Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılmışdır
Tanınmış ictimai-siyasi xadim, istedadlı qələm ustası Rza Quliyevin anadan olmasından 100 il keçir

Onun adı Azərbaycan jurnalistikası tarixinə qızıl hərflərlə yazılmışdırTanınmış ictimai-siyasi xadim, istedadlı qələm ustası Rza Quliyevin anadan olmasından 100 il keçir

Bakı, 18 aprel (AZƏRTAC, Laçın Sultanova). Azərbaycan milli jurnalistikasının parlaq nümayəndələrindən biri, publisist, ictimai xadim, Böyük Vətən müharibəsi illərində agentliyimizə rəhbərlik etmiş Rza Quliyevin anadan olmasından 100 il keçir. Bəs bugünkü nəsil, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri paytaxtımızın mərkəzindəki küçələrdən birinə adı verilmiş Rza Quliyevin kim olduğunu bilirmi? Şəxsən mən Rza Quliyevi tanımırdım, çünki mən jurnalistika aləminə gələndə onun vəfatından iki il keçmişdi. Lakin bu peşəyə mənsub olmağıma görə özümü borclu hesab etdiyim müəllimlərimdən onun adını dəfələrlə eşitmişdim. Onlar Rza Quliyev haqqında böyük qələm ustası, bacarıqlı təşkilatçı, özünə və başqalarına qarşı tələbkar rəhbər, əsl vətənpərvər, novator, mədəniyyət və incəsənət sərrafı, incə qəlbli, həssas bir insan kimi danışırdılar. 

Rza Quliyevin tərcümeyi-halı keçən əsrin mühüm hadisələrini parlaq şəkildə əks etdirir. Bu istedadlı jurnalist ölkəmizin Rusiya imperiyasının tərkibinə daxil olduğu dövrdə - 1914-cü il aprelin 20-də Ağdam rayonunda anadan olmuşdur. Onun 45 illik jurnalist və ictimai-siyasi xadim yolu 1932-ci ildə, jurnalistlərin çoxu kimi rayon qəzetindən başlanır. İşləyə-işləyə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində oxuyan Rza Quliyev jurnalist peşəsinin əlifbasını öyrənirdi. Bakıya köçəndən sonra Rza Quliyev “Gənc işçi” qəzetində, daha sonra “Kommunist maarifi” qəzetində işə düzəlir. Hələ çox gənc ikən ovaxtkı Azərbaycanın ruporu sayılan “Kommunist” qəzetində işləməyə başlayır. Bu redaksiyada məsul katib, redaktor müavini vəzifələrində işləmiş Rza Quliyevə Böyük Vətən müharibəsi illərində yüksək etimad göstərilir, çox məsul bir iş - redaktor vəzifəsi tapşırılır. Rza Quliyev insanlarda ruh yüksəkliyi yaratmaq, onları fədakar əməyə sövq etmək üçün qəzet materialları hazırlanmasına Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Əhməd Cəmil, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Heydər Hüseynov kimi tanınmış şairləri və yazıçıları, alimləri və filosofları cəlb edirdi.

Ağır müharibə illərində Azərbaycan xalqının böyük məhəbbətlə sevdiyi, hörmət bəslədiyi bu nüfuzlu nümayəndələrinin vətənpərvərlik ruhunda parlaq çıxışları insanlara ruh yüksəkliyi, faşist Almaniyası üzərində qələbəyə inam hissi aşılayırdı. Rza Quliyev yaxşı başa düşürdü ki, onun üzərinə xüsusi məsuliyyət düşür. Qəzet müharibə şəraitində çıxırdı, onun səhifələrində mütəmadi olaraq operativ materiallar dərc edilir, Azərbaycanın oğul və qızlarının cəbhədə igidliklərindən, cəbhəni zəruri yanacaqla təmin edən neftçilərin arxa cəbhədə gərgin işindən bəhs edən materiallar dərc edilirdi. Qəzetə əlavə kimi buraxılan “Təşviqatçının dəftərçəsi” ön cəbhəyə də göndərilirdi ki, azərbaycanlı döyüşçülər düşmən üzərində qələbənin yaxınlaşdırılması üçün Azərbaycanda görülən işlərdən xəbər tutsunlar. Yaradıcı işçilərdən ibarət briqadalar da ön cəbhəyə göndərilirdi. Rza Quliyev, Azərbaycan ədəbiyyatının parlaq nümayəndələri Mir Cəlal və Mirzə İbrahimov da əyinlərinə hərbi forma geyinərək belə briqadaların birinə daxil oldular. Mənfur düşmənlə cəbhələrdə vuruşan azərbaycanlı döyüşçülərlə görüşlərdə onlar qələbə gününü yaxınlaşdırmaq üçün yorulmadan çalışan xalqımızın əmək nailiyyətləri barədə danışırdılar.

Böyük Vətən müharibəsi illərində 1941-ci ilin sentyabr ayından 1946-cı ilin may ayına qədər Sovet İttifaqı İran ərazisində öz qoşunlarını saxlayırdı. O vaxt Rza Quliyevə xüsusi tapşırıq verilmişdi: 1944-1946-cı illərdə üç dildə - Azərbaycan, rus və fars dillərində çıxan “Vətən uğrunda” adlı ordu qəzetinə rəhbərlik etmək. Rza Quliyevin şagirdi, istedadlı jurnalist Rəşid Mahmudov onun haqqında xatirələrində yazır ki, Rza Quliyev sovet xalqının böyük qələbəsinə töhfə verməsinə görə fəxr edirdi.

Təbrizdən qayıdandan sonra Rza Quliyev o vaxt AzTAQ adlanan Azərbaycan Dövlət Teleqraf Agentliyinə rəhbərlik edir. Müharibədən sonrakı illərdə bütün ölkə yenidən qurulurdu, yeni dövr başlanırdı. Belə dönüş dövründə Dövlət Teleqraf Agentliyinin rəhbəri vəzifəsinə məhz Rza Quliyev kimi - zamanın sınağından çıxmış istedadlı, yorulmaz jurnalisti, bacarıqlı təşkilatçısını təyin edə bilərdilər. O, AzTAQ-a rəhbərlik etdiyi dövrdə həmin illərdə respublikamızda sayı çox az olan milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi.

Sonra bir müddət Azərbaycan KP MK-nın orqanı olan “Təşviqatçı” - “Agitator” jurnalına rəhbərlik edir, daha sonra yenidən o vaxt Azərbaycanın əsas qəzeti sayılan “Kommunist” qəzetinin redaktoru vəzifəsində çalışır. İstedadlı jurnalist və publisist Rza Quliyev eyni zamanda bir neçə il ərzində Moskvada çıxan “Literaturnaya qazeta”nın Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.

Rza Quliyev Azərbaycan jurnalistikasının inkişafı üçün çox iş görmüşdür. Rəşid Mahmudov yazır: “Mənim 45 illik jurnalist bioqrafiyamın 20 ili “Kommunist” qəzetində işlədiyim vaxta düşmüşdür. Sonradan bu nəşrin redaktoru olmuşam. Bu, ilk növbədə onun sayəsində oldu ki, bu peşəni mənə Rza Quliyev öyrətmişdir”.

Rza Quliyevin digər şagirdi Kazım Ələkbərov “Gözəl insan, görkəmli jurnalist” sərlövhəli məqaləsində yazır: “Onun redaktor olduğu illərdə redaksiyanın yaradıcı heyəti gənc, istedadlı jurnalistlər hesabına xeyli möhkəmləndi, qəzetin səhifələrinə yeni mövzular çıxarıldı. Qəzetin keyfiyyəti yaxşılaşdı, tirajı artdı. Redaktor qəzetin tərtibatına diqqəti artırdı. Redaksiyaya istedadlı gənc fotomüxbirlər, rəssamlar cəlb olundu”.

K.Ələkbərov vurğulayır ki, Rza Quliyev hamıya eyni cür yanaşırdı - ciddi və eyni zamanda qayğıkeş idi, tənbəlləri xoşlamırdı, tələb edirdi ki, jurnalistlər hadisələrin içində olsunlar.

Rza Quliyevin digər şagirdi, jurnalistika fakültəsində mənim müəllimim olmuş yazıçı-jurnalist Nurəddin Babayevin xatirələri də çox maraqlıdır. O yazırdı ki, Rza Quliyev zəngin təcrübəsini redaksiyanın jurnalistləri ilə səxavətlə bölüşürdü. Bir jurnalist kimi R.Quliyev həm qəzetin məzmununa, həm də onun tərtibatına xüsusi fikir verərdi. Rza müəllimdə hadisələrin axarını qabaqcadan duymaq qabiliyyəti var idi. Onun yazdığı məqalələrdə qaldırılan məsələlər çox keçməmiş mühüm partiya və dövlət qərarlarında öz əksini tapırdı. Onun həyatı bu günün jurnalistləri üçün örnək olmalıdır. O, həmişə deyərdi: “Sən vəzifəni yox, vəzifə səni axtarmalıdır. Vəzifə səni deyil, sən vəzifəni şöhrətləndirməlisən”.

Bir vaxtlar onunla işləyənlərin hamısı öz xatirələrində qeyd edirlər ki, Rza Quliyev nə qədər ciddi idisə, bir o qədər də ədalətli, xeyirxah insan idi, özü də bu xeyirxahlıq üzəvarı deyil, onun daxilindən gələn həqiqi hisslər idi.

Rza Quliyev Azərbaycan jurnalistikasının tarixinə və nəzəriyyəsinə, respublikanın ictimai-siyasi və mədəni həyatında bu gün də aktual olan məsələlərə həsr edilmiş 20-dən çox kitabın müəllifidir.

Gənc, istedadlı və perspektivli jurnalist bir müddətdən sonra partiya işinə irəli çəkilir - onu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin edirlər.

1948-ci ildə Rza Quliyev Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin rəyasət heyətinin sədri vəzifəsinə təyin edilmiş, düz 27 il bu vəzifədə işləmişdir. Moskvada yaxşı əlaqələri olan, xarici ölkələrlə mədəni əlaqələri bacarıqla nizamlayan Rza Quliyev çalışırdı ki, ölkəmizi hər yerdə çox tanısınlar, dünyanın qədim xalqlarından birinin mədəniyyəti və incəsənəti haqqında həqiqəti bilsinlər. Bir sıra ölkələrdə səfərlər zamanı o, öz ictimai işini jurnalist fəaliyyəti ilə əlaqələndirirdi, özü ilə respublikamızın həyatı, Azərbaycan xalqının mədəniyyəti, tarixi haqqında materiallar aparırdı. Həmin materialları bu ölkələrin kütləvi informasiya vasitələrinə təqdim edir, orada dərc etdirir, beləliklə, Azərbaycanı bütün dünyada populyarlaşdırır və təbliğ edirdi.

Bu vəzifədə o, beynəlxalq mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə vermişdir. Rza Quliyevin sayəsində bu cəmiyyət kiçik bir təşkilatdan beynəlxalq əhəmiyyətli nüfuzlu quruma çevrilmişdir. Onun həmin quruma rəhbərlik etdiyi dövrdə bir sıra xarici dövlətlərlə Azərbaycanın əlaqələri genişlənmişdir. Rza Quliyevin səyləri sayəsində xarici ölkələrdə - Avropa və Asiya dövlətlərində, hətta uzaq Kuba və Meksikada tez-tez Azərbaycan mədəniyyəti dekadaları keçirilirdi. Bu dekadalarda iştirak edən geniş nümayəndə heyətlərinin tərkibinə daxil edilən Azərbaycan mədəniyyətinin və incəsənətinin ən layiqli nümayəndələri xalqımızın mədəniyyətini bütün dünyaya nümayiş etdirirdilər. Azərbaycan incəsənət ustaları ən məşhur konsert zallarında çıxış edir, Azərbaycan rəssamlarının və fotoqraflarının əsərləri dünyanın tanınmış sərgi salonlarında nümayiş etdirilirdi.

Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin keçmiş işçiləri Rza Quliyevi belə xatırlayırlar: “O, zahirən çox sərt, əslində isə olduqca sadə, təvazökar, qayğıkeş və mədəni adam idi. İşçilərinin qeydinə qalmaq onun əsas meyarı idi, onlar üçün nə mümkündürsə edirdi. Rza Quliyev çox humanist və öz xalqını sevən adam idi. Buna görə də çoxlu dostları vardı. Bizim cəmiyyətə kimlər gəlmirdi - Əliş Ləmbəranski, maestro Niyazi, Şəmsi Bədəlbəyli, Şəfaət Mehdiyev, Abbas Zamanov, Əlisöhbət Sumbatzadə, Rəşid Behbudov, Nəcməddin Əhmədov və başqaları... Rza Quliyev çay süfrəsi başında söhbət etməyi sevirdi, milli şirniyyatlarımızı çox xoşlayırdı”.

Rza Quliyevin oğlu Ramiz müəllim lütfkarlıq göstərərək məni atasının yaşadığı evə dəvət etdi. Bu mənzildə keçən illərin aurası hələ də duyulur. Bu evin qapıları qonaqların üzünə həmişə açıq olub. Akademiklər Mustafa Topçubaşov, Həsən Əliyev, Mirməmməd Cavadzadə, jurnalist və alim Nəsir İmanquliyev, yazıçı Əli Vəliyev, bəstəkarlar Arif Məlikov və Fikrət Əmirov, dahi ifaçılar Rəşid Behbudov və Zeynəb Xanlarova, rəssam Hüseyn Əliyev, şair Teymur Elçin və Azərbaycan ziyalılarının bir sıra digər parlaq nümayəndələri bu qonaqpərvər evə gələrdilər. Mənzilin divarlarında çoxsaylı rəngkarlıq əsərləri görəndə maraqlandım: “Sizlərdən kimsə rəssamdır?”. Ramiz Quliyev cavab verdi ki, bu əsərləri Azərbaycan rəssamları onun atasına hədiyyə ediblər. Həmin rəsm əsərləri arasında Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Tahir Salahov və digər görkəmli Azərbaycan rəssamlarının işləri də vardır.

Rza Quliyev dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, vətən qarşısında xidmətlərinə görə orden və medallara, habelə xarici ölkələrin orden və medallarına layiq görülmüş, iki dəfə Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatı ilə təltif edilmişdir. Sovet Sülhü Müdafiə Komitəsinin üzvü, SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ Xalqlarının Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəyasət heyətinin üzvü idi.

Rza Quliyev 1977-ci il iyunun 4-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

Hələ neçə onilliklər keçəcək, lakin Rza Quliyevin Azərbaycan jurnalistikasının və ictimai-siyasi həyatının tarixinə qızıl hərflərlə yazılmış adı Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. Hələ jurnalistlərin neçə nəsli Azərbaycan jurnalistikasının tarixinə və nəzəriyyəsinə dair Rza Quliyevin yazdığı kitab və dərsliklərdən bəhrələnəcəklər.

Laçın Sultanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir