Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Xaçmaz, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində regionlarda içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir tələblərə uyğun olaraq yenidən qurulur, sakinlərin keyfiyyətli və fasiləsiz içməli su təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib. Respublikamızın mühüm aqrar-sənaye və turizm potensialına malik rayonlarından sayılan Xaçmazda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2012-ci ildə başlanmış “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşən “Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində 47 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 5 kəndi də daxil olmaqla, layihədən 58 min nəfər faydalanacaq.

Xaçmaz şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün şəhərin mövcud su mənbəyi olan Uçqun bulağı seçilib. Bu su mənbəyində aparılan laboratoriya analizləri suyun keyfiyyətinin mövcud standartlara uyğunluğunu təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, mənbənin məhsuldarlığı da optimal səviyyədədir. Suqəbuledici qurğularda əsaslı yenidənqurma işləri aparılaraq mənbənin məhsuldarlığı saniyədə 229 litrə və ya sutkada 19,8 min kubmetrə çatdırılıb, hər birinin həcmi 3 min kubmetr olan 2 anbar inşa olunub və su mənbəyindən götürülən suyun anbar kompleksinə nəqli məqsədilə 1,9 kilometr magistral su xətti çəkilib. Anbarlarda toplanan su ehtiyatının həcminə, eləcə də suyun bulanıqlıq səviyyəsinə SCADA sistemi vasitəsilə onlayn rejimdə nəzarət edilir.

Layihə çərçivəsində Xaçmaz şəhərində 148 kilometr içməli su şəbəkəsinin, şəhərin relyef baxımından ən yüksək hissəsində yeni salınmış yaşayış massivinin dayanıqlı su təminatı məqsədilə nasos stansiyasının, 136 kilometr kanalizasiya şəbəkəsinin və şəbəkə üzərində 10 min 390 baxış quyusunun inşası, hər evin və obyektin kanalizasiya şəbəkəsinə qoşulması təmin edilib. Eyni zamanda, tullantı suların təmizləyici qurğuya ötürülməsi məqsədilə 1,2 kilometr uzunluğunda əsas daşıyıcı kollektor tikilib.

Layihənin icrası zamanı yeni yaradılmış infrastruktur mənbədən tutmuş sonuncu istifadəçiyə qədər “Azərsu” ASC-nin Coğrafi İnformasiya Sisteminə işlənilib və bu məlumatlar rəqəmsal xəritədə öz əksini tapıb. Coğrafi İnformasiya Sisteminin bir elementi olan Bina-kimlik layihəsi isə abonent haqqında bütün məlumatların xəritə üzərindən alınmasına və çeşidli təhlillərin aparılmasına imkan verir. Buraya abonentin yaşadığı ünvan, əlaqə vasitələri, istifadə etdiyi suyun həcmi, ödənişləri və təhlil üçün lazım olan digər informasiyalar daxildir. Bina-kimlik layihəsi baş vermiş qəza yerinə vaxtında müdaxilə etmək imkanı yaradır ki, bu da istismar prosesini asanlaşdırmaqla su itkilərinin minimuma endirilməsinə gətirib çıxarır. Eyni zamanda, yaranacaq fasilələr barədə abonentləri əvvəlcədən məlumatlandırmaq imkanları yaradır.

Hazırda sutkalıq məhsuldarlığı 20 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender prosesi yekunlaşmaq üzrədir. Qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba, Qusar şəhərlərinin, həmçinin Şahdağ Qış-Yay Turizm Kompleksinin də tullantı suları təmizlənib kənarlaşdırılacaq.

Layihə çərçivəsində Regional Sukanal İdarəsi üçün müasir tipli inzibati bina inşa olunub. Yeni layihənin icrasınadək Xaçmaz şəhərində 1950-1970-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhər əhalisinin yalnız 40 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin edilirdi, kanalizasiya şəbəkəsi istismara yararsız vəziyyətə düşmüşdü.

Dövlətimizin başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Qobustan və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq bu şəhərlərdə su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb. Layihənin sonuncu mərhələsində tullantı sutəmizləyici qurğuların inşası həyata keçiriləcək.

Ümumilikdə 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. Bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin inşası yekunlaşdırılıb. Bu ilin sonuna qədər daha bir neçə şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Türkiyədə yük maşını avtomobillə toqquşub, 8 nəfər xəsarət alıb

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

UNESCO-nun mənzil-qərərgahında Rus Dili Günü qeyd edilib

Dali Muzeyinin ziyarətçiləri sürrealistə telefonla sual verə bilər

Romada Osmanlı Sultanların dualı köynəklərindən ibarət sərgi açılıb

Tərtərli kümçülər barama tədarükünə başlayıblar

“Deep Purple” qrupu yeni albomundan ikinci sinqlını təqdim edib

Elyar Quliyev: Xalça ölkəmizin tarixi, mədəniyyəti və milli sərvətidir

“30 Seconds to Mars” qrupu ilk dəfə Bakıda çıxış edəcək

COP29 sədri Bonnda SIDS üzrə danışıqlar qrupu ilə görüşüb

Naxçıvan şəhərində yol qəzası olub, piyada ağır yaralanıb

ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir

Mixail Qaluzin: Moskva və Bakı Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılmasını müzakirə edirlər

Azərbaycanın sərbəst güləşçiləri reytinq turnirinin ilk günündə iki medal qazanıblar

Ərdoğan Özbəkistana fəlakət zamanı göstərdiyi dəstəyə görə təşəkkür edib

Qəbələdə inzibati xətalara yol verən şəxslər məsuliyyətə cəlb olunublar

Mahir Emreli: Xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanın Trinidad və Tobaqodakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

Akademik Musiqili Teatrda “Adamın adamı” tamaşasının premyerası olub

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi 1/4 finalda mübarizəni dayandırıb VİDEO

Naxçıvan şəhərində qəza olub, ana və iki övladı xəsarət alıb

Bakı Enerji Forumuna COP29-a həsr olunan xüsusi sessiya ilə yekun vurulub

Beynəlxalq festivalda qurulan “Azərbaycan çadırı” qonaqlarda xüsusi maraq doğurub

Arif Əsədov: Komanda şəklində intizamlı oynasaq, nəticə xeyrimizə olacaq

Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq təşkil olunub VİDEO

Dünyada iqlim böhranının həllinə COP29 çərçivəsində töhfə vermək Azərbaycanın milli maraqlarına xidmət etməyin ən uğurlu yoludur

Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır

Bakıda TÜRKPA-nın 13-cü plenar iclası keçirilib

Şabranda təmir sexindən pul oğurlayan şəxs saxlanılıb

Sabirabad Pilot Aqroparka mediatur təşkil olunub

“ACWA Power” şirkəti ilə birgə layihələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib, iki rayon təşkilatına sədrlər təyin olunub

® “Nar” Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır

Dünya liderləri Qəzza ilə bağlı birgə bəyanat imzalayıblar

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi müzakirə olunub

Prezident: Qırğızıstanla əlaqələrimiz qardaşlıq əsasındadır

Prezident İlham Əliyev: Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır

Azərbaycan qlobal aktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaradır ŞƏRH

Azərbaycan Prezidenti: Türk dünyasının gücləndirilməsi Türk Dövlətləri Təşkilatını böyük güc mərkəzinə çevirəcək

29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power”də iştirak edən şirkətlər sərginin imkanlarından yararlanırlar

BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası görüş keçirib

Azərbaycan enerji sektorunda qazandığı uğurları ilə diqqət mərkəzindədir ŞƏRH

Prezident İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edib   YENİLƏNİB-2 VİDEO

“Qafqaz Qartalı – 2024” birgə təlimində düşmənin komanda-idarəetmə məntəqələri sıradan çıxarılıb, canlı qüvvəsi zərərsizləşdirilib VİDEO

Tənzilə Narbayeva: Əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ikinci yol xəritəsi imzalanacaq VİDEO

Şəhid İxtiyar Əkbərovun nəşinin qalıqları Gəncədə dəfn olunub

Azərbaycanın ekoloji siyasəti - tarixi-siyasi varislik və müasirlik

Milli Məclisin sədri: Azərbaycan TÜRKPA-nın fəaliyyətə olan sədri kimi var gücü ilə çalışacaq VİDEO

Nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

Belçika şirkəti: Yaşıl hidrogenin rolunun iqlim hərəkatında gücləndirilməsi COP29-un əsas amillərindən olacaq

Azərbaycanın xarici işlər nazirinin isveçrəli həmkarı ilə telefon danışığı olub

BDU və Türkiyənin Fırat Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

TÜRKPA-nın 13-cü plenar iclasında Bakı Bəyannaməsi qəbul edilib

TÜRKPA-nın 14-cü plenar iclası Qazaxıstanda keçiriləcək

TÜRKPA Katibliyinin gələn il üçün büdcəsi təsdiqlənib

İqlim Dəyişikləri üzrə Mərkəz COP29 ilə bağlı gözləntilərini açıqlayıb

TÜRKPA-nın 5 yeni model qanunu qəbul edilib

“Formula 1” üzrə dünya çempionatının yeni reqlamenti təqdim olunub

Bakıda TÜRKPA Şurasının 13-cü iclası keçirilib VİDEO

Azərbaycanın COP29 sədrliyi Bonnda əsas danışıq qruplarının rəhbərləri ilə görüş keçirib

Məktəb-liseydə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş tamaşa nümayiş olunub

Audiovizual Şura televiziya və ya radio kanallarına elektron siqaretlərin təbliği ilə bağlı xəbərdarlıq edib

Əqli Mülkiyyət Agentliyində “Təbiətin harayı” mövzusunda maarifləndirici tədbir keçirilib

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli  91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yeni “Novxanı” xalçası hanadan kəsilib

“Neft və Qazın Dekarbonizasiyası Xartiyası”nın təşəbbüslərinin müzakirəsinə həsr olunan beynəlxalq tədbir keçirilib

Özbəkistandan gətirilən barama cinsləri Şəki Regional Elmi Mərkəzində tədqiqata cəlb ediləcək

FHN tərəfindən komanda-qərargah təlimi keçirilib

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin sənədləri imzalanıb

Peşə təhsili pilləsi üzrə diplomlar elektron hökumət portalına inteqrasiya olunub

Azərbaycan Dövlət İqtisad Universitetində “Avrasiyanın Arteriyaları” adlı kitabının təqdimat mərasimi keçirilib

Türkiyənin ilk azərbaycanlı astronavtı: Türkiyə və Azərbaycan bayraqlarını özümlə aparacağam

Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Naxçıvan Dövlət Universitetində karyera sərgisi açılıb

Azərbaycanın enerji imkanları alternativ enerji kontekstində - RƏY

ANAMA və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Ayyan Salahova: Sistemli çalışan və intizamlı insan istənilən sahədə uğur qazana bilər

İdarə rəisi: COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atılır

Ədliyyə nazirinin müavini təyin edilən hakimlə Ali Məhkəmədə görüş keçirilib

Azərbaycandan nəql edilən Qazaxıstan neftinin həcmi 2 dəfəyə yaxın artırıla bilər

Bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçumuz Şəmkirdə dəfn edilib

Minskdə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası keçirilib

Azərbaycanla Türkiyə arasında dini-mənəvi müstəvidə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Mina probleminin COP29-da müzakirəyə çıxarılması bu bəladan əziyyət çəkən bütün ölkələr üçün faydalı olacaq – ŞƏRH

Direktor: Bakının COP29-da yaxşı nəticələr əldə etmək imkanı yüksəkdir

Şəhid Niyaz Novruzovun nəşinin qalıqları doğulduğu kənddə dəfn olunub

Binəqədi rayonunda süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Birinci Qarabağ müharibəsinin şəhidi İsmayıllıda dəfn olunub

"Qızıl top" mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb

Fermer təsərrüfatlarında və istehsalat sahələrində sağlam və təhlükəsiz əmək şəraitinin təşkili diqqətdə saxlanılır

Landon Derentz: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın dünya iqtisadiyyatının inkişafına verdiyi imkandır

AQTA: Monitorinqlər zamanı 60 müəssisədə nöqsanlar aşkarlanıb

“Məktəblərdə Heydər Əliyev ayı” layihəsi yekunlaşıb

Ziba Mustafayeva: Bu gün SOCAR-da çalışan qadınların sayı daha çoxdur

TBMM-in sədri: Türk dünyasının güclənməsi heç kəsi narahat etməsin

® “Akart” Mərkəzi Bankdan lisenziya alan ilk “fintex” həlli olub

Azərbaycan Dövlət Pedaqoji və Türkiyənin Biruni universitetləri arasında müqavilə imzalanıb

Göyçayda restoran yanıb VİDEO