Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir VİDEO

Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir VİDEO

Hadi Rəcəbli: Ən böyük reklam turistin ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıtmasıdır

Bakı, 27 sentyabr, Xəyalə Məmmədova, AZƏRTAC

27 sentyabr Dünya Turizm Günüdür. 1925-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il sentyabrın 27-də Ümumdünya Turizm Təşkilatı kimi formalaşdı. Bu tarixi əsas götürən təşkilat 27 sentyabr - Dünya Turizm Gününü təsis etdi. Təşkilatın yaradılmasında əsas məqsəd bir çox ölkələrin iqtisadiyyatını inkişaf etdirmək, yoxsulluğun səviyyəsini azaltmaq, dövlətlərarası əməkdaşlığı bərpa etmək idi. Azərbaycan da dünyanın 154 ölkəsindən biri kimi bu qurumun üzvüdür.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli AZƏRTAC-a müsahibəsində ölkəmizin turizm potensialı və bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

-Turizm həm gəlirli biznes sahəsidir, həm də ölkəni dünyada daha geniş tanıtmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan dövləti turizmin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib, bununla bağlı müvafiq dövlət proqramları qəbul olunub. Son vaxtlar bu sahədə görülən işlərin real nəticələri barədə nə deyə bilərsiniz?

- Son iki ildə Azərbaycanda turizm sahəsində hiss olunacaq dəyişikliklər baş verib, mühüm irəliləyişlər əldə edilib. İki rəqəmə nəzər salaq: ölkəmizə gələn turistlərin sayı 2015-ci ilə nisbətən 30 faiz, 2016-cı ilin birinci yarısına nisbətən 25 faiz artıb. Bu artım artıq davamlı xarakter alıb.

Turizm sahəsinin inkişafını şərtləndirən əsas amillərə gəlincə isə, bunlar son illər ölkəmizdə həyata keçirilən iri, müasir infrastruktur layihələridir: fəaliyyətdə olan 6 hava limanı, dünya standartlarına cavab verən yolların çəkilməsi, 500-dən çox otel şəbəkəsinin istifadəyə verilməsi. Eyni zamanda, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, “ASAN viza” sisteminin reallaşdırılması, tarixi abidələrin zənginliyi, Azərbaycan qonaqpərvərliyi, milli mətbəximiz və gündən-günə gözəlləşən, müasirləşən paytaxtımız da turistləri cəlb edir. On il bundan əvvəlki Bakı ilə indiki Bakı arasında fərqi hər birimiz görürük. Paytaxtımız dünyəvi turizm şəhərlərindən birinə çevrilib. Zənnimcə, biz ölkəmizin turizm potensialının yalnız 20 faizindən istifadə edə bilmişik, bu potensialın 80 faizi hələ reallaşmayıb.

-Bu ilin mayında parlamentdə “Turizm haqqında” qanun layihəsi birinci oxunuşdan keçib. İstərdik ki, bu barədə də məlumat verəsiniz.

-Prezident İlham Əliyev hər zaman turizm sahəsini diqqətdə saxlayır. Bu sektorun inkişafı zamanın çağırışıdır, vacib məsələlərdən biridir. Son iki ildə 27 sərəncam və bir sıra digər sənədlər qəbul edilib. Bunların hər biri turizmin inkişafına hesablanıb. Azərbaycanda Turizm Şurası yaradılıb və bu qurum turizm sahəsində lazımi qərarlar qəbul edir. Parlamentdə birinci oxunuşdan keçən “Turizm haqqında” qanun layihəsi üzərində iş gedir. Prezident İlham Əliyev parlamentə bu qanunun qəbulunu sürətləndirməyi tövsiyə edib. Biz artıq dünyanın 12 ölkəsinin turizm haqqında qanunları ilə tanış olmuşuq. Hazırda Türkiyə və Rusiyanın müvafiq qanunları nəzərdən keçirilir. Qanunlar çoxmaddəli olduğundan bu iş çox vaxt aparır.

-Turizmin inkişafına bilavasitə təsir edən amillərdən danışaq. Xüsusən kadr hazırlığını nəzərdə tuturuq.

-Bələdçi institutu və Turizm institutlarının hazırladığı ixtisaslı kadrların turist qəbuletmə səriştəsində də müsbətə doğru dəyişikliklər müşahidə olunur, peşəkarlıq səviyyəsi yüksəlir. Turistlərin sayı artdıqca, kadrlara ehtiyac da artır, çünki bu vaxtadək turizm obyektlərində əsasən xaricdən gələn mütəxəssislər işləyirdi. Turizm sahəsində uğur qazanmaq üçün xidmət mədəniyyəti, nəqliyyat, turizm şirkətləri ilə iş düzgün qurulmalı və ən əsası turist cəlbetmə texnologiyası işlənib hazırlanmalıdır.

-Ümumiyyətlə, turizmin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması günümüzün reallığıdır. Sizcə, region turizminin inkişafı üçün daha çox nəyə diqqət yetirilməlidir?

- Doğrudan da, turizmin geniş vüsət aldığı regionlarımız çoxdur. Şəki, Qəbələ, Gəncə, Qusar artıq turizm bölgələri kimi tanınır. Amma elə regionlar var ki, turist qəbul etmək imkanı çox olsa da, infrastruktur müasir tələblərə tam cavab vermir. Buna görə də hələlik həmin bölgələr turistlərə xidmət edə bilmir. Bunun üçün hərtərəfli şərait yaradılmalıdır və hazırda həmin istiqamətdə iş gedir.

-Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Azərbaycana gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bunu yetərli hesab etmək olarmı?

-Turistlərin tərkibinə nəzər yetirsək görərik ki, onların əksəriyyəti ərəb ölkələrindən, İrandan gələnlərdir. Təbii ki, bununla kifayətlənmək olmaz, Çin və Avropa ölkələrindən də turistlər cəlb etməliyik. Turist axını artdıqca, bu sahədə imkanlar da genişlənir. Hər turist nə qədər az xərcləsə, 1000 ABŞ dolları xərcləməli olur. Bu da dövlət büdcəsi üçün əlavə vəsait deməkdir.

Turizmin inkişafına Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları da öz töhfəsini verir. Bu tədbirlərin təşkili həm də Azərbaycanın təbliğinə xidmət edir. Azərbaycan ÜTT-nin 154 üzvü arasında ən çox turizm potensialına malik ölkələrdən biridir. İndi qarşımızda duran əsas vəzifə bu potensialın reallaşdırılmasına nail olmaqdır. Prezident İlham Əliyevin diqqəti sayəsində turizm yüksələn xətlə inkişaf edir. Qeyd etdiyim kimi, ildə 25-30 faiz artım müşahidə olunur. Bu, böyük nəticədir və Azərbaycan turizminin gələcəyinə nikbin baxmağa əsas verir.

- Hadi müəllim, yəqin razılaşarsınız ki, turizmin inkişafında reklam da az rol oynamır. Son vaxtlar Avropanın nüfuzlu telekanallarında Azərbaycan barədə reklam çarxlarına daha tez-tez rast gəlirik. Bu fikrə nə kimi əlavəniz var? Biz ölkəmizi turizm məkanı olaraq yetərincə tanıda bilirikmi?

- Hesab edirəm ki, ən böyük reklam hər bir turistin ölkəmizdən öz vətəninə xoş təəssüratla qayıtmasıdır. Bir daha vurğulamaq istərdim ki, mötəbər tədbirlərə, beynəlxalq yarışlara ev sahibliyi etməyimiz ölkəmizin xaricdə tanıdılması baxımından ən güclü vasitədir, istənilən reklamdan daha təsirlidir. İnsanlar gəlir və hər şeyi öz gözləri ilə görürlər.

Eyni zamanda, düşünürəm ki, elektron təbliğata da diqqəti artırmalı, sosial şəbəkələrin və elektron KİV-lərin bu sahədəki imkanlarından yetərincə bəhrələnməyə çalışmalıyıq. Yaxud turizm yarmarkaları keçirilməli, bukletlər hazırlanmalıdır.

Ölkəmizdə turizmin yüksələn xətlə inkişafı gələcəyə daha nikbin baxmağa əsas verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib