Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib [YENİLƏNİB-2] VİDEO

Bakı, 1 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilən VII hesabat-seçki baş məclisində Prezident İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, baş məclisdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2013-2016-cı illərdəki fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkəmizdə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib. Bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri var.

Çingiz Hüseynzadə deyib: “Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında son dərəcə önəmli hadisələr baş verib. Bu hadisələrin miqyası Azərbaycan hüdudlarını da aşaraq, dünyada və Avropada Olimpiya hərəkatının inkişafına mühüm töhfə verməsi ilə yadda qalıb. Birinci Avropa Oyunlarına hazırlaşmaq üçün cəmi iki il yarım qalmasına baxmayaraq, Azərbaycan bu Oyunları ən yüksək səviyyədə təşkil etdi. Avropa Oyunlarının formatı və standartları Azərbaycanda müəyyənləşib. İlk Avropa Oyunlarının belə yüksək səviyyədə keçirilməsində bir tərəfdən, dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı, şəxsi nəzarəti, digər tərəfdən isə UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın əzmkar və yorulmaz fəaliyyəti həlledici və aparıcı rol oynayıb.

Bildirilib ki, Avropa Oyunları ölkəmizin mötəbər tədbirləri təşkil etmək imkanlarını ortaya qoymaqla yanaşı, Azərbaycanın idman potensialının nümayişi üçün də geniş meydan açıb. Birinci Avropa Oyunları Azərbaycan idmanının tarixində yeni şanlı səhifə kimi həkk oldu. Belə ki, Azərbaycan idmançıları uğurla çıxış edərək 56 medal, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq, komanda hesabında Rusiyadan sonra ikinci yeri tutdu. Fəxrlə deyə bilərik ki, bu nəticə idmanımızın ən böyük uğuru, idman potensialımızın möhtəşəm nümayişi oldu.

“Hesabat dövründə Azərbaycan idmançıları üç Olimpiya Oyunlarına qatılıblar. Atletlərimiz Soçi Qış, Rio-de-Janeyro Yay Olimpiya Oyunları ilə yanaşı, yeniyetmələrin Nankində keçirilmiş II Yay Oyunlarında da uğurla çıxış ediblər. Nankində Azərbaycan 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 iştirakçı ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına görə isə 14-cü yeri tutub. Hesabat dövrünün daha bir mötəbər idman tədbiri III İslam Həmrəyliyi Oyunlarıdır. 2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən Oyunlarda idmançılarımız 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazanıblar. Azərbaycan medal qazanan 26 ölkə arasında 8-ci yeri tutub”, - deyə Çingiz Hüseynzadə əlavə edib.

Vitse-prezident deyib: “İslam Həmrəyliyi İdman Federasiyasının 2015-ci il noyabrın 4-də Bakıda təşkil olunan Baş Assambleyasında 40-dan çox ölkədən 90-dək nümayəndə iştirak edib. Baş Assambleya IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci il mayın 12-22-də Bakının 14 idman qurğusunda keçirilməsi haqqında təklif bəyənib. Əsas şüarı “Gücümüz həmrəylikdədir” olan Oyunlar zamanı idmanın 20 növü üzrə yarışlar keçiriləcək. Formula-1 yarışlarının Avropa qran-pri mərhələsi Bakıda təşkil olunmuş ən mötəbər yarışlardan biri oldu. Bu yarış yüksək beynəlxalq reytinqə və böyük tamaşaçı auditoriyasına malikdir. Hesabat dövründə Bakıda təşkil edilmiş mühüm beynəlxalq yarışlardan biri də 42-ci Ümumdünya Şahmat Olimpiadası olub. Şahmat Olimpiadası 170-dən çox ölkədən 3 minədək nümayəndəni əhatə edən əsas idman yarışlarından biridir. Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışlardan biri kimi tarixə düşüb. Bundan başqa, bu ilin mayında 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi Bakıda keçirildi. Bu mötəbər yarışda qitənin 16 ölkəsini təmsil edən komandalar qələbə uğrunda 17 gün ərzində gərgin mübarizə aparıblar. Ekspertlərin yekdil rəyinə görə, Azərbaycan bu mötəbər yarışı da yüksək səviyyədə təşkil edib”.

Sonra Təftiş Komissiyasının sədri Hicran Şərifov hesabat məruzəsi ilə çıxış edib.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycanda idmanın inkişafının getdikcə geniş vüsət aldığını, yeni-yeni uğurların əldə olunduğunu bildirib. Nazir deyib ki, müstəqilliyin bərpasından sonra Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal qazanıblar. Son illər Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, Azərbaycanda uğurla reallaşdırılan dövlət idman siyasətinin sayəsində mümkün olub. Beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bütün bu uğurlar və Azərbaycanda keçirilən tədbirlər ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb, MOK-un prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

MOK-un prezidenti vəzifəsinə yeganə namizəd olan dövlətimizin başçısı İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin rəhbəri seçilib.

Sonra İcraiyyə Komitəsinin 17 və Təftiş Komissiyasının 5 nəfərdən ibarət tərkibi seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Daha sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası keçirilib.

İclasda Azad Rəhimov, Çingiz Hüseynzadə və Xəzər İsayev yenidən MOK-un vitse-prezidenti seçiliblər. Ağacan Abıyev isə yenidən baş katib vəzifəsini icra edəcək.

İcraiyyə Komitəsinin ilk iclasında qarşıda duran yeni vəzifələr, idmançılarımızın “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlıq planı və ölkəmizdə idman infrastrukturunun təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib [YENİLƏNİB-2] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH