DÜNYA
Paraqvayda hərbi helikopter qəzaya uğrayıb
Bakı, 22 noyabr, AZƏRTAC
Paraqvay Hərbi Hava Qüvvələrinin Narkotik Vasitələrlə Mübarizə İdarəsi (SENAD) ilə çalışan helikopteri ölkənin şərqində yerləşən Pedro-Juan-Kabalyero şəhərində qəzaya uğrayıb.
AZƏRTAC “ABC Color” nəşrinə istinadla xəbər verir ki, helikopter anbarın üzərinə düşüb və bina ilə birgə yanıb. Yerli yanğınsöndürmə idarəsi alovla mübarizə üçün qonşu Braziliyadan yardım istəyib.
İnsident zamanı helikopterin göyərtəsində on nəfər, o cümlədən Paraqvay Hərbi Hava Qüvvələrinin ilk qadın pilotu Lilian Moskeyra olub. Onların heç biri ciddi xəsarət almayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2024 [14:24]
NATO ABŞ-dan Avropaya qoşun gətirmək üçün plan hazırlayır
- 04.06.2024 [13:24]
Hindistan parlamentinə seçkilərdə Modinin tərəfdarları liderlik edir
- 04.06.2024 [12:31]
II Ramzesin sarkofaqının sirri açılıb
- 04.06.2024 [12:24]
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub VİDEO
- 04.06.2024 [12:16]
Yaponiya imperatoru bu ayın sonunda Britaniyaya səfər edəcək
- 04.06.2024 [11:52]
Türkiyədə insan qaçaqçılığı ilə məşğul olan 63 nəfər saxlanılıb
- 04.06.2024 [11:42]