RƏSMİ XRONİKA
ORLİ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Fransa Respublikasına səfərə gəlmişdir.
Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı təyyarənin pilləkəni yanında Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.
Azərbaycan Prezidenti motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.