RƏSMİ XRONİKA
POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LEX KAÇİNSKİYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Polşa münasibətləri müvəffəqiyyətlə inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Dost ölkələrimizin həm ikitərəfli qaydada, həm də beynəlxalq, regional qurumlar və layihələr çərçivəsində əməkdaşlığı gündən-günə öz miqyasını artırmaqdadır.
Əminəm ki, əlaqələrimizin hərtərəfli genişləndirilməsi, birgə fəaliyyət zəminində nəzərdə tutduğumuz işlərin həyata keçirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Polşa xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 aprel 2008-ci il.