ELM VƏ TƏHSİL
Peşə təhsili istiqamətində əməkdaşlıq əlaqələri genişləndirilir
Bakı, 24 dekabr, AZƏRTAC
Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İ Service” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, razılaşmaya əsasən mərkəzin mobil telefonların təmiri ustası ixtisası üzrə təhsil alan 12 tələbəsi dual təhsil proqramına uyğun olaraq, müəssisədə keçirilən nəzəri dərslərlə yanaşı, həftədə iki dəfə olmaqla işəgötürən şirkətdə təcrübəyə cəlb edilir. Sözügedən sahə üzrə praktiki bacarıqların öyrədilməsi işəgötürənin yerli mütəxəssislərinin birbaşa nəzarəti altında aparılacaq.
Razılaşma çərçivəsində, həmçinin mobil telefonların təmiri ustası ixtisası üzrə məzun olan şəxslərin işlə təmin olunmasına dəstək verilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [13:24]
Türkiyəli incəsənət nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində
- 01.05.2024 [13:05]
BMU məzunları ilə tələbələrin görüşü təşkil olunub
- 01.05.2024 [12:53]