ELM VƏ TƏHSİL
“Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub
Bakı, 24 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim edilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən Mehriban Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib, onlara uğurlar arzulayıb.
Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]
AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]
Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib
- 07.05.2024 [13:47]