Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gətirilmiş “Müzəffər Komandan” sənədli filmi nümayiş etdirilib.

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycandakı bütün dinlərin nümayəndələri dini ayinlərini, öz ibadətlərini sərbəst şəkildə yerinə yetirirlər. Bu gün Azərbaycan əhalisinin təxminən 96 faizi müsəlmandır.

Azərbaycanın müsəlman dünyasının bir parçası olduğunu vurğulayan komitə sədri qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, bununla yanaşı, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var.

Mübariz Qurbanlının sözlərinə görə, hazırda Azərbaycanda qeyri-müsəlman icmaların sayı 37-dir.

"Azərbaycan müstəqilliyini bərpa edəndə cəmi 17 məscid var idisə, bu gün onların sayı 2253-dür. Yalnız son 20 ildə Azərbaycanda 435 məscid inşa edilərək istifadəyə verilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda dini abidələrin bərpası işləri gedir. Ermənilər istər İslama, istərsə də xristianlığa və digər dinlərə qarşı vəhşilik ediblər”, - deyə komitə sədri vurğulayıb.

Azərbaycanda din adından istifadə edən radikal, ekstremist qrupların aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini deyən Mübariz Qurbanlı, həmçinin bildirib: "Heç bir din radikalizmə xidmət etmir, bütün dinlər əmin-amanlığa çağırır. Amma dindən sui-istifadə edənlər var. Bu cür halların aradan qaldırılması istiqamətində geniş maarifləndirmə işi aparılır.

Müstəqilliyimiz bərpa edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı dövlət-din siyasətinin daha da möhkəmləndiyini vurğulayan komitə sədri əlavə edib: “Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında Prezident İlham Əliyevin xidmətləri danılmazdır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsi Azərbaycanda din siyasətinin hansı səviyyədə olduğunu nümayiş etdirdi: "Təxminən 12 din və məzhəb təmsilçilərinin iştirak etdiyi müharibədə Azərbaycanın bir nəfər də fərarisi olmadı. Amma Ermənistanda 12 min fərari oldu. Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Fransa başda olmaqla, bəzi dövlətlər Azərbaycanı təcrid etmək istəyirdilər. Amma istəklərinə nail olmadılar".

O bildirib ki, xarici ölkələrin rəsmi nümayəndələri COP29 konfransı zamanı Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərimizlə tanış olacaqlar: “Orada Azərbaycanın qısa müddətdə gördüyü nəhəng işləri yaxından izləyəcəklər”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Azərbaycan ilə Türk dünyası arasında çox böyük inteqrasiya prosesinin getdiyini bildirib.

Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması Türk dünyasını ruhlandırıb.

R.Həsənov qeyd edib ki, Azərbaycanın İslam irsinə, milli-mənəvi dəyərlərinə bağlılığı İlham Əliyevin prezidentliyi dövründə diqqət göstərilən məsələlərdən biri olub.

Digər çıxış edənlər - Qafqaz Müsəlmanlarını İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən dinimizin, ümumilikdə dəyərlər sistemimizin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və uğurla davam etdirilir.

Diqqətə çatdırılıb ki, bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğı göstərilir. Hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir.

Konfrans müzakirələrlə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək

Baş Prokurorluq: Gəmi zavodunun 5 əməkdaşının ölməsi ilə bağlı araşdırma aparılır

Leyla Əliyevanın “Seçilmişlər” kitabı nəşr olunub

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüş keçirilib

Baş nazir Əli Əsədov Minskdə "Belagro 2024" sərgisi ilə tanış olub

Beynəlxalq Sahibkarlar Forumu çərçivəsində növbəti panel keçirilib

Diplomatlar üçün “Xarici Siyasət Proqramı”na başlanılıb

Ağcabədi kümçüləri mövsümün ilk günündə 578 kiloqram barama təhvil veriblər

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb

Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycanda 17-ci humanitar missiyası başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçirilir

Zoomorfik təsvirlərin sirləri: türk mədəniyyəti abidələri - MƏQALƏ

Prezident Administrasiyasının rəhbəri Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru ilə görüşüb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

Rektor: Texnologiya və yaradıcı sənayelərin yaxınlaşması XXI əsrin çağırışlarının həllində böyük əhəmiyyət kəsb edir

Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Xeyriyyə Yaradıcılıq Yarmarkası keçirilib

Azərbaycan Braziliyada Beynəlxalq Milli Mətbəx və Mədəniyyət sərgisində təmsil olunub

Panel müzakirə: Startapların və gələcək inklüziv texnologiyaların önəmi

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 12 min 733 müraciət daxil olub

Şərqşünaslıq İnstitutu ilə Çinin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Ailə Məcəlləsinə dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub

® Keyfiyyət və qiymət baxımından avtomobil bazarında yeni qaydalar təyin etməyə hazır iki Çin brendi artıq rəsmi olaraq Azərbaycanda

Nobel mükafatı laureatı Əziz Səncər UNEC-də olub

İsrailli jurnalist Vardanyanın həbsdə olmasını əsaslandırıb

AQC sədri CAATS prezidenti seçilib

AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yeni qərarlar qəbul edilib

Texnologiya Universiteti ilə “Coca-Cola Azərbaycan” şirkəti arasında memorandum imzalanıb

“Gələcəyin mühəndisi” V respublika müsabiqəsinin qalibləri müəyyənləşib

Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb

Rəşad Əzizov: Sahibkarlığı və yaradıcılığı bir araya gətirsək, bu sahədə sürətli tərəqqiyə nail ola bilərik

FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb

Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb

Balakənli kümçülər iki gündə 700 kiloqramadək yaş barama təhvil veriblər

Dünyaca məşhur “Ovod” M.Teatrın səhnəsində

Əli Əsədov: Ərzaq təhlükəsizliyinin təmini Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib

AzMİU-da fənn olimpiadalarının qaliblərinə diplomlar təqdim olunub

MMU-da NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində icmal görüşü keçirilib

Məşğulluq və əmək pensiyası haqqında qanunlara dəyişikliklərlə bağlı qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

Çempionlar Liqasında mövsümün simvolik komandası açıqlanıb

Qəbələdəki beynəlxalq basketbol turnirinin qalibi müəyyənləşib

“Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 26 fevral tarixli 9/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Tottenhem”in futbolçusu qarət olunub

Reytinq turnirində iştirak edəcək Azərbaycan güləşçiləri dəqiqləşib

BDU-nun rektoru: Biz sahibkarlıqla bağlı təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik

Azərbaycan MDB ölkələrinin Gənclər Teatr Forumunda təmsil olunur

® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib

Mərkəzi Bank BVF ilə pul siyasətinin transmissiyasının yaxşılaşdırılmasını müzakirə edib

AMEA-da Nobel mükafatı laureatı Əziz Səncərə həsr olunmuş Xüsusi iclas keçirilib

Hulusi Kılıç: Azərbaycanın COP29-a sədrliyini qaralamaq cəhdləri uğursuzluğa məhkumdur

GDU-da yaz imtahan sessiyası başlayıb

Hesablama Palatası və Çinin Milli Auditi Ofisi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Çempionlar Liqasında mövsümün ən yaxşı qolu müəyyənləşib

Tarla seminarında “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi” mövzusu müzakirə olunub

BMU-nun professor-müəllim heyəti abituriyentlərlə görüşüb

Naxçıvanda taxıl anbarı kompleksinin fəaliyyətinin genişləndirilməsinə güzəştli kredit ayrılıb

Şuşada Beynəlxalq Sahibkarlar Forumu işə başlayıb

Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib

Xidmət rəisi: Xüsusilə İslam dininə məxsus abidələr ya tamamilə dağıdılıb, ya da təhqir edilib

Bu həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək

Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyənləşib

® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır

Tələbələr narkomaniyanın mənfi təsirləri barədə maarifləndiriliblər

Çexiyalı nazir əməkhaqqını təkcə kronla deyil, həm də avro ilə ödəməyi təklif edib

Təkcə Rusiya bazarlarına 900 TIR-dan çox Cəlilabad kartofu daşınıb - məhsul boldur FOTO

Pul bazası azalıb

Muzeyin əməkdaşı Qazaxıstanda beynəlxalq elmi-praktik konfransda çıxış edib

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

® ABB yeni imic filmini təqdim edib

Azərbaycanın hərbi prokuroru Tatarıstanın Rəisini ölkəmizin qazandığı misilsiz uğurlar barədə məlumatlandırıb

Lord David Evans: Azərbaycan COP29-da çox böyük uğur qazanacaq

Ötən ay BŞTİ-yə 15 min 470 vətəndaş müraciəti daxil olub

On beş gün ərzində Elm və Təhsil Nazirliyinə 59 mindən çox vətəndaş müraciət edib

Balakəndə qanvermə aksiyası keçirilib

DİM və Mədəniyyət Nazirliyinin birgə keçirdiyi imtahanların nəticələri açıqlanıb

Londonda təhsil alan azərbaycanlı gənc Altsheymer xəstəliyinin müalicəsi üçün yeni həll yolları axtarır – MÜSAHİBƏ

Rus Dram Teatrının səhnəsində “Kresloda əyləşən kişiyə sevgi etirafı” tamaşasının premyerası olub

Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq

Növbəti mövsüm Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə apara bilər

Bakıda Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib

Alimlər kəkələmənin mənbəyini müəyyənləşdiriblər

Əli Əsədov belaruslu həmkarının dəvəti ilə Minskə işgüzar səfərə gəlib

Çempionlar Liqasının 2023-2024-cü illər mövsümünün ən yaxşı oyunçusu bəlli olub

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak edirlər

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirici seminarlar keçirilib

Nazir müavini: Vokalçıların Bülbül adına müsabiqəsinin laureatları dünyanın ən yaxşı səhnələrində çıxış edirlər

“SOCAR Türkiyə” İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib

Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar

ANAMA: Ötən ay 4839,3 hektar ərazi minadan və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

İçərişəhərdə “Uşaqlar üçün İrs” festivalı başa çatıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

AZAL-ın Rumıniyaya birbaşa uçan təyyarəsi Buxarest aeroportuna eniş edib VİDEO

“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib

Azərbaycan məktəbliləri Türkiyədə beynəlxalq riyaziyyat olimpiadalarında səkkiz qızıl medal qazanıblar

Ədliyyə naziri Zaqatala rayonunda vətəndaşları qəbul edəcək