Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Polkovnik Abdulla Qurbani: Qardaş Türkiyənin “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının beynəlxalq brendə çevrilməsi Azərbaycandan start götürür

Polkovnik Abdulla Qurbani: Qardaş Türkiyənin “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının beynəlxalq brendə çevrilməsi Azərbaycandan start götürür

Bakı, 26 may, AZƏRTAC

Bu gün doğma Azərbaycanımız üçün əlamətdar, qürurverici bir gündür. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı Qələbə əhval-ruhiyyəsi ilə yaşayan, böyük gələcəyə daha nikbin ümidlərlə baxan Azərbaycan xalqının, eləcə də qardaş Türkiyənin, dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızın, dünya azərbaycanlılarının diqqəti indi doğma Bakımızdadır. Paytaxtımız bu gündən başlayaraq mayın 29-dək şüarı “Bir millət, iki dövlət, tək festival” olan “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi edəcək.

Festival çərçivəsində Azərbaycan və türk pilotların iştirakı ilə keçiriləcək aviaşounun aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında bildirib: “1918-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azadlıq meydanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş hərbi paradda, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında yenə bir yerdə idik. Bu gün də Bakıda Türkiyə və Azərbaycanın qardaşlığının daha da möhkəmlənməsinin, qüdrətlənməsinin təcəssümü olan böyük bir bayramın şahidləri və iştirakçılarıyıq.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Texnoloji Takımı” - T3 vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu gün Bakımızda təntənəli açılışı olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı sayca beşinci olmaqla yubiley festivalıdır”.

Polkovnik A.Qurbani qeyd edib ki, paytaxtımızdakı məşhur “Crystall Hall”da və Dənizkənarı Bulvar ərazisində keçirilən möhtəşəm festivalın təşkilatçısı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və “Türkiyə Texnoloji Taqımı” - T3 Vəqfidir. Belə bir əhəmiyyətli yubiley tədbirinin Türkiyənin hüdudlarından kənarda - Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. “TEKNOFEST”in beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürəcək. Dörd gün davam edəcək festivalda ümumilikdə 200 mindən çox tamaşaçının və dünyanın 33 ölkəsindən 500-ə yaxın əcnəbinin iştirakı gözlənilir. Festivalın ilk günündəki böyük qələbəlik təsdiq edir ki, iştirakçıların sayı daha da artacaq.

A.Qurbani qeyd edib ki, festival çərçivəsində 8 texnologiya müsabiqəsi keçiriləcək. Pilotsuz uçuş aparatları, model peyk, planer, “Baku skills” (3D çap), aqrar texnologiyalar, robototexnika, sosialyönümlü texnologiyalar, “Yaşıl” texnologiyalar müsabiqələrində texnoloji biliklərini və məharətlərini sınayan 5 mindən çox gənci birləşdirən, 1000 komandadan seçilən 1000 nəfərlik 170 komanda final mərhələsində qələbə uğrunda mübarizə aparacaqlar.

“Bu festivalın keçirilməsi həm də vacib bir məqsədə xidmət edir - yerli innovativ texnologiyaların inkişaf etdirilməsi və ölkənin xarici texnologiyalardan asılılığının əhəmiyyətli dərəcədə azalmasına nail olmaq”, - deyən polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, festival çərçivəsində “Take-off startap” sammiti, “Smart Qarabağ” hakatonu, Türk Dövlətləri Təşkilatlarına üzv dövlətlərin İKT üzrə nazirlərinin toplantısı, kiber-oyunlar üzrə Avropa kuboku və sərgilər də böyük marağa səbəb olacaq.

Sərgilərdə Azərbaycandan 14, Türkiyədən isə 48 dövlət qurumu, şirkətlər və universitetlər təşkil etdikləri stendlərin ekspozisiyası ilə tamaşaçıları tanış edəcəklər. Bu sərgilərdə texnoloji məhsul və həllər, eləcə də ali və ümumtəhsil müəssisələrində təhsil alan gənclərin hazırladıqları prototiplər, STEM layihələri nümayiş olunacaq.

Açıq ərazidə yerləşən statik məkanlarda pilotsuz uçuş aparatları, zirehli texnikalar və helikopterlər sərgilənəcək. Ziyarətçilər “Akıncı”, “Bayraktar-TB2”, “Harop”, “Hermes”, “Quzğun”, “Orbiter” kimi dronlara və zirehli texnikalara böyük maraqla tamaşa edəcəklər.

Aviaşou isə festivalın ən yaddaqalan hadisələrindən biri olacaq.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş ölkələrimizin pilotlarının iştirakı ilə keçiriləcək aviaşounun bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olacağını vurğulayan A.Qurbani deyib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edəcək. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gələcək və bu dəfə də tamaşaçıları heyrətləndirəcəklər.

Möhtəşəm Zəfər paradının da aparıcısı olmuş Abdulla Qurbani qeyd edib ki, “ay-ulduz”lu türk bayrağını dünyada, əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran Azərbaycanın milli şahinləri də öz məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran edəcəklər.

“Ulu öndər Heydər Əliyev hələ 25 il öncə Azərbaycan Təyyarəçilik Məktəbinin ilk məzunlarına xeyir-dua verərkən demişdi: “İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanın istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər. Artıq Ulu Öndərin arzuları, vəsiyyəti yerinə yetirilib, bu gün həm Ulu Öndərimizin, həm də şəhidlərimizin ruhları şaddır ki, Qarabağımız düşmən işğalından azad edilib”, - Abdulla Qurbani deyib.

Aviaşou haqqında danışan A.Qurbani əlavə edib ki, bu möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayacaq. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandıracaq.

Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayacaq.

MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdacaq və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid edəcək və əminik ki, bu göstərilər hər bir festival iştirakçısının böyük marağına səbəb olacaqdır.

Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları təəcübləndirəcək.

Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbaladır. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.

“TEKNOFEST Azərbaycan” festivalının təntənəli açılışına və festival çərçivəsində Azərbaycan və Türkiyə milli şahinlərinin təqdim edəcəkləri möhtəşəm aviaşounun başlanmasına sayılı dəqiqələr qalır. Festivala uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək