən ibarətdir?

-Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq.

Digər önəmli məsələ isə ekoloji dayanıqlılıqdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə AHA da bu il öz strateji fəaliyyətinə Hotel Dayanıqlılığının əsaslarını daxil edib.

Keçən ildən Hotel Dayanıqlılığının əsasları proqramı ilə əməkdaşlıq edirik və hotellərin dayanıqlı əsaslarla fəaliyyət göstərməsi istiqamətində təşviqat aparılır. Bu proqram Dünya Səyahət və Turizm Şurasının proqramıdır, müəyyən edilmiş tələbləri qarşılayan hotellər rəsmi loqo əldə edirlər. Bu gün dünyada turistlərin tələbləri və üstünlük verdiyi meyarlar arasında dayanıqlılıq xüsusi yer tutmağa başlayıb. Eko etiketə sahib hotellər bu baxımdan üstünlük əldə edəcək və rəqiblərdən irəli keçmək imkanı qazanacaq. Artıq AHA üzvlərindən 2 hotel bu rəsmi loqonu əldə edib. Bu il prioritetimiz bu sayı artırmaqdır.

Qonaqpərvərlik sahəsində kadrların inkişafı və yeni istedadların cəlb edilməsi də hər zaman olduğu kimi AHA-nın prioritetlərindən biridir. Bu il ənənəvi olaraq “Karyera günü” keçirilməsi nəzərdə tutulub. Keçən il təşkil etdiyimiz “Karyera Günü”nə göstərilən böyük maraq bu kimi tədbirlərin həm işaxtaranlar, həm də hotellər üçün əhəmiyyətini bir daha göstərmiş oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekoloji tarazlığın qorunmasında müstəsna əhəmiyyətə malik kiçik varlıqlar...

“Azərbaycan filologiyasında Heydər Əliyev mərhələsi” - respublika elmi konfransı

Cəbrayılın Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndləri tezliklə öz sakinlərinə qucaq açacaq – REPORTAJ

Qazaxıstanın xarici işlər naziri: Çinlə münasibətlər regionda sülhü və sabitliyi gücləndirir

Bəhruz Nəbiyev: Əsas hədəfimiz Los-Anceles Olimpiadasına lisenziya qazanmaqdır

Nazir: Cari ildə Tacikistanın Orta Dəhlizlə yükdaşımasının həcmi 86 faiz artıb

Ədəbiyyat Muzeyi gün ərzində 1500-ə yaxın ziyarətçini qəbul edib

Tacikistan Azərbaycana dağ-mədən sahəsində əməkdaşlıq təklif edir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu AzMİU ilə əməkdaşlıq edəcək

Çin lideri Si Cinpin İran Prezidentinin ölümü ilə əlaqədar başsağlığı verib

Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib

DSMF və Bolqarıstanın müvafiq qurumu pensiya təminatı ilə bağlı məlumat mübadiləsi aparacaq

“Milli” statusu daşımaq həm qürur hissidir, həm də böyük məsuliyyət

Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb

Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bəzi küçələrdə parklanma yerləri ləğv olunur

Prezident İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNƏCƏK

Baş katib: Peşəkar liqanın keçirilməsi Azərbaycanda çövkənin inkişafına töhfə verəcək

Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb

® Türkiyənin Başkent Universitetinin qurucusu Mehmet Haberal Mərkəzi Gömrük Hospitalını ziyarət edib

KOBİA: Qarabağda fəaliyyət göstərmək üçün 503 xarici şirkət müraciət edib

Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat müddəti uzadılıb

Gənclər Kitabxanasında Salman Mümtaz haqqında silsilə materiallar hazırlanıb

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Azərbaycan cüdoçuları Avropa Kubokunda altı medal qazanıblar

İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək

Türkiyə Prezidenti: Bu çətin və kədərli günlərdə də qonşumuz İranın yanındayıq

Səudiyyə Ərəbistanının Kralı ağciyər infeksiyasından müalicə olunur

Dövlət Xidməti: 156 dövlət müəssisəsində metroloji tələblərin pozulması aşkarlanıb

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

ƏƏSMN-in e-xidmətlərinə yanvar-aprel aylarında 1 milyon 45 min müraciət qeydə alınıb

Rektor: TÜRKÜNİB-in maliyyə imkanlarının genişləndirilməsi qarşıda dayanan önəmli məsələlərdəndir

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Son üç ildə Azərbaycanda 243 dövlət standartı qəbul edilib

Coğrafiyaçı alim UNEC-də keçirilən dəyirmi masada COP-29-dan danışıb

Ölkəmizdə sağlam siyasi dialoq mühiti formalaşıb ŞƏRH

Xalq şairi Rəsul Rzanın məzarı ziyarət olunub

Türk Universitetlər Birliyinin 7-ci Baş Assambleyasının iclası işə başlayıb YENİLƏNİB

Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO

Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

Daha bir yolayrıcında sıxlıq azalıb və hərəkət intensivliyi artıb

İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək

Çin ABŞ-ın bir neçə şirkətini “qara siyahı”ya salıb

Ağsu dolaylarındakı sürüşmə zonasına ağır texnika və canlı qüvvə cəlb olunub

Mütəxəssis: Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir

Dünya çempionu: Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir

UNEC Orhun Mübadilə Proqramı çərçivəsində bir sıra türk universitetləri ilə əməkdaşlıq edir

Məmməd Abbasbəyli: Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir

İran Prezidentinin ölümü ilə bağlı Pakistanda matəm elan edilib

Şamaxıda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinləniləcək

Dahi rus şairi haqqında yeni kitab - “Bəşəri poeziyanın əbədiyyət günəşi”

NBA-da sonuncu yarımfinalçı müəyyənləşib

Nazir müavini: Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Bərdə rayonunda Hərbi Prokurorluq və Daxili İşlər Nazirliyinin Daxili Qoşunları birgə tədbir keçirib

Suriyadan repatriasiya olunanların hüquqlarının təmini vəziyyəti araşdırılıb

Azərbaycanlı fotoqraf Beynəlxalq Foto Sənəti Federasiyasına üzv seçilib

“XIX-XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb

“Avrora Qrup” “Açıq qapı” elan edir

Kamerun Respublikasının Prezidenti Zati-aliləri cənab Pol Biyaya

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub

“Azərkosmos” ilə “ESRI” arasında memorandum imzalanıb

İqtisad Universiteti TÜRKÜNİB Rektorlar Xüsusi İclasının əsas təşkilatçılarından biri olub

Xidmət rəisi: Bazarda qiymətlə keyfiyyətin mütənasibliyi iqtisadi səmərəliliyin artırılmasına müsbət təsir göstərir

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar

Gürcüstandan idxal olunmuş dondurulmuş toyuq əti məhsulunda uyğunsuzluq aşkarlanıb

İranda helikopter qəzasında həlak olanların nəşi Təbrizə göndərilib

XİN: Azərbaycan qardaş və dost İran ilə həmrəydir

ATMU əməkdaşları Rumıniyanın Oradea Dövlət Universitetində

İran Nazirlər Kabineti fövqəladə iclas keçirib

UNEC-in rektoru: TÜRKÜNİB-in yol xəritəsində elm, təhsil və sosial sahələr üzrə tədbirlər nəzərdə tutulur

Bu gün Britaniya hakimləri Culian Assanj haqqında qərar verəcəklər

Mayın 20-də dünyada üç beynəlxalq əlamətdar gün qeyd olunur

BDU-da Buxarest Universiteti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 12,1 dəfə artıb

DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Premyer Liqa: “Qarabağ” qol sayında mütləq rekorda imza atıb

Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilir

Bu gün Xalq artisti Həqiqət Rzayevanın doğum günüdür

Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan boksçuları Astanadakı turniri 2 medalla başa vurublar

Nazir müavini: Bazara rəqabətə davamlı məhsul təqdim etmək keyfiyyətin təmin edilməsi ilə mümkündür

DİN: Könüllü təhvil verilən silahların sayı açıqlanıb

İkiillik fasilədən sonra kosmosa turist səfərləri bərpa edilib

Prezident İlham Əliyev İran Prezidentinin və digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib

“Neftçi” səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb

Mayın 20-si Ümumdünya Travmatologiya Günüdür

DİN: Ötən gün ölkədə qeydə alınan 104 cinayətin üstü açılıb

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib

Azərbaycan paraatleti ilk dəfə dünya çempionu olub

Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakıda güləş üzrə Avropa çempionatı start götürür

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün rəqəmsal liderlik üzrə təlimlərə start verilib

Dünya birjalarında neft bahalaşıb

Nazir Məcnun Məmmədov Yevlaxda vətəndaşları qəbul edəcək

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həzrətlərinə

Polis Ağcabədidə əməliyyatlar keçirib, 20 nəfər saxlanılıb

Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?