Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib [YENİLƏNİB] VİDEO

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin “Şahdəniz-2” üzrə vitse-prezidenti Yuan Dramond “Şahdəniz” layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, indiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Sonra Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı.

Bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Blok 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq. Blok “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumları tərəfindən inşa edilib. Tikinti işləri iki il davam edib. Bu dayaq bloku Xəzərdə ən çox dikboru sayına malikdir. Blokun konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi və payalarla quraşdırılması işləri diqqətlə planlaşdırılıb. Bu işlərin təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Dayaq blokunun tikintisi cədvələ uyğun tamamlanıb və 2016-cı il iyulun 29-da dənizə yola salınmaq üçün uğurla Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yanalma körpüsündə Xəzər Dəniz Gəmiçiliyinin STB-1 daşıma barjına yüklənib. Blok zavod ərazisində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə, bütövlüklə ölkə daxilində inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 5 mindən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Onu da deyək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib. Xəzərdə ən böyük dayaq bloklarından biri olan “Şahdəniz-2” dayaq blokları yerli şirkət olan “BOS Shelf”in üzv olduğu konsorsium tərəfindən Bakı dərin özüllər zavodunda inşa edilir. “BOS Shelf” BP-nin mərkəzləşmiş maddi-texniki və təchizat bazasını idarəetmə xidmətləri ilə təmin edən ilk yerli şirkətdir. Azərbaycanda ən yüksək dünya standartlarına uyğun qurulmuş özüllər də şirkət tərəfindən inşa olunur. Bundan başqa, şirkət yerli işçi qüvvəsindən istifadə etməklə Azərbaycanda ilk dəfə sualtı strukturların istehsalını həyata keçirir və fəaliyyətində dünyada ən yeni texnologiyalardan istifadə edir.

“Şahdəniz-2” və “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi” layihələrinin əsas töhfələrindən biri tikinti fazası ərzində minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80 faizdən çoxu Azərbaycan vətəndaşları olub.

Sonra Prezident İlham Əliyev SOCAR və bu layihənin əməliyyatçısı olan BP rəhbərliyi, “Şahdəniz” layihəsinin tərəfdaş şirkətlərinin, layihəni həyata keçirən konsorsiumun nümayəndələri və dayağı inşa edən işçi heyəti ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz “Şahdəniz-2” platformasının dayaq blokunu dənizə yola salırıq. Bu əlamətdar hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, tarixi hadisədir. “Şahdəniz” layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanmışdır və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir. “Şahdəniz-2” layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür.

Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da “Əsrin kontraktı”nın nəticəsidir. Çünki 1994-cü ildə imzalanmış “Əsrin kontraktı”nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. “Şahdəniz” layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. “Şahdəniz-2” layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq.

“Şahdəniz” və “Cənub Qaz Dəhlizi” layihələri dünyanın ən böyük enerji layihələrindəndir. “Cənub Qaz Dəhlizi”nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir.

“Cənub Qaz Dəhlizi” artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır.

Mən bu layihələrin icrası ilə bağlı görülən işlərdə SOCAR-ın və BP-nin rolunu xüsusilə qiymətləndirmək istəyirəm. SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir. İyirmi ildən çoxdur ki, bu əməkdaşlıq davam edir və bu, uğurlu əməkdaşlıqdır. Görülən və görüləcək işlər ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək işlər həm xarici tərəfdaşlar, xarici kompaniyalar, SOCAR və Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcəkdir.

Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı “Əsrin kontraktı”nın imzalanmasını təmin etmişdir. Mən də fəxr edirəm ki, o vaxt - 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları atıram.

Bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır. Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. 1996-cı ildə “Şahdəniz” layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki o vaxt dünyada və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı. Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.

Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara - Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf - xarici şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları öz mənfəətini götürür.

Mən sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Platformanın üst tikililəri gələn il istismara veriləcək. İnşallah, gələn il növbəti mərasimdə sizinlə görüşəcəyik. Bir daha təbrik edirəm.

 

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

 Tədbirin iştirakçıları ilə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Bu işlər başa çatandan sonra bizim işçilərimiz gərək növbəti layihələrdə iştirak etsinlər. Ona görə, siz gərək daim iş görəsiniz. Çünki bunlar neçə illərdir işləyiblər, təcrübə toplayıblar. Ona görə, bu işlər davam etdirilməlidir. Yəqin ki, bunu nəzərə alırsınız. Bu işlər gələcəkdə cədvəl üzrə təmin edilməlidir.

Rövnəq ABDULLAYEV: Dayanıqlı layihələr həyata keçirəcəyik.

Prezident İlham ƏLİYEV: Biz bu işi davam etdirməliyik. Birincisi, ona görə ki, iqtisadiyyatımız inkişaf etsin. İkincisi isə, bizim işçilər iş yeri ilə təmin olunsunlar.

Yuan DRAMOND: Biz tərəfdaşlığımızı davam etdiririk və birlikdə sıx əməkdaşlıq edirik. İşçilərin ümumi sayının 80 faizini azərbaycanlılar təşkil edir.

Prezident İlham ƏLİYEV (işçilərə müraciətlə): Siz necə, işinizdən razısınızmı?

İşçilər: Bəli razıyıq, çox sağ olun.

Rövnəq ABDULLAYEV: Cənab Prezident, bütün işçilərə ən müasir tələblərə uyğun hər cür şərait yaradılıb.

İmran ŞIXƏLİYEV (“BOS Shelf”in əməkdaşı): Cənab Prezident, “BOS Shelf” şirkəti olaraq biz Sizin qarşınızda söz veririk ki, bundan sonra da neft şirkətinin, xarici şirkətlərin, dünya ölkələrinin hər birinin bütün sifarişlərini yerinə yetirmək iqtidarındayıq və buna ekoloji cəhətdən tam hazırıq. Bir sözlə, Azərbaycan xalqının əmin-amanlığı, iqtisadiyyatın inkişafı üçün bütün qüvvəmizi sərf etmişik və bundan sonra da sərf etməyə hazırıq. Bizim kollektiv həmişə Sizin siyasətinizi dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Biz Sizinləyik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Yadımdadır, 1994-cü ildə “Əsrin kontraktı”nın danışıqları aparılarkən, biz kontraktın icrası ilə bağlı belə bir təklif irəli sürdük ki, tədricən Azərbaycan vətəndaşlarının payı artsın. Təxminən 20 faizdən sonda 80-85 faizə qədər biz bunu təmin etməyə çalışırdıq. Danışıqları Xoşbəxt müəllimlə bərabər aparırdıq. Bu gün bu, reallıqdır. Bunu 20 il bundan əvvəl təsəvvür etmək mümkün deyildi.

Xoşbəxt YUSİFZADƏ (SOCAR-ın birinci vitse-prezidenti): Bəli, cənab Prezident, bu, o vaxt heç insanın ağlına gəlməzdi.

Rövnəq ABDULLAYEV: Cənab Prezident, ən vacibi odur ki, artıq mühəndisliyin 100 faizi burada yerləşir.

Prezident İlham ƏLİYEV: O vaxt “Əsrin kontraktı” imzalanmasaydı indi nə olacaqdı? İş olmayacaqdı, təcrübə olmayacaqdı.

Xoşbəxt YUSİFZADƏ: Danışıqlar çox çətin gedirdi, cənab Prezident, bəzən inciyənlər, küsənlər olurdu.

Saliha DÜNDAR (“Türkiyə petrolları” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri): Cənab Prezident, biz də “Türkiyə petrolları” olaraq Azərbaycan üçün əlimizdən gələni etməyə hazırıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. “Türkiyə petrolları” “Şahdəniz” layihəsində ikinci səhmdardır.

Xoşbəxt YUSİFZADƏ: Cənab Prezident, “Şahdəniz” layihəsinin özü də çox mübahisəyə səbəb oldu.

Prezident İlham ƏLİYEV: Bəli, o ayrı hekayədir. “Şahdəniz” imzalananda bəziləri buna etiraz edirdilər. O vaxt Prezident Heydər Əliyev müşavirə keçirdi. Bizi də dəvət etdi - Xoşbəxt müəllimi, məni, digər vitse-prezidentləri. Hər birimizdən soruşdu ki, siz də deyin doğrudanmı biz bunu imzalamamalıyıq. O vaxt Azərbaycan rəhbərliyində bir nəfər var idi ki, buna etiraz edirdi. O, çoxdan Azərbaycandan qaçıb gedib. Ancaq o etirazın da səbəbi indi bəlli oldu. Yəni, onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi. O vaxt “Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açmışdı. Milli Məclisdə öyrədilmiş bəzi deputatlar, hökumətdə bəziləri layihənin əleyhinə çıxmağa başlamışdılar. Ulu öndər Heydər Əliyev, əlbəttə, yaxşı bilirdi ki, “Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq məsələni müzakirə etmək üçün bizim hamımızı dəvət etdi. Dövlət Neft Şirkətinin bütün rəhbərlərini, hökumətin, Milli Məclisin rəhbərlərini dəvət etdi ki, buyurun deyin nədir sizin iradınız. “Şahdəniz” layihəsinin əleyhinə ortaya heç bir arqument qoyulmadı. Biz hamımız durub öz sözümüzü dedik. Dedik ki, bu layihə mütləq imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat bunu sübut edir. Onda təcrid vəziyyətdə qalmış o fərd, - belə desəm daha düzgün olar, - çox məyus oldu və iclası tərk etdi. Ondan təxminən iki-üç ay sonra Azərbaycanı da həmişəlik tərk etdi.

Yəni, “Şahdəniz” layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmamışdır. Nəyə görə bunu edirdi? Başa düşmürdü ki, bu, Azərbaycana xeyir gətirəcək? Başa düşürdü. İstəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi vəziyyət pisləşsin ki, sonradan özü üçün ondan da böyük vəzifə əldə etsin. Ancaq budur “Şahdəniz” layihəsi. Minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işləyir, pul qazanır, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir, nə qədər valyuta gəlib və gələcək. İndi “Şahdəniz-2”nin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək. “Şahdəniz” layihəsi olmasaydı, heç kim “Abşeron” layihəsinə, “Ümid” yatağına sərmayə qoymazdı. Kim 3500 kilometrlik bu boru xəttini, qaz kəmərini çəkərdi?! Kim 45 milyard dollar pul qoyardı?! Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeyi üstünlük təşkil etmiş olsaydı, bunların heç biri olmayacaqdı.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib [YENİLƏNİB] VİDEO

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər

“Bilişim Vadisi”nin direktoru: Azərbaycanın texnologiya ölkəsinə çevrilməsində dəstəyi davam etdirəcəyik

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Baş prokuror Tərtər rayonunda 71 vətəndaşın müraciətini dinləyib

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu VİDEO