İQTİSADİYYAT
Ötən həftə ərzində ölkədə 14 kənd və 28 yaşayış massivində qazlaşdırma işləri aparılıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Ötən həftə ərzində (avqustun 28-dən sentyabrın 3-dək) SOCAR “Azəriqaz” İB tərəfindən 14 kənd və 28 yaşayış massivində qazlaşdırma işləri aparılıb. Qazpaylayıcı şəbəkəyə qəbul edilmiş təbii qazın həcmi 74 008 411 kubmetr təşkil edib.
İB-dən AZƏRTAC-a bildirilib ki, həftə ərzində paytaxt və regionlar üzrə qaz kəmərlərinin əsaslı təmiri ilə bağlı quraşdırılmış qaz kəmərlərinin uzunluğu 8 700 metr təşkil edib. Paytaxt və regionlar üzrə 7 800 metr yeni qaz kəmərləri çəkilib. Həftə ərzində 3542 sayğac yenisi ilə əvəzlənib.
Qeydiyyata alınmış yeni əhalinin sayı 1529, qeyri-əhalinin sayı isə 36 olub. “Azəriqaz” İB tərəfində 6 aksiya və görüş keçirilib.
Məlumata əsasən, “104/185” Çağrı mərkəzinə 13 839 müraciət daxil olub. Müraciətlər əsasən qaz sayğacları və kartlarla bağlı olub.
Qeyd olunub ki, “ASAN kommunal” və “ASAN xidmət” mərkəzlərinə 9 747 müraciət daxil olub. Bunlardan 9 682 müraciət öz həllini tapıb.