Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Orta Dəhliz Azərbaycanın iqtisadi inkişafına təkan verəcək

Orta Dəhliz Azərbaycanın iqtisadi inkişafına təkan verəcək

Marşrutun Azərbaycan üzərindən keçməsi həm də ölkəmizə siyasi zəmanət qazandıracaq

Tehran, 3 dekabr, AZƏRTAC

Müasir dünyada iqtisadi inkişafı nəqliyyatsız və logistikasız təsəvvür etmək mümkün deyil. Azərbaycanın Asiya ilə Avropa arasında yerləşməsi onun tranzit potensialını artırır. Beynəlxalq ekspertlərin proqnozuna əsasən, yaxın 10 ildə Asiya ilə Avropa qitələri arasındaki ticarət dövriyyəsinin həcmi 650-700 milyard dollara çatacaq. Bu həcmin 10 faizi Azərbaycan üzərindən daşınsa, hər il büdcəyə 3-3,5 milyard dollar daxil olacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev dünyada cərəyan edən prosesləri düzgün qiymətləndirərək qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayır və Azərbaycanı qitələr arşındakı nəqliyyat dəhlizlərinin mərkəzinə çevirməyə çalışır ki, bu da tam real iqtisadi siyasətdir. Orta Dəhlizin marşrutuna baxsaq, bu reallığın nədən ibarət olduğunu görərik: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa. Çinin ildən-ilə böyüyən iqtisadiyyatı, istehsal potensialı, nəhəng insan resursu və digər amillər gələcəkdə onu dünyanın 1 nömrəli böyük iqtisadi qüdrətə malik olan dövlətinə çevirəcək.

Bu gün təkcə Çin ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi 450 milyard dollardan çoxdur. Yüklərin Çinin cənubundakı limanlardan Avropaya göndərilməsi və əks istiqamətdə daşınması çox vaxt aparmaqla yanaşı, həm də baha başa gəlir. Gəmilər Süveyş kanalı və Cəbəllütariq boğazından keçərək Avropaya gedir. Demək olar ki, bu gəmilər dünyanın yarısını dolanaraq yükləri mənzil başına olduqca gec çatdırır və onlarla gömrük rəsmləşdirilməsi, eləcə də milyonlarla dollar rüsum və tranzit haqqı ödəmək məcburiyyətində qalır. Dəniz quldurları, fırtınalar və digər təhlükəsizlik məsələlərini də nəzərə alsaq, Orta Dəhlizin nə qədər əhəmiyyətli olduğunu görərik. Orta Asiya respublikalarının, Türkiyə və Şərqi Avropa dövlətlərinin də bu layihəyə maraq göstərmələri təsadüfi xarakter daşımır. Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bu məsələ barədə fikirlərini belə ifadə edib: “Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçündür. Beləliklə, biz Azərbaycan ərazisindən yükdaşımaların sürətlə artmasını gözləyirik və buna hazırıq”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə Orta və Şərq-Qərb dəhlizlərinin daha əhatəli olması üçün böyük zəmin yaradıb. Azad olunan ərazilərdə hava limanları, magistral yollar və digər nəqliyyat infrastrukturları yaradılıb ki, bütün bunlar ölkəmizin gələcək iqtisadi inkişafı üçün təməl rolunu oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi yaratmaq və bu istiqamətdə atdığı addımlar da Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa nəqliyyat dəhlizinin əsasını təşkil etmək üçündür.

Nəzərə çatdıraq ki, bu marşrutun Azərbaycandan keçməsi iqtisadi inkişafa böyük təkan verəcək. Beynəlxalq əhəmiyyətli şirkətlərin və nüfuzlu dövlətlərin yükləri ölkəmizin üzərindən daşınacağı təqdirdə burada texniki xidmət sahələri, iri şirkətlərin nümayəndəlikləri yaradılacaq. Bu isə yeni iş yerləri və əhalinin sosial vəziyyətinin daha da yüksəlməsi deməkdir. Ən başlıcası isə dəhlizin Azərbaycan üzərindən keçməsi həm də ölkəmizə siyasi zəmanət qazandıracaq. Yükləri Azərbaycandan keçən həm Avropa, həm də Asiya dövlətləri, transmilli korporasiyalar, iri bizneslə məşğul olan şirkətlər ölkəmizdə daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Beynəlxalq siyasi arenada rəsmi Bakının mövqeyi həmişə müdafiə olunacaq.

Bu gün dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini tələb edir. Prezident İlham Əliyevin beynəlxalq nəqliyyat dəhlizlərinə xüsusi diqqət ayırmasının əsasında dayanan amil ondan ibarətdir ki, Azərbaycan logistika və tranzit mərkəzinə çevrilsin. Bu amil dövlət büdcəsinə əlavə vəsait gəlməsi ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq. Beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasında Azərbaycanın əhəmiyyətli rol oynaması onun qlobal iqtisadiyyata daha səmərəli inteqrasiyasına, qeyri-neft sektorunun inkişafına, modernləşməyə, iqtisadi islahatların sürətlənməsinə də impuls verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO