İQTİSADİYYAT
Ötən il Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 19,9 milyon kubmetr qaz olub
Bakı, 21 fevral, AZƏRTAC
2016-cı ildə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 19,9 milyon kubmetr qaz olub. İl ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat və 974 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə AZƏRTAC-a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Qeyd edək ki, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator - 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]