SİYASƏT
PAVLOQRAD AZƏRBAYCANLILARI XEYİRXAH İŞLƏRİ İLƏ HÖRMƏT QAZANMIŞLAR
Bu günlərdə Dnepropetrovsk vilayətindəki Pavloqrad şəhərinin meri İ.Metelitsanın Ukrayna Azərbaycanlıları Konqresi regional şöbəsinə daxil olan Pavloqrad rayon təşkilatının fəalları ilə görüşü olmuşdur.
İ. Metelitsa valideyn himayəsindən məhrum olan yetim uşaqlara, əlil uşaqlara, yardıma ehtiyacı olanlara göstərdikləri diqqət və qayğıya görə soydaşlarımız Maqsud Şükürova, Cümşüd və Arif Mirzəyevlərə, İbrahim Sarıyevə, Bağır Əkbərova, Aydın Ələkbərova, Qafar Qəribova şəxsən təşəkkür etmişdir.
8 nömrəli uşaq evini, mərkəzi şəhər xəstəxanasının uşaq şöbələrini, Pavloqrad islah düşərgəsini hamiliyə götürmüş həmyerlilərimiz onları ərzaq, mebel, elektrik malları və s. ilə təmin edir, uşaqlar üçün bayramlar keçirirlər.
Uşaqlar qayğıkeş hamilərini tanıyır və onların gəlişini böyük intizarla gözləyirlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev