ELM VƏ TƏHSİL
ÖRNƏK OLMAĞA LAYİQ ŞƏXSİYYƏT
AZƏRTAC xəbər verir ki, aprelin 23-də Sumqayıt Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin dərnəklərində və studiyalarında məşğul olan şəhər məktəbliləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş böyük proqram təqdim etmişlər.
Mərkəzin sərgi salonunda gənc rəssamların bu mövzuda rəsmləri nümayiş etdirilmişdir.
Akt salonunda keçirilən tematik gecədə məktəblilər maraqlı bədii proqramla çıxış etmişlər. Uşaqlar dahi lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, dünya şöhrətli siyasi xadimlərin bu dahi şəxsiyyət barədə söylədikləri fikirləri misal gətirmişlər. Vətən və ulu öndər barədə şeirlər səslənmişdir.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev iştirak etmişdir.
######
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]