RƏSMİ XRONİKA
PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB PƏRVİZ MÜŞƏRRƏFƏ
Ravalpindi şəhərində törədilmiş amansız terror aktı nəticəsində Pakistan Xalq Partiyasının lideri, görkəmli siyasi xadim, ölkənizin keçmiş baş naziri xanım Bənazir Bhuttonun və çoxlu sayda insanın həlak olması xəbəri bizi hədsiz dərəcədə kədərləndirdi.
Bu dəhşətli hadisə terrorizmə qarşı mübarizədə bütün qüvvələrin səfərbər olunması, bəşəriyyət üçün daim təhlükə mənbəyi olan bu bəlaya qarşı birgə səylər göstərilməsi zərurətini bir daha təsdiqləyir.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 dekabr 2007-ci il.