Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

PAŞA Kapital: İndiki dövrdə insanlar qiymətli kağızlara daha çox sağlam investisiya aləti kimi baxırlar

PAŞA Kapital: İndiki dövrdə insanlar qiymətli kağızlara daha çox sağlam investisiya aləti kimi baxırlar

Bakı, 2 iyun, AZƏRTAC

"PAŞA Kapital İnvestisiya Şirkəti"nin direktor müavini Mirsəyyad Mahmudov Azərbaycanda qiymətli kağızlar bazarında baş verən dəyişikliklərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

-Mirsəyyad müəllim, uzun müddət idi ki, qiymətli kağızlar bazarında aktivlik aşağı səviyyədə idi. Bazarda əksər əməliyyatlar əsasən bu sahədən məlumatlı olan azsaylı insanlar arasında baş tuturdu. İndi necə, bazar aktivləşibmi?

- Qeyd etdiyiniz kimi, əsas iştirakçılar uzun müddətdən bəri bazarı tanıyıb-bilənlərdən, əksər hallarda banklar və digər maliyyə institutlarından ibarət idi. Bazarda aparılan əməliyyatların böyük hissəsi bu müştərilərin payına düşürdü. Lakin daha sonra iqtisadiyyatımızda baş verən son dəyişikliklər, devalvasiya, bir neçə bankın bağlanması və bəzi insanların orda vəsaitlərini itirməsindən sonra insanlar alternativ investisiya alətlərini araşdırmağa və alternativ investisiya imkanlarına üstünlük verməyə başladılar. Bu yolla onlar öz risklərini diversifikasiya etmək istədilər və klassik bank məhsullarına alternativ axtarmağa başladılar. Bu zaman da qiymətli kağızlar bazarı bir növ populyarlaşmağa başladı. Lakin vəziyyət hələ arzuolunan səviyyədə deyil. Qiymətli kağızlar bazarında son illər müəyyən dəyişikliklər baş verir və yeni iştirakçılar bazara yavaş-yavaş gəlməyə başlayır.

-Sizcə bu aktivləşmənin səbəbi nədir?

-Bu aktivləşmənin səbəbi, iqtisadiyyatın inkişafı, inkişafın yeni fazaya keçməsi və insanların artıq klassik bank məhsullarından deyil, daha alternativ, daha gəlirli, daha az riskli və yaxud da özlərinin idarə edə biləcəyi məhsullara maraq və tələbatın yaranmasından irəli gəlib.

-Qiymətli kağızların alıcıları əsasən kimlərdir? Əməliyyatlar kimlər arasında daha çox baş tutur - fiziki şəxslər, yoxsa hüquqi şəxslər?

-Hələ də qiymətli kağızlar bazarının ən aktiv iştirakçıları əsasən bank olmayan maliyyə institutlarıdır. Amma sevindirici hal ondan ibarətdir ki, onların aktivliyi, bazar payları getdikcə azalmağa başlayır. Bazara fiziki şəxslər də daxil olmağa başlayıb artıq, qeyri-maliyyə qurumlarının da marağı yaranmaqdadır. Onlar bank məhsullarını və qiymətli kağızların onlara verdiyi gəlirləri və imkanları açıq şəkildə müqayisə edir, yavaş-yavaş da bu bazara daxil olmağa başlayırlar.

-Hazırda qiymətli kağızlar bazarında ən çox alınıb-satılan kağız hansıdır?

-Xarici valyutada bu SOCAR istiqrazlarıdır, milli valyutada isə Maliyyə Nazirliyinin buraxdığı istiqrazlardır.

-Qeyd etdiniz ki, SOCAR istiqrazları xarici valyutada ən çox alınıb-satılan kağızdır. Sizcə, bu istiqrazlara olan marağın başlıca səbəbi nədir?

-Bu kağızlar ölkənin aparıcı şirkətinə məxsusdur və səhv etmirəmsə, yerli bazarda reytinqli və qeyri-maliyyə qurumu olan heç bir şirkət istiqraz emissiya etməmişdi. SOCAR-ın bu formada xarici valyutada istiqraz buraxması bazarda müəyyən dəyişikliklər yaratdı. Belə ki, banklarda və digər maliyyə qurumlarında çox böyük dollar likvidliyi var idi və buna görə də dollar depozitlərinin faizi çox aşağı idi. Bu zaman SOCAR istiqrazları meydana çıxdı və bazara daxil oldu. Onlar bazarın böyük hissəsini, hüquqi və fiziki şəxsləri özlərinə cəlb etməyi bacardılar. SOCAR istiqrazlarının əsas üstünlükləri ondan ibarətdir ki, bu alət dollarda buraxılıb, kifayət qədər yüksək gəlirlilik təklif edir və likvidliyi təmin olunur. Yəni, insanlar istiqrazın müddətinin 5 il olmasına baxmayaraq, qısamüddətli investisiyalarını SOCAR istiqrazları vasitəsilə həyata keçirə bilirlər.

-SOCAR istiqrazlarının əsas üstünlükləri, onları başqa alətlərdən fərqləndirən əsas cəhətləri hansılardır?

-Qeyd etdiyim kimi, onun likvidliyi. Bazarda likvid alətlər olub, amma praktikada SOCAR-ın likvidliyinin fərqliliyi ondan ibarətdir ki, SOCAR investorlarına istiqrazları nominaldan daha aşağı qiymətlə almayacağına dair təminat verib. Bu da insanlarda ciddi bir rahatlıq yaradır. Əsas fərqlərindən biri budur. Əlavə olaraq, təbii ki, dollarda yüksək gəlirlilik təklif etməsi.

Adətən hansısa emitent valyutada yüksək gəlirlilik təklif edirsə, o zaman ortada iki hal var deməkdir: ya bu, çox qeyri-sağlam emitentdir, təcili şəkildə vəsaitə ehtiyacı var və bu formada insanlardan vəsait cəlb etmək istəyir, ya da ki, bu, çox sağlam emitentdir. Sağlam emitentlər adətən aşağı faizlə istiqraz buraxırlar. SOCAR istiqrazlarının yüksək faizli olması isə onları daha cəlbedici edir. Baxmayaraq ki, arqumentlər ola bilər ki, bu uzunmüddətli istiqrazlardır, yüksək faizlə olması normaldır. Lakin SOCAR-ın geri alış qarantiyası verməsi müddət arqumentini aradan qaldırır. Ona görə belə düşünmək olar ki, SOCAR bir növ bazarın inkişafı üçün öz maddi maraqlarının müəyyən hissəsini bazara qurban verib.

-Qiymətli kağızlara investisiya edənlərin əsas məqsədi pullarını artırmaqdan ibarətdir, yoxsa pullarını etibarlı yerdə saxlamaq?

-Siz bu sualı mənə 6 ay əvvəl versəydiniz, deyərdim ki, sadəcə pullarını saxlamaq. Lakin indiki dövrdə müəyyən stabillik yarandığı üçün insanlar qiymətli kağızlara hazırda daha çox sağlam investisiya aləti kimi baxırlar. Onlar təbii ki, bu sahədə investisiya edib öz kapitallarını etibarlı surətdə saxlamaq və gəlir əldə etmək istəyirlər. Yəni, gəlir qazanmaq məqsədi də var investorlarda.

-Ümumiyyətlə, qiymətli kağızlar bazarında əsas risklər hansılardır?

-Qiymətli kağızlar bazarının əsas riskləri dedikdə, bunun digər maliyyə qurumlarına, banklara edilən investisiyalardan heç bir fərqi yoxdur. Riskin dərəcəsi sadəcə olaraq sizin investisiya elədiyiniz qurumun reytinqindən asılıdır. Ona görə də hər hansısa yerə investsiya etməzdən əvvəl düzgün insanlarla danışıb, düzgün analizlər aparmaq lazımdır və çalışmaq lazımdır ki, maliyyə savadlılığına diqqət yetirilsin, şirkətin imici haqqında araşdırmalar aparılsın. Başqa qeyri-adi bir risk yoxdur, təbii ki, əgər bu törəmə alətlər ilə ticarət deyil və birbaşa investisiya borc alətləridirsə, yaxud da kapital investisiyalarıdırsa, o zaman bu sadəcə borc verdiyiniz şirkətin riskidir.

-Sizcə, əhalinin qiymətli kağızlara marağını artırmaq üçün hansı addımlar atılmalıdır və hansı qiymətli kağızların buraxılması daha məqsədəuyğun sayılır?

-Bazara marağın artırılması üçün ilk növbədə əhalini, investorlarımızı bazar haqqında məlumatlandırmaq lazımdır. Bazar haqqında, insanların məlumatları artır, SOCAR-ın apardığı marketinq siyasətində müəyyən maarifləndirmə işləri oldu, amma bu kifayət deyil. Daha çox maariflənmə olmalıdır, daha çox məlumat verilməlidir insanlara, üstünlükləri göstərilməlidir bu bazarın. O ki qaldı emitentlərə, hazırda, mənim fikrimcə, valyutada və yaxud manatda qısa və ya ortamüddətli emitentlərin bazara gəlməsi bazarın inkişafı üçün daha yaxşı olardı, bazarın inkişafı üçün müəyyən təkan vermiş olardı bu hadisə. Qeyd etdiyimiz kimi, hazırda iki aktiv istiqraz, iki aktiv emitent var: bunlar Maliyyə Nazirliyi və SOCAR-dır. Bu iki emitent, təbii ki, bazarda müəyyən aktivlik yaradırlar, lakin bu kifayət deyil. Təkmil bazarın olması üçün gərək onlara alternativlər təqdim olunsun və insanlar başa düşsün ki, mən pulumu A və yaxud B şirkətinə investisiya edəndə nə əldə edəcəm, risklərim nədir. Çünki insanlar klassik bank məhsullarına müraciət etdikdə onların alternativləri olur, ona görə ki, bazarda bir çox banklar var. Amma qiymətli kağızlar bazarında çərçivə bir az daralır. Burda, düzdür, kifayət qədər cəlbedici gəlirlilik olsa da, seçim azdır. Bu, sadəcə Maliyyə Nazirliyi və SOCAR-dır. Ona görə də bazarda başqa emitentlərin, SOCAR kimi qeyri-maliyyə qurumlarının olması arzuolunandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib VİDEO

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib